22 yaşlı model Leylanı öldürən həkim əməliyyatdan sonra gizlənib – FOTOLAR

22 yaşlı model Leylanı öldürən həkim əməliyyatdan sonra gizlənib – FOTOLAR"Zəfəran Hospital"da iranlı həkim Siruz Qoçxaninin liposaksiya (piy sovurma) əməliyyatına girdikdən sonra ölən 22 yaşlı model Leyla Oruclu haqqında xəbərlər bir neçə gündür ki, ölkə gündəminin əsas xəbər başlığına çevrilib.

BiG.AZ xəbər verir ki, azxeber.com-un əməkdaşları Leyla Oruclunun yas mərasimində iştirak edərək onun ailə üzvləri ilə daha yaxından danışmaq və baş verən faciəvi hadisənin təfərrüatlarını öyrənmək imkanına sahib olublar. 22 yaşlı qızın anası Sevinc Oruclu qızının vəfatından sonra xəstəxanın anestezioloqunun və icraçı direktorunun onları ziyarət etdiyini, ancaq əməliyyatı həyata keçirən Siruz Qoçxaninin ortalıqda olmadığını bildirib:

22 yaşlı model Leylanı öldürən həkim əməliyyatdan sonra gizlənib – FOTOLAR"Mən onlara əməliyyatı həyata keçirən həkimin harada olduğunu soruşdum. Mənə dedilər ki, guya onun psixologiyası pozulub. O gündən sonra heç bir əməliyyata girməyib. Gedib hansısa bir rayonda ağacın altında oturub və ordada gizlənib. Guya ki, peşimandır. Amma sonra açıqlamasını oxudum. Açıqlamasında deyib ki, mən öz işimin başındayam".

Danışdıqca qəhərlənən Sevinc Oruclu qızının ölümü ilə bağlı yalnış informasiyaların verildiyini deyir. O, xəstəxananın iddia etdiyi kimi qızının vəziyyətinin əməliyyatdan bir neçə gün sonra yox, elə əməliyyat axşamı pisləşdiyini əlavə edib:

22 yaşlı model Leylanı öldürən həkim əməliyyatdan sonra gizlənib – FOTOLAR"Leyla iyunun 23-də əməliyyat olunub. Xəstəxanadan isə açıqlama veriblər ki, guya o 22-si əməliyyata girib. Bu doğru deyil. Kameralarda hər şey lentə alınıb. Həmin gün saat 6-da əməliyyatdan çıxıb. Qızımı sonra palataya köçürüblər. Palatada Leyla kimi əməliyyatdan çıxan qızlar olub. Onlar da deyirlər ki, Leyla palataya daxil olan kimi onun vəziyyətinin ağır olduğu üzündən görünürdü. Həkimlər 5 dəqiqə sonra Leylanı reanimasiyaya aparıblar. Həmin gün biz gec xəbər tutduq. Reanimasiyaya gəldiyimiz zaman qızımın ölü kimi yatdığını gördüm. Ayın 25-də onu xəstəxanadan götürmüşük. Bədəninin aşağı hissəsi tamamilə hərəkətsiz idi. İlk dəfə yanına girən kimi "qızım məni eşidirsən?" deyə səsləndim. Yalnız qaşlarını tərpədə bildi. 25 iyun saat 11-12 radələrində də dünyasını dəyişdi".

S.Oruclu Leylanın əməliyyatından sonra ona çoxlu sayda qan köçürüldüyünü, hətta xəstəxananın qan əldə etmək üçün göndərdiyi təcili tibbi yardım maşınının həmin gün qəzaya uğradığını da deyir:

22 yaşlı model Leylanı öldürən həkim əməliyyatdan sonra gizlənib – FOTOLAR"Xəstəxanaya ilk dəfə daxil olan kimi hamı mənə təəcüblə baxırdı. Həmin gün xəstəxanada çox adamdan qan alıblar. Həkimlərdən belə. Hətta klinikanın qan dalınca gedən təcili tibbi yardım maşını da qəzaya düşmüşdü. Bilirsiz, Leyla çox qorxaq bir insan idi. O, elə bilib ki, bu əməliyyat dırnaq qaynağı kimi bir şeydir. Hətta rəfiqəsinə də mesaj yazıb ki, əməliyyatdan sonra görüşüb bulvara gedərik. Filmə baxıb evə dönərik. Düşünüb ki, gəlib yorğun olacağını deyib keçib otağında yatacaq. Ona əgər bu əməliyyatın 1 faiz belə ölüm riski olduğunu desəydilər o heç vaxt əməliyyat olunmazdı. Həm də o Mübariz həkimin yanında olub. Mən qanla bağlı elan verəndə Mübariz həkim mənə yığdı və "axı o qıza əməliyyat olmaz demişdim" dedi. Leylanın 50 kq çəkisi var idi. Mübariz həkim də onun heç bir əməliyyata ehtiyyacı olmadığını, sadəcə psixoloji olaraq başa salınmalı olduğunu dedi. Bu klinika da Mübariz həkimin analizləri ilə əməliyyatı edib. Ancaq analizlərdən də görünür ki, bu adamı əməliyyat etmək olmaz".

Ananın sözlərinə görə ona əməliyyatla bağlı heç bir qəbz və ya müqavilə verilməyib. Sadəcə, həmin gün onlara əməliyyat zamanı xərclənən pul geri qaytarılıb:

"Yenə deyirəm ortada qəbz də yoxdur. Gətirib əməliyyat üçün Leylanın verdiyi 2 min manatı geri qaytardılar. Yaxşı əgər əməliyyat etmisinizsə, niyə bu adama analiz verdirməmisiniz? Niyə onu başqa həkimin analizləri ilə əməliyyat etmisiniz? Axı bu analizlərdən də görünür ki, onun əməliyyatlıq bir durumu yoxdur. Ona bunu başa salmağın yerinə pula görə niyə onu bıçaq altına salmısınız? Niyə onun ailəsinə xəbər verməmisiniz? Bax bütün bu suallar cavabsız qalan suallardır".

Danışdıqca qəhərlənən ana sözlərini yarımçıq qoyur: "Leyla mənim ağlamağımı heç vaxt istəmirdi. Özü gözəllik heyranı idi. Qızım istəyirdi ki, mən də hər zaman baxımlı olum. O məni bu halda görsə dözə bilməz".

Leyla Oruclunun babası Vilayət Muxtarov əməkdaşımızla söhbətində baş verənlərin ciddi araşdırılmağa ehtiyyacı olduğunu deyir:

"Əvvala başa düşmək lazımdır ki, Leyla xəstə yox ilk növbədə pasiyent olub. Xəstə odur ki, problemin var və sən bu problemini aradan qaldırmalısan. Leyla həkimə müraciət edəndə ona başa salınmalı idi ki, bu əməliyyatın riski nədir. Bu çox önəmli faktordur. Cərrah ona hər şeyi başa salmalı idi. Siruz Qoçqani özü açıqlamasında deyir ki, əməliyyatın 3-4%-lik ölüm riski var. Deməli burada təhlükəli bir vəziyyət var. Bunu isə xəstənin özünə demək olmaz. Yalnız onun yaxınlarına bu barədə məlumat vermək lazımdır. Deməli onlar əməliyyata girən xəstənin yaxınlarına ilk növbədə məlumat verib onlara bu riskləri deməliydilər. Baxın, mən sizə əminliklə deyirəm. Əgər bir nəfər o qıza bu əməliyyatda 1 faiz belə ölüm riski var desəydi, o qız bu əməliyyata girməyəcəkdi. Çünki o iynədən belə qorxan uşaq idi. Sadəcə zənn edib ki, bu əməliyyatdan yarım saat sonra durub gəzəcək. Çünki ona belə deyiblər. Burada həkim insan sağlamlığını yox, pulu fikirləşib. Həkim özü deyir ki, mənə təkidlə əməliyyat olunmaq istədiyini dedi. Axı, bu uşağı heç bir həkim əməliyyat etməyib, çünki ortada əməliyyatlıq bir şey yoxdur. Siz 50 kiloluq bir adamın harasından piy çəkə bilərsiniz? Bu həkim isə pula görə əməliyyatı qəbul edib. Nəticədə ortadadır".

V.Muxtarov xəstəxananın da əməliyyat zamanı hazırlıqsız olduğunu və bunun da Leylanın ölümündə önəmli rol oynadığını əlavə edib:

"Deməli, bunlar əməliyyat zamanı onun qarın boşluğundan iynə ilə piy çəkməyə başlayıblar. Ortada piy olmadığı üçün qarın boşluğunda və bir çox bölgələrdə damarlar deşilməyə başlayıb. Qan sistemi tamamilə pozulub. Böyrəkdə fəsaslar yaranmağa başlayıb. Bədəndə qanın laxtalanma prosesi dayanıb. Nəticədə qan köçürməyə başlayıblar. Yeni qan da bədənə daxil olan zaman böyrəklər onu qəbul etməyib. Nəticədə böyrəklərin fəaliyyəti dayanıb. Hətta bunlar qan almaq üçün təcili yardım maşını da göndəriblər. O da gedib qəzaya düşüb".

Leylanın babasının sözlərinə görə əməliyyat zamanı həkim səriştəsizliyi, əməliyyatın düzgün aparılmaması və əməliyyata girən şəxsin yaxınlarına məlumatın verilməməsi gənc bir qızın ölümünə səbəb olub.

Ailə yas mərasimi bitdikdən sonra hadisə ilə bağlı bir çox instansiyalara müraciət edəcəklərini və davamlı şəkildə işin arxasınca gedəcəklərini deyiblər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 11283   Tarix: 01 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870