Leylanın öldüyü "Zəfəran Hospital"dan şübhəli açıqlama: "Ölüm səbəbini gözləyirik"

Leylanın öldüyü "Zəfəran Hospital"dan şübhəli açıqlama: "Ölüm səbəbini gözləyirik"""Zəfəran Hospital"da liposaksiya (piy sovurma) əməliyyatına girən 22 yaşlı model Leyla Oruclunun ölüm səbəbini dəqiq bilmək üçün ekspertizanın rəsmi rəyini gözləyirik. Yalnız bundan sonra mətbuata açıqlama veriləcək".

BiG.AZ xəbər verir ki, bunu report-a hospitalın PR meneceri Vüsalə İsmayılova deyib.

"Heç bir həkim xəstəsinin ölməyini istəməz. Lakin hər bir əməliyyatda ölüm riski var. Bütün əməliyyatlardan öncə hər bir xəstə ilə müqavilə imzalanır və burada əməliyyatin risk faktorları onlara izah edilir. Leyla ilə də həmin müqavilə imzalanmışdı. İyunun 22-də baş tutan əməliyyat uğurlu keçdi və hansısa problem olmadan xəstə özünə gəldi. Lakin əməliyyatdan bir neçə gün sonra onun səhhətində ağırlaşma olub".

Bir neçə gün öncə azxeber.com-a danışan Leylanın ailəsi isə klinikanın ölümün ardından şübhəli qalan məqamların olduğunu bildirmişdi.

Leylanın anası cərrahSiruz Qoçxaninin hansı səbəbdən başqa klinikada verdirdiyi analizlərə əsasən əməliyyata girdiyinin hələ də sual altında olduğunu söyləmişdi:

"Bilirsiz ki, əgər əməliyyata bir xəstə alınırsa onun bütün analizləri öncədən edilir. Qızıma bu xəstəxanada heç bir analiz verdirməyiblər. Yalnız digər xəstəxanalarda olan analizlərin cavablarından istifadə ediblər. Az-çox tibbi biliyi olan hər kəs bilir ki bu yolverilməzdir. Digər bir tərəfdən əgər bu qız özü əməliyyata giribsə, niyə heç kim onun yaxınlarına zəng edib məlumat verməyib. Ən azından bu insanın əməliyyat zamanı yanında bir nəfərin olması lazımdır. Niyə ondan ailə yaxınlarının nömrəsi istənilməyib. Önəmli olan məqam isə, xəstəxananın əməliyyatla bağlı qəbz verməməsidir. Mən hələ də axtarıram və heç bir qəbzə rast gələ bilmirəm".

Ananın sözlərinə görə "Zəfəran Hospital" qızının əməliyyatla bağlı ödədiyi məbləği də geri qaytarıb:

"Əməliyyatın pulunu geri qaytarıb dedilər ki, bu pul sizindir. Mən o pula əl vura bilməzdim. Maraqlıdır, həmin məbləği niyə geri qaytardılar? Öz səhvlərini yumaq istəyirlər? Niyə əməliyyatla bağlı bir qəbz ortalıqda yoxdur?Biz bütün addımları atacağıq ki, bu işə hüquqi qiymət verilsin"

Mərhumun anası övladının əməliyyat olunduğu gün vəziyyətinin pisləşdiyini söyləmişdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3162   Tarix: 30 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544