Birinci vitse-prezident işə qarışdı - ŞƏHİDİMİZİN KREDİT BORCU BAĞLANDI

Birinci vitse-prezident işə qarışdı - ŞƏHİDİMİZİN KREDİT BORCU BAĞLANDIBir qədər əvvəl "Para" BOKT ASC-nin Aprel şəhidi Xaliq Əzizzadəni kreditə görə məhkəməyə verməsi ilə bağlı xəbər yaymışdıq. Xəbərdə bildirilirdi ki, şəhidin adına Xətai Rayon Məhkəməsi tərəfindən bildiriş gəlib və o, borcu ödəmədiyinə görə məhkəməyə çağırılıb.

Məsələ ilə bağlı deputat Qənirə Paşayeva status yazaraq narahatlığını ifadə etmişdi.

Bu xəbərin üstündən çox keçmədən millət vəkili "Qafqazinfo" ilə əlaqə saxlayıb və artıq problemin həll edildiyini bildirib.

O qeyd edib ki, hazırda şəhidin ailəsi ilə bərabər bankdadır:

"Bankın rəhbərliyi ilə görüşdük. Bank borcu öz üzərinə götürdü və hazırda bununla bağlı sənədlər hazırlanır. Hardasa 100 min manata yaxın borcdan söhbət gedir".

Deputat bildirib ki, məsələ Birinci Vitse-Prezident Mehriban Əliyevanın da reaksiyasına səbəb olub:

"Məsələ Mehriban xanımın diqqətindədir. Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov da şəhidin anası ilə danışdı və onların problemləri ilə maraqlandı. Artıq problem arxada qaldı".

***

"Parabank" Aprel şəhidini məhkəməyə verib.

BiG.AZ xəbər verir ki, bu haqda millət vəkili Qənirə Paşayeva sosial şəbəkədə yazıb. O, bu hadisədən sarsıntı keçirən şəhid anasını necə sakitləşdirəcəyini bilmədiyini qeyd edib. Millət vəkilinin "Parabank" rəhbərliyinə ünvanladığı açıq məktubu təqdim edirik:

"Para" BOKT ASC-nin rəhbərliyinə açıq məktub!

Sizə bir az əvvəl rəsmi məktubla yanaşı bu açıq məktub da yazmaq istədim. Buna səbəb Aprel şəhidimiz Xaliq Əzizzadənin anasının, yəni şəhid anasının bir saatdır həyacandan, əsəbdən, üzüntüdən dayanmayan gözyaşlarıdır. Çünki o övladının bir müddət əvvəl fəaliyyətdə olan "Para Bank"dan götürdüyü pul və bankın onların başına gətirdiyi oyunlar üzündən məhkəməyə verilib və yaşadığı evi itirməklə üz-üzədir. Ən dəhşətlisi isə sizin Xətai rayon məhkəməsində qaldırdığınız iddia əsasında Aprel şəhidinin cavabdeh qismində məhkəmə çağırılmasıdır. Doğurdanmı 1 ildən çox vaxt keçməsinə, bütün ölkənin Aprel şəhidlərini tanımasına ramən qurumunuzda Xaliq Əzizzadənin şəhid olması barədə xəbər yoxdur ki onu cavabdeh qismində məhkəməyə çağırtdırır "PARA" BOKT ASC. Bunun bir ana üçün nə qədər böyük bir ağrı olduğunun fərqində olmaq bu qədərmi çətindir?

"Para" BOKT ASC rəhbərliyi!

Sizi yaraşan bu şəhid ailəsini qəbul edib, problemin həlli istiqamətində addımlar atmaqdır. Şəhid anasının da söylədiyi kimi doğurdanmı şəhidimizin Vətənimiz üçün, bizim üçün axıtdığı qanın o pul qədər dəyəri yoxdur. Məncə siz də belə düşünürsünüz ki var. Məncə siz də düşünürsünüz ki şəhid anası və atası banka borc üzündən(o borcun hansı oyunlarla böyüdüyünü qəbul etsəniz şəhidimizin anası və atası sizə geniş izah edər. Təbii siz keçmişdə törədilmiş bu işlərdə cavabdeh deyilsiniz amma bu ailə də qurban olmamaldır)evsiz qalmamalıdır. Hara gedəcək bu ağcaçlı ana və ağsaqqal ata? Onlar Ermənistandan qaçqın düşmüş insan kimi bir dəfə evlərini itiriblər və illərlə zəhmətdən sonra aldıqları bu evdən başqa da nə evləri nə də gedə biləcəkləri bir yer var. Ölkəmizin 1-ci Vitse Prezidenti hörmətli Mehriban xanım Əliyevanın bu ailələrlə görüşündə dediyi sözlər, önəmli mesajlar hamımızın yaxşı yadımızdadır. Bu ailələrə hər bir çətinlikdə yardım olmalıyıq.

"Para" BOKT ASC rəhbərliyi!

Bu gün həyatımdakı ən ağır günlərdən birini yaşayıram. Çünki bir şəhid anasnını 1 saata yaxındır ki dayanmadan axan gözyaşları dayandırmaq üçün çarələr axtarırıq. Və axan hər damla üçün utanırıq. O gözyaşlarını dayandırmaq sizin əlinizdədir. Və ümid edirəm ki siz müqəddəs Ramazan ayında o gözləri sevindirmək üçün ciddi addımlar atacaqsınız. Şəhidmiz milyonlarla pulla alına bilməyəcək qədər böyük fədakarlıq edib. Canını qurban edib, Mənim, Onun, Sizin üçün.

Qeyd edək ki, Əsgər Xaliq Əzizzadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.

Birinci vitse-prezident işə qarışdı - ŞƏHİDİMİZİN KREDİT BORCU BAĞLANDI


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6502   Tarix: 22 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304