Bakıda taksi sürücüsü baş nazirin kortejinin qarşısına çıxdı - ŞOK OLAY

Bakıda taksi sürücüsü baş nazirin kortejinin qarşısına çıxdı - ŞOK OLAYİyunun 22-də, saat 20:00-da Bakıda taksi sürücü kobud qayda pozaraq həm qarşı yola çıxıb, həm də operativ nəqliyyat vasitəsinin müşaiyət etdiyi kortejin yolunu kəsib.

BiG.AZ xəbər verir ki, hadisə anbaan kameralara düşüb. Belə ki, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi ilə hərəkət edən avtomobil sürücülərinin böyük əksəriyyəti sıxlıq olmasına baxmayaq ardıcıl dayandıqları halda bir neçə sürücü qarşı yola çıxaraq hərəkət edib. Onlardan biri də "Tofaş" markalı, 50 DF 944 dövlət nömrə nişanlı avtomobilin sürücüsü olub. Üzərində taksi nişanı olan sürücü özünü başqalarından ağıllı sayaraq qarşı yola çıxaraq təxminən 150 metr gedəndən sonra qəflətən 99 YP 515 dövlət nömrə nişanlı yol polisi avtomobili ilə üz-üzə gəlib. Məlum olub ki, DYP avtomobili Baş nazir Artur Rasizadənin kortejini müşaiyət edir və Artur müəllim özü də avtomobildədir. Sağ zolaqdakı maşınlar bir-birinə yaxın dayandığı üçün heç kimi "Tofaş" sürücüsünə yol verə bilməyib. Bunu görən DYP inspektoru taksi sürücüsünə geriyə hərəkət etməyi əmr edib. Sürücü çətinlik çəkə-çəkə 150 metr yolu geriyə sürməli olub.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, gözlənilməz hadisə baş versə də yol polisi doğru qərar verərək Baş nazirin kortejinin hərəkəti davam etdirməsini təmin edə bilib. Eyni zamanda, həmin sürücü barəsində inzibati protokol tərtib edilib. Belə ki, sürücü qarşı hərəkət zolağına çıxaraq nəqliyyat axınına qarşı hərəkət etdiyi üşün 100 manat, 4 bal cərimə olunub. Bundan əlavə, sayrışan işıqlarla xəbərdarlıq edən operativ nəqliyyat vasitəsinin müşaiyət etdiyi avtomobil karvanına yol vermədiyi üçün də 3 bal, 100 manat miqdarında cərimə protokolu tərtib edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8875   Tarix: 23 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233