Ermənilərin qəfil hücum planı - Cəbhədəki gərginliyin səbəbləri

Ermənilərin qəfil hücum planı - Cəbhədəki gərginliyin səbəbləriErmənistanın Azərbaycana sarsıdıcı zərbə planları baş tutmayacaq, çünki hazırda cəbhə xəttində üstünlük tamamilə Azərbaycan ordusunun tərəfindədir.

BiG.AZ-ın məlumatına görə, bu barədə milli.az-a açıqlamasında ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri fonunda cəbhədə baş verən hadisələri şərh edən "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, fəlsəfə doktoru Elxan Ələsgərov bildirib.

Onun sözlərinə görə, ermənilərin son zamanlar cəbhədəki gərginliyi artırmasının əsas səbəbi odur ki, Ermənistanda sosial-iqtisadi vəziyyət həddindən artıq pisləşib, kənd təsərrüfatı sahəsində tənəzzül var, kəndçilər hətta məhsullarını bazara çıxara bilmirlər:

"Nəqliyyat sektorunda gerilik var, ölkəyə giriş-çıxış minimuma enib. Qısası, Ermənistanda iqtisadi böhran var və ölkədə ab-hava üsyana yaxın durumdadır. Ermənistan rəhbərliyi - Dağlıq Qarabağın erməni klanı isə bunun əvəzində cəbhədə vəziyyəti yenidən gərginləşdirmək və müəyyən uğurlar əldə etməklə öz yerini möhkəmləndirmək istəyir. Lakin onların arxayın olduqları amerikan teplovizorları və Rusiyadan aldıqları silahlar cəbhədə üstünlük əldə etmək üçün yetərli olmayıb. Bunu ermənilərin son günlər verdikləri itkilərin sayından da bilmək olar. Son olaraq isə Azərbaycan Ordusu kəşfiyyat-təxribat qrupunun bir diversantını ələ keçirib".

Ekspertin fikrincə, bu gərginləşmənin ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri fonunda baş verməsi də təsadüfi deyil: "Ermənistanın məqsədi odur ki, qoşunların təmas xəttində kəşfiyyat sistemləri yerləşdirilsin və guya atışmalar olan zaman təqsirkar müəyyən edilsin. Əslində isə Ermənistan bununla mövcud status-kvonu saxlamaq niyyətindədir. Ermənilər təmas xəttinin rəsmi xəttə çevrilməsini və həmsədrlər tərəfindən nəzarətə götürülməsini istəyirlər. Əlbəttə ki, bu, Azərbaycan üçün qəbuledilməzdir. Hesab edirəm ki, vasitəçilərin son səfəri zamanı apardıqları danışıqların nəticələri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun çıxışına əsaslanacaq. Əsas istiqamət Ermənistanın işğalçı ordusunun Azərbaycan ərazilərindən çıxarılması məsələsi olacaq".

E.Ələsgərov hesab edir ki, Azərbaycan ordusu cəbhədə vəziyyətə tam nəzarət edir: "Ermənistan ordusu dəfələrlə kəşfiyyat əməliyyatları həyata keçirib. Çünki onların ağzında hələ 22-24 il əvvəlki müharibənin dadı qalıb. Ermənilər istəyir ki, qəfil hücumla Azərbaycana sarsıdıcı zərbə vursunlar. Lakin indi vəziyyət çox dəyişib. Onlar kəşfiyyat aparsalar da, bizim ordumuz da müasir texnologiyaların köməyi ilə oradakı vəziyyətə nəzarət edir.

Əgər onlar hansısa qruplaşmanı təmas xəttində önə çəkərlərsə, anında da raket-artilleriya qüvvələri tərəfindən darmadağın ediləcəklər. Yəni indiki vəziyyətdə cəbhə bölgəsində təşəbbüs Azərbaycan ordusunun tərəfindədir və Ermənistan ordusunun bu məngənədən çıxış yolu yoxdur. Ermənilərin əhalini Talış kəndinə qaytarmaq planı da artıq iflasa uğrayıb.

Ermənilər özləri məlumat yayıb ki, Talışdan 2 minə yaxın erməni Ermənistana köçüb. Yəni Ermənistan artıq bu köçün də qarşısını ala bilmir. Belə vəziyyətdə onlar hərbi təxribatlara əl atırlar. Onlar Rusiya ilə hərbi ittifaqın kölgəsi altında Azərbaycana qarşı zərbə tədbirləri planlaşdırırlar. Lakin diversantın ələ keçməsi göstərir ki, onların bu planları da iflasa uğrayır. Hazırda vəziyyət bir neçə il bundan əvvəlkindən tam fərqlidir və təşəbbüs ordumuzun tərəfindədir. Ötən ilin aprel döyüşləri, daha sonra "OSA"-nın və bir sıra döyüş texnikalarının vurulması, nəhayət, ermənilərin çoxlu itki verməsi və bir nəfərin də əsir götürülməsi buna əyani sübutdur".

Qeyd edək ki, son günlər Ermənistan silahlı qüvvələrinin ardıcıl təxribat cəhdləri nəticəsində 6 hərbçilərini itirsələr də, yolundan dönmürlər. İyunun 20-də axşam saatlarında isə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstəriblər. Lakin Azərbaycan Ordusunun bölmələri kəşfiyyat qrupunu aşkar edib, düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Hərbçilərimizin çevikliyi nəticəsində hətta təxribat qrupunun Zaver Hovanis Karapetyan adlı bir üzvü də ələ keçirilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1451   Tarix: 22 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sahibə Qafarova: Fransa regionda sülhə xidmət etməyən yanaşma ortaya qoyur

Fransa regionda sülhə xidmət etməyən, yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur. "Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Prezidenti Yakov Milatoviç ilə görüşündə Fransanın regionda gərginliyi artırmaq məqsədi daşıyan addımları barəd

28.04.2024 173
.

Rusiya MN ötən gecə 17 PUA vurduğunu açıqlayıb

Ötən gecə Rusiya ərazisində Ukraynaya məxsus 17 pilotsuz uçuş aparatı zərərsizləşdirilib. "Report" xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb. "Növbətçi hava hücumundan müdafiə sistemləri on yeddi Ukrayna PUA-sını məhv edib və yaxalayıb: onlardan doqquzu Bryansk vilayəti

28.04.2024 165
.

Bakıda 56 yaşlı qadını avtomobil vurub

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, rayonun Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Seyidova Sevda Tofiq qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliy

28.04.2024 174
.

Bakıda 85 yaşlı qadın oğlu tərəfindən döyülərək küçəyə atılıb - VİDEO

Baku TV-nin qaynar xəttinə paytaxtın Xətai rayonunda 85 yaşlı qadının küçədə gecələməsi barədə məlumat daxil olub. Baku TV-nin əməkdaşları vətəndaşların müraciəti əsasında sözügedən ünvana gedərək qadınla həmsöhbət olub, ona kömək etməyə çalışıblar. Yaşlı qadın oğlu tərəfindən döyüldüyünü, küçəyə atıldığın

28.04.2024 282
.

Vətəndaş ona hədiyyə edilən ov tüfəngini könüllü polisə təhvil verdi

Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan bir nəfər Abşeron Rayon Polis İdarəsinə müraciət edərək əmisi oğlunun hədiyyə etdiyi sənədləri olmayan ov tüfəngini könüllü təhvil vermək istədiyini bildirib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşa nümunəvi hərəkətin

28.04.2024 153
.

Sədərək rayonunda sursat partladı: Həlak olan mülki şəxslər dəfn ediliblər - FOTO/VİDEO

Sədərək rayonunda sursat partlayışı nəticəsində həlak olan mülki şəxslər dəfn ediliblər. "Report" xəbər verir ki, rayonun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü Vilayət Həsən oğlu Rzayev və 1970-c

28.04.2024 404
.

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

Polis əməkdaşları yetkinlik yaşına çatmayan şəxslərə alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarını

28.04.2024 168
.

Tbilisidə ev almaq istəyənlərin diqqətinə: Qiymətlər bahalaşdı

Gürcüstanın paytaxtı Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti 13 % artıb. Bu barədə Gürcüstan Statisika Komitəsi məlumat yayıb. Yeni tikililərdə mənzillərin qiymətləri 12,9 %, yeni fərdi yaşayış evlərinin qiyməti isə 13,3 % artıb. Ən bahalı mənzillər Mtatsminda (kvadratmetr üçün 200 dollarda

28.04.2024 213
.

Britaniya deputatları Sunakı vəzifəsindən uzaqlaşdıra bilər

Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının bir neçə deputatı mayın 2-də bələdiyyə, yerli və regional hakimiyyət orqanlarına seçkilər keçirildikdən sonra Baş nazir Rişi Sunakı vəzifəsindən uzaqlaşdırmaq niyyətindədir. "Report" xəbər verir ki, bu barədə "Financial Times" nəşr

28.04.2024 161