AMEA-da QALMAQAL: Alimlər evsiz qaldı, kənar şəxslər ev aldı - FOTOLAR

AMEA-da QALMAQAL: Alimlər evsiz qaldı, kənar şəxslər ev aldı - FOTOLARAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) evsiz qalan sakinləri qurumun prezidenti Akif Əlizadə ilə görüşmək üçün binanın qarşısına yığılıb. Sakinlər Akademiyanın Rəyasət Heyətinin müvafiq qərarı ilə yaradılmış mənzillərin bölüşdürülməsindən şikayətçidirlər.

Yasamal rayonu Şərifzadə-12 ünvanında yerləşən "Aspirantlar" yataqxanasında yaşayan 50-dən çox ailə ev bölgüsündən narazıdır.

Məlumat üçün bildirək ki, yataqxanada yaşayan 118 ailə 5 il bundan öncə prezidentə müraciət edib. Yataqxanada acınacaqlı vəziyyətdə yaşayan sakinlərin müraciətindən sonra ölkə başçısının göstərişilə həmin ünvanda yaşayan 118 ailənin mənzillə təminatına dair iş başlayıb. "Evro Story-S" MMC ilə AMEA arasında 2012-ci il noyabrın 14-də podrat müqaviləsi imzalanıb. Bakı şəhər İcra Hakimiyyətinin dekabrın 19-da 2012-ci il 564 saylı sərəncamı ilə Yasamal rayonu Şərifzadə 12 ünvanında yerləşən "Aspirantlar" yataqxanasının həyətindəki 0.66 hektar torpaq sahəsi "Evro Story-S" MMC-yə bu yataqxanada yaşayan sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması və onların hər birinin (118 ailə) 65 kvadratmetrdən az olmayaraq mənzillə təmin olunmaları şərti ilə 4 ədəd 16 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilib.

Həmin podrat müqaviləsinin 1.3 maddəsində qeyd olunur: "Podratçı" Azərbaycan Milli Elmlər Akademiyasına məxsus yuxarıda qeyd olunan ünvanda yerləşən yataqxanada yaşayan akademiya əməkdaşları və sakinləri üçün öz vəsaiti hesabına inşa etdiyi 1 girişli 16 mərtəbəli yaşayış binasını ödənişsiz əsaslarla sifarişçiyə təhvil verməyi öz üzərinə götürür".

Müqavilədə açıq şəkildə yazılıb ki, tikinti şirkəti öz hesabına bu yataqxanadakı sakinlər üçün mənzillər tikib AMEA-ya təhvil verəcək.

Narazı sakinlərin sözlərinə görə, məsələ ilə bağlı iyun ayının 14-də Prezident Aparatına müraciət ediblər:

"Biz ayın 14-də Prezident Apratının qarşısında yığıldıq. Orda bizi dinlədilər və Akif Əlizadəyə zəng edib dedilər ki, sakinləri dinləsinlər. Bizi AMEA-nın İşlər İdarəsinin rəisi Fətəli Abdullayev qarşılamalı idi. Lakin Sərdar müəllim qarşıladı. O da qarşımıza şərtlər qoydu və həmin şərtlər bizə uyğun olmadığı üçün yenidən Prezident Aparatına müraciət etdik. Bunun da heç bir nəticəsi olmadı. Burda yığışmağımızın məqsədi Akif müəllimi binanın qarşısında görüb şikayətimizi dinləməsini xahiş etməkdir".

Sakinlərin sözlərinə görə, Akif Əlizadə ilə görüşmək üçün 5 dəfə rəsmi müraciət edilib, lakin onlara cavab verən olmayıb.

Qeyd edək ki, sakinlər artıq ikinci dəfədir binanın qarşısında toplaşaraq Akif Əlizadə ilə görüşmək istəyir. İlk cəhddə akademiya rəhbərini görsələr də, heç bir nəticəsi olmayıb.

Yataqxana sakinlərindən Natəvan Həsənova bildirir ki, Akif Əlizadə onlara özünün hər şeydən xəbərsiz olduğunu deyib:

"Biz axşam saat 8-ə kimi binanın qarşısında Akif müəllimi gözlədik. Nəhayət o binanı tərk edəndə bizi gördü və "Siz kimsiniz burda yığışmısınız" deyə reaksiya verdi. Suallarımızı ünvanlayanda isə "mənim heç nədən xəbərim yoxdu" dedi. Hazırda akademiyada çalışan və maaş alan işçilərə də ev verilmir".

Yataqxananın digər sakini, Cəbrayıl rayonundan məcburi köçkün Südabə Məmmədova bildirir ki, bəzi kənar şəxslər qeyri-qanuni şəkildə yataqxanaya qeydiyyata salınıb:

"20 ildən çox akademiyada işləyən insanları işdən çıxardıblar. İndi də deyirlər ki, "siz burda işləmirsiniz, sizə ev düşmür". Özlərinin yaxın adamlarına ev vermək üçün onları yataqxananın zibil yığılan otağında qeydiyyata salıblar. Hansı ki, o insanlar heç yataqxananın yerini bilmir. Mən özüm Cəbrayıl qaçqınıyam. Biz məhkəməyə müraciət etməmişdən qabaq Akif müəllimlə danışmaq istəyirik. O yetərincə dünya görmüş adamdır. Evsizliyin nə olduğunu da bilir. Amma bunu ən yaxşı biz bilirik. Mən 23 il əvvəl Cəbrayıl rayonunun işğalı zamanı evsiz qalmışam. Sonra akademiyada işə düzəlmişəm. Mən ora qapını sındırıb girməmişəm. 18 ildir burda yaşayıram və işləyirəm. Əgər mənə də ev düşmürsə, hansı ədalətli bölgüdən söhbət gedə bilər? O ev verdikləri adamların bir əşyası belə yoxdur, həmin yataqxanada. Komissiyanın işi şəffaf deyil".

AMEA-nın prezidenti Akif Əlizadənin məsələ ilə bağlı mövqeyini öyrənmək istədik. Lakim katibəsi hazırda AMEA prezidentinin naharda olduğunu bildirdi. Nahardan sonrakı zənglərimiz isə cavabsız qaldı.

Sözügedən yataqxanada neçə nəfərin qeydiyyatda olmasını dəqiqləşdirmək üçün Bakı şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Lakin nə İcra Hakimiyyətinin rəsmi saytındakı nömrələrə cavab verən oldu, nə də qurumun mətbuat katibi Nailə Məmmədova dəstəyi qaldırdı.

mənbə: qaynarinfo

AMEA-da QALMAQAL: Alimlər evsiz qaldı, kənar şəxslər ev aldı - FOTOLARAMEA-da QALMAQAL: Alimlər evsiz qaldı, kənar şəxslər ev aldı - FOTOLARAMEA-da QALMAQAL: Alimlər evsiz qaldı, kənar şəxslər ev aldı - FOTOLARAMEA-da QALMAQAL: Alimlər evsiz qaldı, kənar şəxslər ev aldı - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1538   Tarix: 20 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Sabah Bakıda 30 dərəcə isti olacaq

Aprelin 29-da Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a bildirilib ki, sabah mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündüz 25-30 isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütun

28.04.2024 251
.

BMT: "Altı ayda Qəzzada 13 min uşaq ölüb"

BMT-nin Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini bildirib ki, son altı ayda Qəzza zolağında öldürülən uşaqların sayı 13 minə çatıb. O qeyd edib ki, müharibə şəraitində dəqiq məlumat əldə etmək çox çətindir. "Ancaq məncə, dərc olunan rəqəmlər dəhşətlidir

28.04.2024 166
.

Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı

Ulan-Udedə itkin düşənlər siyahısında olan dörd yaşlı uşağın meyiti tapılıb. Onun meyiti yaşadığı evin əlavə qarajında, paltaryuyan maşında gizlədilib. Körpənin ailəsi şübhə altına düşüb. Qeyd olunur ki, uşağın itməsi ötən gecə məlum olub. Polis və könüllülər onun axtarışına çıxıblar. Nəticədə oğlanı

28.04.2024 517
.

Neftçala şəhərində 46 yaşlı kişi süni göldə batdı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Neftçala şəhərində 1 nəfərin süni göldə batması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Muğan dalğıc-axtarış qrupu əraziyə cəl

28.04.2024 231
.

Maaşlar artacaq? - VİDEO

2024-cü ilin I rübündə dövlət büdcəsində 821,7 milyon manat artıqlıq yaranıb. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı məlumatda bildirilir. Bəs 2023-cü ildə 9%-ə yaxın inflyasiyanın qeydə alındığını nəzərə alaraq bu vəsaitin minimum pensiya məbləğinin və əməkhaqlarının artırılmasına yönəldilməsi mümkündürmü?

28.04.2024 346
.

Vətəndaş ona hədiyyə edilən ov tüfəngini könüllü polisə təhvil verdi

Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan bir nəfər Abşeron Rayon Polis İdarəsinə müraciət edərək əmisi oğlunun hədiyyə etdiyi sənədləri olmayan ov tüfəngini könüllü təhvil vermək istədiyini bildirib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşa nümunəvi hərəkətin

28.04.2024 233
.

Sədərək rayonunda sursat partladı: Həlak olan mülki şəxslər dəfn ediliblər - FOTO/VİDEO

Sədərək rayonunda sursat partlayışı nəticəsində həlak olan mülki şəxslər dəfn ediliblər. "Report" xəbər verir ki, rayonun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü Vilayət Həsən oğlu Rzayev və 1970-c

28.04.2024 614
.

Amsterdamda keçirilən nümayişdə 100-dən çox ətraf fəal saxlanılıb

Amsterdam polisi şəhərin hərəkətli yollarından birini bağlayan Extinction Rebellion təşkilatının 100-dən çox ətraf mühit fəalını saxlayıb. "Report"un məlumatına görə, bu barədə NOS telekanalı məlumat yayıb. Belə ki, iki yerdə səkkiz avtomobil dairəvi yolu kəsib. Fəallar "ING Bank"ı

28.04.2024 218
.

Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib

Tacikistan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına müvəqqəti olaraq Rusiya Federasiyasına getməməyi tövsiyə edib. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir. Qeyd olunub ki, Tacikistan vətəndaşlarına çox zərurət olmadıqda müvəqqəti olaraq bütün nəqliyyat növlər

28.04.2024 227