Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi ilə bağlı təqdimat tədbiri keçirilib - FOTOLAR

Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi ilə bağlı təqdimat tədbiri keçirilib - FOTOLARAzərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, "ElanExpo" və "Atılım Fuarcılık" şirkətlərinin birgə təşkilatçılığı ilə RecExpo III – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisinə dair təqdimat tədbiri və mətbuat konfransı keçirilib. Konfransda Komitənin rəsmiləri, sərginin təşkilatçıları, bir sıra tikinti şirkətləri, aparıcı media və ictimai təşkilatların nümayəndələri iştirak edib.

BiG.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə açan Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Qulu Xəlilov baş tutacaq sərgi barədə məlumat verib, onun əhəmiyyətindən danışıb. Bildirib ki, sərgi 23-25 noyabr 2017-ci il tarixlərində Baku Expo Mərkəzində keçiriləcək. Qeyd edib ki, sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının daha da canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Daşınmaz əmlak bazarı ilə bağlı investisiya mühitinin bu sahədə fəaliyyət göstərən xarici şirkətlərə nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsi də əsas vəzifələrdəndir.

Qeyd edilib ki, özəlləşdirilmiş müəssisələrə kapital axını ölkənin makroiqtisadi göstəricilərinin, məşğulluğun səviyyəsinin artımına, yeni iş yerlərini yaradılmasına, ixrac potensialının yüksəlməsinə səbəb olacaq. Həmçinin bu ölkəmizin beynəlxalq nüfuzunun artımına, dünya bazarlarına çıxış imkanlarının genişlənməsinə və daşınmaz əmlak bazarında iqtisadi yüksəlişə gətirib çıxaracaq.

Ötən ildən fərqli olaraq sərgidə daha çox investor, əmlak şirkətlərinin qatılması, eyni zamanda onların tikinti və infrastruktur layihələrinin nümayiş edilməsi gözlənilir. Beləki, Avropa və Asiya ölkələrinin daşınmaz əmlak bazarındakı iri şirkətləri 23-25 noyabr tarixlərində keçiriləcək tədbirdə iştirak edəcəklər. Türkiyə, BƏƏ, Rusiya, İspaniya kimi dövlətlərin nüfuzlu tikinti şirkətləri sərgidə toplanacaqlar.

Komitə tərəfindən də sərgidə öz fəaliyyətini əks etdirən povilyonlar yaradılacaq. Burada dövlət əmlakının özəlləşdirilməsi, torpaqların vahid elektron kadastr uçotu, bu sahədə müasir informasiya kommnukasiya texnologiyalarının imkanları ilə yaradılan sistemlər, elektron xidmətlər və digər yeniliklər nümayiş olunacaq. Builki sərgidə özəlləşdirilməyə açıq elan edilən müəssisələrlə bağlı povilyonlarının yaradılması kimi yeniliklər də nəzərdə tutulur.

Qeyd edilməlidir ki, ötən il baş tutan sərgidə Türkiyə, BƏƏ, Macarıstan, Rusiya, İspaniya, Portuqaliya, Lüksemburq, Kipr, Gürcüstan, Ukrayna kimi ölkələrdən 30-a yaxın xarici şirkət iştirak edib. Ümumilikdə sərgidə 91 yerli və beynəlxalq şirkətin 152 daşınmaz əmlak layihəsi nümayiş olunub. Ötən ildən fərqli olaraq bu il baş tutacaq sərginin məkanı daha geniş ərazini əhatə edəcək.

Konfransın digər təşkilatçıları olan "ElanExpo" və "Atılım Fuarcılık" şirkətlərinin nümayəndələri Salim Şahin, İlkin Abdiyev bildiriblər ki, sərginin daşınmaz əmlak bazarına yatırılan investisiyanın artırılması baxımından xüsusi əhəmiyyəti var. Bura həm şirkətlər həm də alıcılar üçün əlverişli platformadır. Sərginin ən cəlb edici cəhətlərindən biri də burada birbaşa potensial alıcılar üçün yaradılan seçim imkanlarının olmasıdır. Müxtəlif ölkələrdən iri şirkətlərin cəlb edilməsi əmlak alıcılarına təklifləri, fürsətləri müqayisə etmək və dəyərləndirmək, sərfəli variantları seçmək imkanı qazandıracaq.
Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsinin Strateji özəlləşdirmənin təşkili və investisiyaların cəlb edilməsi şöbəsinin müdiri Yalçın Camalov bildirib ki, özəlləşdirilməyə açıq elan edilən müəssisələrlə bağlı yaradılacaq povilyonlarda həmin müəssisələrin maliyyə və iqtisadi göstəriciləri, istehsal etdikləri məhsul və xidmətlər, yerləşdiyi ünvan, fəaliyyət növü, gəlir gətirmə potensialı və sair digər bütün məlumatlar əks olunacaq. Potensial iştirakçılara özəlləşdirməyə çıxarılan müəssisələr və özəlləşdirmədə iştirak etmə prosedurları barədə məlumat veriləcək. Sərgidə iştirak edəcək xarici investorların ölkənin daşınmaz əmlak sektoruna yatıracağı kapital, bu sahənin canlanmasına, müəssisələrin rentabelliyi fəaliyyətinin bərpa olunmasına və əhalinin sosial-rifah halının yaxşılaşdırılmasına səbəb olacaqdır.

Bu istiqamətdə Azərbaycanın xaricdə akkreditə olunmuş diplomatik nümayəndəlikləri vasitəsi ilə müxtəlif ölkələrin ticarət birlikləri, investisiya fondları və bütün maraqlı tərəflərlə əlaqələr qurulur. Hal-hazırda Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikasının BƏƏ-dəki Səfirliyi və Dubaydakı Konsulluğu vasitəsi ilə iri investorların cəlb edilməsi üzrə Dubay Ticarət Palatası ilə danışıqlar aparır. Eyni məqsədlə Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi ilə də müvafiq işlər həyata keçirilir.

Sərgi çərçivəsində maliyyə şirkətlərinin, xarici investorların, habelə bütün maraqlı tərəflərin iştirakı ilə "Daşınmaz Əmlak, Özəlləşdirmə və İnvestisiyalar" mövzusunda konfransın keçirilməsi də nəzərdə tutulub.
Sonda ötən il keçirilən Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisinin güörüntülərini əks etdirən video-çarx nümayiş olunub.

Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi ilə bağlı təqdimat tədbiri keçirilib - FOTOLARBeynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi ilə bağlı təqdimat tədbiri keçirilib - FOTOLARBeynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi ilə bağlı təqdimat tədbiri keçirilib - FOTOLARBeynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi ilə bağlı təqdimat tədbiri keçirilib - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2234   Tarix: 21 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda hərbçi vəfat etdi - FOTO

Birinci Qarabağ müharibəsinin veteranı, Bakı şəhər 67 nömrəli tam orta məktəbin Gənclərin Çağırışaqədərki Hazırlığı üzrə Hərbi Rəhbəri Oktay Əsgər oğlu Əhmədov qəfil dünyasını dəyişib. -a istinadən xəbər verir ki, 55 yaşlı müəllim dekabrın 9-da saat 23 radələrində qəflətən vəfat edib. Qeyd edək ki, O.Əhmədo

14:24 513
.

Azərbaycanda 8-ci sinif şagirdi ərə verilir - VİDEO

Azərbaycanda 8-ci sinif şagirdini ərə verirlər. "bakıvaxtı.az"-a istinadən xəbər verir ki, hadisə Kürdəmir rayonu Muradxan kəndinin Gəncəli məhəlləsində baş verib. Qeyd edək ki, hər iki tərəfin bu evliliyi razılıqla qarşıladığı bildirilib. Kürdəmir rayon sakinləri adıçəkilən kənddə belə hadisələri

13:00 649
.

Ülviyyə Əliyeva vəfat edən anasının görüntülərini paylaşdı - VİDEO

Aktrisa Ülviyyə Əliyeva yeni vəfat edən anası Zemfira Məmmədəliyeva ilə bağlı paylaşım edib. xəbər verir ki, o şəxsi instaqram səhifəsində anasının arxiv görüntülərini və onunla lentə alınan fotolarından ibarət video paylaşıb. Aktrisa həmin görüntülərə "Canım anam" şərhini də əlavə edib. Xatırlada

12:28 402
.

Şagirddən DƏHŞƏT: Müəllimini huşunu itirənə qədər döydü, sonra isə zorlamaq istədi... -VİDEO

ABŞ-ın Las-Veqas şəhərində 17 yaşlı tələbə Conatan Martinez-Qarsiya dərsdə müəlliminə hücum edib zorlamağa cəhd etdiyi üçün 20 il həbs cəzasına məhkum edilib. xarici mənbəyə istinadən xəbər verir ki, Qarsiya adlı şagird 2022-ci ilin aprelində müəllimini qiymətləri haqqında danışmaq adı ilə aldadıb. Qarsiy

16:10 721
.

Taksidə tərk edilən uşağın valideyninin kimliyi məlum oldu

Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 8-də axşam saatlarında Yasamal rayonu ərazisində taksidə tərk edilən körpənin şəxsiyyəti müəyyən edilib. xəbər verir ki, bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib

14:11 775
.

İki gəncin öldüyü hadisə ilə bağlı TƏFƏRRÜAT

Dekabrın 9-da saat 21 radələrində Masallıda iki gəncin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, avtomobilin vuraraq öldürdüyü 20 yaşlı İslam Əliyev və 17 yaşlı İsa Cavadov hadisə vaxtı yolun kənarındakı mağazada

16:10 463
.

Yanvarın 1-dən pensiyalar bu qədər artacaq - AÇIQLAMA

Gələn aydan etibarən pensiyaların indeksasiyası və artırılması gözlənilir. Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O qeyd edib ki, artıq son ayların statistikası göstərir ki, Azərbaycanda nominal orta aylıq əməkhaqqı 2023-cü ilin geridə qalan aylarında təxminən 11-11,2 faiz artıb

15:52 607
.

"Squid Game"də 4,56 milyon udsa da, pulu ala bilmir

Finalı 10 ay əvvəl baş tutan "Squid Game: The Challenge"in qalibi May Uilan təşkilatçı şirkət "Netflix"dən şikayətçidir. Axşam.az xəbər verir ki, May 4,56 milyon dollarlıq cekpotu udsa da, puldan hələ də xəbər olmadığını deyib. Hazırda ödənişlə bağlı şounun prodüser şirkəti ilə "Netflix"

22:30 1
.

Anasını başına vuraraq öldürdü, dedikləri ŞOK ETDİ: "Cini vuraraq çıxarırdım"

Türkiyədə oğul anasının başına dəfələrlə stol ilə vuraraq öldürüb. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Türkiyənin İzmir şəhərində baş verib. Bir çox cinayətləri olan, narkotik istifadə etdiyi və psixoloji problemləri olduğu iddia edilən Barış Ç. anası Fazil

15:12 428