Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi ilə bağlı təqdimat tədbiri keçirilib - FOTOLAR

Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi ilə bağlı təqdimat tədbiri keçirilib - FOTOLARAzərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, "ElanExpo" və "Atılım Fuarcılık" şirkətlərinin birgə təşkilatçılığı ilə RecExpo III – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisinə dair təqdimat tədbiri və mətbuat konfransı keçirilib. Konfransda Komitənin rəsmiləri, sərginin təşkilatçıları, bir sıra tikinti şirkətləri, aparıcı media və ictimai təşkilatların nümayəndələri iştirak edib.

BiG.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə açan Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Qulu Xəlilov baş tutacaq sərgi barədə məlumat verib, onun əhəmiyyətindən danışıb. Bildirib ki, sərgi 23-25 noyabr 2017-ci il tarixlərində Baku Expo Mərkəzində keçiriləcək. Qeyd edib ki, sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının daha da canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Daşınmaz əmlak bazarı ilə bağlı investisiya mühitinin bu sahədə fəaliyyət göstərən xarici şirkətlərə nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsi də əsas vəzifələrdəndir.

Qeyd edilib ki, özəlləşdirilmiş müəssisələrə kapital axını ölkənin makroiqtisadi göstəricilərinin, məşğulluğun səviyyəsinin artımına, yeni iş yerlərini yaradılmasına, ixrac potensialının yüksəlməsinə səbəb olacaq. Həmçinin bu ölkəmizin beynəlxalq nüfuzunun artımına, dünya bazarlarına çıxış imkanlarının genişlənməsinə və daşınmaz əmlak bazarında iqtisadi yüksəlişə gətirib çıxaracaq.

Ötən ildən fərqli olaraq sərgidə daha çox investor, əmlak şirkətlərinin qatılması, eyni zamanda onların tikinti və infrastruktur layihələrinin nümayiş edilməsi gözlənilir. Beləki, Avropa və Asiya ölkələrinin daşınmaz əmlak bazarındakı iri şirkətləri 23-25 noyabr tarixlərində keçiriləcək tədbirdə iştirak edəcəklər. Türkiyə, BƏƏ, Rusiya, İspaniya kimi dövlətlərin nüfuzlu tikinti şirkətləri sərgidə toplanacaqlar.

Komitə tərəfindən də sərgidə öz fəaliyyətini əks etdirən povilyonlar yaradılacaq. Burada dövlət əmlakının özəlləşdirilməsi, torpaqların vahid elektron kadastr uçotu, bu sahədə müasir informasiya kommnukasiya texnologiyalarının imkanları ilə yaradılan sistemlər, elektron xidmətlər və digər yeniliklər nümayiş olunacaq. Builki sərgidə özəlləşdirilməyə açıq elan edilən müəssisələrlə bağlı povilyonlarının yaradılması kimi yeniliklər də nəzərdə tutulur.

Qeyd edilməlidir ki, ötən il baş tutan sərgidə Türkiyə, BƏƏ, Macarıstan, Rusiya, İspaniya, Portuqaliya, Lüksemburq, Kipr, Gürcüstan, Ukrayna kimi ölkələrdən 30-a yaxın xarici şirkət iştirak edib. Ümumilikdə sərgidə 91 yerli və beynəlxalq şirkətin 152 daşınmaz əmlak layihəsi nümayiş olunub. Ötən ildən fərqli olaraq bu il baş tutacaq sərginin məkanı daha geniş ərazini əhatə edəcək.

Konfransın digər təşkilatçıları olan "ElanExpo" və "Atılım Fuarcılık" şirkətlərinin nümayəndələri Salim Şahin, İlkin Abdiyev bildiriblər ki, sərginin daşınmaz əmlak bazarına yatırılan investisiyanın artırılması baxımından xüsusi əhəmiyyəti var. Bura həm şirkətlər həm də alıcılar üçün əlverişli platformadır. Sərginin ən cəlb edici cəhətlərindən biri də burada birbaşa potensial alıcılar üçün yaradılan seçim imkanlarının olmasıdır. Müxtəlif ölkələrdən iri şirkətlərin cəlb edilməsi əmlak alıcılarına təklifləri, fürsətləri müqayisə etmək və dəyərləndirmək, sərfəli variantları seçmək imkanı qazandıracaq.
Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsinin Strateji özəlləşdirmənin təşkili və investisiyaların cəlb edilməsi şöbəsinin müdiri Yalçın Camalov bildirib ki, özəlləşdirilməyə açıq elan edilən müəssisələrlə bağlı yaradılacaq povilyonlarda həmin müəssisələrin maliyyə və iqtisadi göstəriciləri, istehsal etdikləri məhsul və xidmətlər, yerləşdiyi ünvan, fəaliyyət növü, gəlir gətirmə potensialı və sair digər bütün məlumatlar əks olunacaq. Potensial iştirakçılara özəlləşdirməyə çıxarılan müəssisələr və özəlləşdirmədə iştirak etmə prosedurları barədə məlumat veriləcək. Sərgidə iştirak edəcək xarici investorların ölkənin daşınmaz əmlak sektoruna yatıracağı kapital, bu sahənin canlanmasına, müəssisələrin rentabelliyi fəaliyyətinin bərpa olunmasına və əhalinin sosial-rifah halının yaxşılaşdırılmasına səbəb olacaqdır.

Bu istiqamətdə Azərbaycanın xaricdə akkreditə olunmuş diplomatik nümayəndəlikləri vasitəsi ilə müxtəlif ölkələrin ticarət birlikləri, investisiya fondları və bütün maraqlı tərəflərlə əlaqələr qurulur. Hal-hazırda Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikasının BƏƏ-dəki Səfirliyi və Dubaydakı Konsulluğu vasitəsi ilə iri investorların cəlb edilməsi üzrə Dubay Ticarət Palatası ilə danışıqlar aparır. Eyni məqsədlə Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi ilə də müvafiq işlər həyata keçirilir.

Sərgi çərçivəsində maliyyə şirkətlərinin, xarici investorların, habelə bütün maraqlı tərəflərin iştirakı ilə "Daşınmaz Əmlak, Özəlləşdirmə və İnvestisiyalar" mövzusunda konfransın keçirilməsi də nəzərdə tutulub.
Sonda ötən il keçirilən Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisinin güörüntülərini əks etdirən video-çarx nümayiş olunub.

Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi ilə bağlı təqdimat tədbiri keçirilib - FOTOLARBeynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi ilə bağlı təqdimat tədbiri keçirilib - FOTOLARBeynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi ilə bağlı təqdimat tədbiri keçirilib - FOTOLARBeynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi ilə bağlı təqdimat tədbiri keçirilib - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2234   Tarix: 21 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

TOP MP3