Kitablardan seçmə cümlələr
Tez-tez deyirlər ki, simanızı xilas etməlisiniz. Mən isə deyirəm ki, simanızı öldürməlisiniz. Yalnız bu yolla özünüz xilas olacaqsınız. Frederik Beqbeder "Məhəbbət üç il yaşayır"
Sevən insan sonu olmayan sözlər yazır, nöqtə qoymağa vaxtı olmur, yazmaq lazımdır, elə hey yazmaq, öz ürəyindən qabağa qaçmaq, cümlələr uzanır, uzanır, məhəbbətin punktuasiyası yoxdur, ehtiras gözyaşları ilə süzülür; sevəndə mütləq yazırsan və dayana bilmirsən. Frederik Beqbeder "Məhəbbət üç il yaşayır"
Kimisə sevəndə, sadəcə sevirsən və ona verəcəyin heç bir şey olmasa da, yenə də ona sevgini bəxş edirsən.Corc Oruell "1984″
Əgər məni səni sevməməyə məcbur etsələr, bax bu əsl satqınlıq olacaq.Corc Oruell "1984″
Sevgi – bütün dünyaya, həyatlara səpələnmiş təcrübəni yığmaq üçün bizi bir yerə toplayan gücdür. Paulo Koelyo "Brida"
Hər şey çox sadədir: sevgidən əzab çəkmək istəmirsənsə, sevmə. Elə bil dünyanın çirkinliklərini görmək istəməyən insan Paulo Koelyo "Brida"
Yüz illik yalnızlığa məhkum edilən nəsillərin yer üzündə ikinci bir təcrübə şansı ola bilməzdi. Qabriel Qarsia Markes "Yüz illik tənhalıq"
Həyat, həqiqətən də, bir oyundur, oğul. Elə bir oyundur ki, gərək, onun qaydalarına tabe olasan.
– Bəli, ser. Mən də bilirəm. Bilirəm ki, belədir. Söz tapıblar da. Oyundur. Yox bir… Yenə güclü olan tərəfə düşsən, bir təhri var, onda, doğrudan da, deyərsən ki, oyundur, mən razı. Bəlkə, o biri, zəif tərəfə düşdün, bəs onda necə olsun? Onda it də getdi, ip də. Cerom Selincer "Çovdarlıqda uçurumdan qoruyan"
Bəlanı insan təyin etmir və adam fikirləşir ki, o mücərrəd bir məfhumdur, qorxulu yuxu kimi bir şeydir və keçib gedəcək. Lakin bəla həmişə keçib getmir, qorxulu yuxular bir-birini əvəz edir və keçib gedən adamlar olur. Albert Kamyu "Taun"
Sevgilisinin xəyalı ilə söhbət edən adam başqa fikrə macal tapmadan torpağın sükutuna qovuşur, başqa heç nəyə vaxtı qalmır. Albert Kamyu "Taun"
Siz gələcək haqda nadir halda düşünürsüz. Düzmü deyirəm? Bu cavanlığın üstünlüyüdür. Fransuaza Saqan "Salam,Kədər"
Rəhm – xoş duyğudur, onun qarşısında dayanmaq, hərbi orkestr musiqisi qarşısında dayanmaq kimi çətindir. Fransuaza Saqan "Salam,Kədər"
Axmayan göz yaşları qəlbdə yığılar, zaman keçdikcə qabıq tutar və əhəngin paltaryuyan maşına tıxanması kimi qəlbi tıxayıb iflic edər. Susanna Tamaro "Ürəyinin çağırdığı yerə get"
Xoşbəxtliyin həmişə bir obyekti vardır, nəyə görəsə xoşbəxt olursan, xoşbəxtliyin var olması xarici səbəblərlə bağlıdır. Halbuki, nəşənin obyekti yoxdur. Bəlli olmayan bir səbəbdən səni sarıyar, varlığı günəş kimidir; səni öz hərarətiylə yandırar. Susanna Tamaro "Ürəyinin çağırdığı yerə get"
Acından ölməkdənsə, heç nədən ölmək daha asandır, əzaba üsyan edə bilirsən, heçliyə yox. Susanna Tamaro "Ürəyinin çağırdığı yerə get"
Hər zaman yaranan ən qorxulu səhv nədir, bilirsənmi? Həyatın dəyişməz olduğunu sanmaq, qatarın rels dəyişdirmədən sonsuza qədər gedəcəyini düşünməkdir. Hallbuki, tale yazısı bizim düşündüyümüzdən daha rənglidir. Artıq çıxış yolunun qalmadığını sandığın bir vəziyyətdə, ümidsizliyin zirvəyə çatanda ruzigar sürətiylə hər şey dəyişir, yerlə- yeksan olur və bir anda özünü yeni bir aləmdə görürsən. Susanna Tamaro "Ürəyinin çağırdığı yerə get"
Bircə sən döy. Bu dəfə qapıları üzünə taybatay açacam. Nəinki qapıları açmaq, səni bağrıma basıb zəif ürəyimə sıxacam. Bunun nə vaxtsa baş verəcəyinə bəslədiyim ümid kimi zəif olan ürəyimə. Xalid Hüseyni Min Möhtəşəm Günəş
Orada gələcəyin heç bir əhəmiyyəti yox idi.
Keçmişsə yalnız tək bir dərsi ehtiva edirdi.
Sevgi; insana zərər verən bir səhvdir. İş birlikçisi, yəni ümidsə çox təhlükəli bir yanılsama. Xalid Hüseyni Min Möhtəşəm Günəş
Zarafatla deyilən sözə də bəhanə gətirmək çətindir.Frans Kafka "Qəsr"
Gah gəlirsən, gah gedirsən, mən də bilmirəm, haradan gəlir, hara gedirsən. Frans Kafka "Qəsr"
Düşünürsən ki, mələk kimi bəzənib-düzənməlisən, bəzənirsən də – mələklərsə, əslində, tamam başqa cür olur. Frans Kafka "Qəsr"
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










