17 yaşlı oğlan qəflətən öldü -ŞƏKİDƏ

17 yaşlı oğlan qəflətən öldü -ŞƏKİDƏ

Şəkiyə qonaq gedən 17 yaşlı oğlan müəmmalı şəkildə ölüb.

Hüquq-mühafizə orqanlarından BiG.AZ-a verilən məlumata görə, iyunun 25-i axşam saat 21:30 radələrində Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Fətəli Əliyev ağır vəziyyətdə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Müayinə zamanı üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyən Fətəli Əliyevin vəfat etdiyi məlum olub.

Məlumatda bildirilir ki, F. Əliyev anası ilə birlikdə bir-neçə gün əvvəl Şəkinin Bolludərə kəndinə, kənd sakinlərindən birinin evinə qonaq gəlib.

Ölümün səbəbini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizası təyin edilib.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2474 Tarix: 26.06.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
gozelsozler
gozelsozler 26.06.2017
Allah rehmet elesin


 
Sevdamiz
Sevdamiz 26.06.2017
Iraq olsun Allah gecinden versin bu oglanada Allah rehmet elesin yeri cennet olsun
Fioletta
Fioletta 26.06.2017
Allah rehmet elesin. hamimiz yolcuyug dunyada


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər