5 yaşlı qızını zəhərləyən qadın kimdir? — "Rafiq Rəhmanov adlı şəxsin fermasında..."/YENİLƏNİB

5 yaşlı qızını zəhərləyən qadın kimdir? — "Rafiq Rəhmanov adlı şəxsin fermasında..."/YENİLƏNİBQusarın Hil kəndində 5 yaşlı övladına dərman verərək öldürən Gülnarə Saypullayeva barədə kənd icra nümayəndəsi Adil Paşayev ölkə.az-a danışıb.

İcra nümayəndəsi bildirib ki, G.Saypullayeva qonşu İmamqulu kəndindən işləməyə gəlibmiş:

"Burada fermada işləməyə gəlmişdi. Çox da insan arasına çıxmırdı. Həyat yoldaşı isə Şirvanovka kəndindəndir. Bildiyimə görə yeganə övladları imiş. Rafiq Rəhmanov adlı şəxsin fermasında işləyirdi".

Qusar Rayon Polis İdarəsindən isə bildirilib ki, faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, xəbəri APA yayıb. Bildirilir ki, bir neçə gün əvvəl Hil kəndində fermada yaşayan Gülnarə Saypullayeva qızı, 2012-ci il təvəllüdlü Saypullayeva Luiza Bəxtiyar qızının qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının öldürüldüyü müəyyənləşib.

Şübhəli şəxs qismində dindirilən G. Saypullayeva qızını zəhərlədiyini bildirib. O, azyaşlıya içinə həşəratları öldürmək üçün istifadə olunan dərman qarışdırılmış süd içirdiyini deyib.

10:32

Qusarda azyaşlı qətlə yetirilib.

BiG.AZ APA-ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl Hil kəndində fermada yaşayan Gülnarə Taypullayeva qızı, 2012-ci il təvəllüdlü Taypullayeva Luiza Bəxtiyar qızının qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının öldürüldüyü müəyyənləşib.

Şübhəli şəxs qismində dindirilən G. Taypullayeva qızını zəhərlədiyini bildirib. O, azyaşlıya içinə həşəratları öldürmək üçün istifadə olunan dərman qarışdırılmış süd içirdiyini deyib.

G. Taypullayeva tutulub, faktla bağlı araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4336   Tarix: 21 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş