Azərbaycan Qran Prisini izləməyin 7 səbəbi

Azərbaycan Qran Prisini izləməyin 7 səbəbiBu həftə ölkəmiz ikinci dəfə Formula1 meydançasına çevriləcək. Şəhərimizin küçələri dünyanın ən sürətli 20 sürücüsünü qəbul etməyə tam hazırdır. Ölkəmizin sakinləri isə hələ də yarışı canlı izləməklə mavi ekranlar qarşısında izləmək arasında seçim edə bilməyiblər. Bəs, ümumiyyətlə, milli yarışımızı izləməyə dəyərmi?
F-1.az bizim yarışı izləmək üçün azarkeşləri maraqlandıran 7 əsas səbəbi bir araya toplayıb. Gəlin onları nəzərdən keçirək…

Sıralanma turu: Həmiltondan 66-cı poul?
Kanadada Lyuis Həmilton karyerasında 65-ci poulunu qazanmaqla əfsanəvi Ayrton Senna ilə bərabərləşdi. Bakıda isə britaniyalı sürücünün ikinciliyə yüksəlmək şansı olacaq. Əgər Lyuis şənbə günü hamını üstələsə, onda Mixael Şumaxerə cəmi iki poul qalacaq.

Tarix gözümüzün önündə yazılır, bu tarixi izləmək istəmirsiniz?

Yarış: Ferrari yoxsa Mercedes?
Bir ay əvvəl başqa bir şəhər tipli trasda baş tutmuş yarış qırmızıların xeyrinə qurtarmışdı. Fettelin inamlı qələbəsini Rəykkönen ikinci yerlə möhkəmlətmişdi. Komanda 7 illik dubl həsrətinə son qoymaqla knyazlığın küçələrində 16 illik qələbə həsrətini bitirmişdi. Hələ yarışdan əvvəl hamı deyirdi ki, Mercedes-in cari mövsüm üçün hazırladığı W08 şassisi uzun təkər bazasına malik olduğu üçün Monakonun küçələrində effektiv olmayacaq. Amma komanda sərbəst yürüşlərdəki uğursuzluğu sazlanmaların düzgün seçilməməsi ilə əlaqələndirsə də, sıralanma turunda da Ferrari-dən geri qalmışdılar.

Bakıda Mercedes sürücüləri Monakoda olduğu kimi geridə olmayacaqlar, çünki knyazlıqdan fərqli olaraq bizim trasda uzunluğu 2.2 km olan uzun bir düzlük var. Formula1 təqviminin ən uzun düzlüyü keçən il olduğu kimi, bu il də Mercedes motorları üçün əlverişli olacaq. Ona görə də bu dəfə poul və qələbə uğrunda mübarizə daha gərgin olacaq.

Yarış: Fettel yoxsa Həmilton?
Bizim yarışa qədər hər iki sürücünün aktivində 3 qələbə var. Bu il heç bir sürücü ardıcıl 2 qələbə qazanmayıb. Bunu Bakıda Həmilton edə bilər. Amma Fettel də Kanada uğursuzluğunun əvəzini çıxmağa, eləcə də qırılmış podium seriyasının yenisini başlamağa cəhd edəcək. Bəs Həmilton nə ilə cavab verəcək?

Britaniyalı sürücü Monreal qələbəsindən sonra bildirmişdi ki, artıq təkərləri daha yaxşı başa düşür. Bakıda isə daha bərk təkərlərlə yarışacaq. İstənilən halda, dördqat və üçqat dünya çempionlarının mübarizəsi bizim yarışa xüsusi rəng qatacaq. Bu mübarizədən zövq almağa hazırsınız?

Yarış: McLaren və Alonso xal hesabını açacaqlar?
Monakoda sıralanma turunda hər iki sürücüsü ilə son sessiyaya qalmağı bacaran McLaren komandası eyni ssenariyə sevinə bilər. Amma Kanadada son dövrələrdə yaşanan nasazlıq motor dəyişməsinə səbəb olsa, yarışımızın keçənilki səfiri Fernando Alonso gerilərdən start almalı olacaq.

Amma indi hamını başqa bir sual maraqlandırır: əgər komanda uğurlu strategiya tətbiq edərsə, Alonso ilk onluqda mübarizə aparsa, finişə neçə dövrə qalmış Honda motoru sıradan çıxacaq? McLaren və Honda alyansının ölkəmizdə bəlkə də son yarışına şahidlik eləməyə dəyər.

Red Bull favoritlərə müqavimət göstərə biləcək?
Aerodinamikanın atası Ədrian Nyuinin hazırladığı RB13 şassisi bu il də mükəmməl alınıb, amma komanda Renault mühərriyinin problemlərindən əziyyət çəkir. Motorçular mövsümün gedişində heç bir yenilik etməyəcəklərini açıqlasalar da, ekspertlər bunu Ferrari və Mercedes-i yayındırmaq gedişi adlandırıblar. Əgər Renault motorçuları bizim yarışa yenilənmiş motor gətirsələr, onda Red Bull da qələbəyə ciddi namizədə çevrilə bilər. Amma, deyəsən, çox şərtli xəyal qurduq.

İstənilən halda, Daniel Rikkardo ardıcıl 3 podium seriyasını davam etdirməyə çalışacaq, Maks Ferstappen isə vəd etdiyi kimi İçəri şəhərə gəzintiyə çıxacaq, əlbəttə, yarışdan sonra…

Williams-dan yeni rekordlar görəcəyik?
Bir il əvvəl ölkəmizdə baş tutan ilk yarışda britaniyalılar iki rekorda imza atmışdılar. Maşınlardan birinin dörd təkəri cəmi 1.92 saniyəyə dəyişdirilmişdi. Cari mövsümdə təkərlərin daha enli və ağır olması hələ 2 saniyənin altına düşməyə imkan vermir. Son yarışda elə Williams komandası yeni təkərlər üçün 2.17 saniyəlik rekorda imza atıb. Bu nəticəni ölkəmizdə daha da yaxşılaşdırmaq mümkündür.

Neftçilər prospektində isə komandanın keçənilki sürücüsü Valtteri Bottas 366 km/saat sürət yığmışdı. Bu il bunu da təzələmək çətin olacaq. Çünki enli təkərlər həm bərkdirlər, həm də maşınların havaya qarşı müqavimətini artırıblar. Lakin buna baxmayaraq, yeni nəsil maşınlar üçün rekord nəticə əldə eləmək tam mümkündür.

Hər günün sonunda şou proqramı
Bu ildən Azərbaycan Qran Prisi adlanacaq milli yarışımızın təşkilatçısı Bakı Şəhər Halqası (BŞH) bilet alaraq tribunalara toplaşacaq azarkeşlər üçün möhtəşəm əyləncə proqramları hazırlayıb. Əvvəla, dördgünlük bileti olan tamaşaçılar hələ cümə axşamından pit-leyndə gəzintiyə çıxa biləcəklər. Onlar burada mexaniklərin F1 maşınlarını qarşıdakı sessiyalara necə hazırladıqlarını görəcəklər.

Cümə günü sərbəst yürüşlərdən sonra Tarkan, şənbə günü sıralanma turundan sonra Nikol Şerzinger və The Black Eyed Peas qrupu, bazar günü yarışdan sonra isə Meraya Keri kimi dünya şöhrətli ulduzlar tamaşaçılara unudulmaz anlar yaşadacaqlar.

Ona görə də ölkəmizdə baş tutacaq bu yarışı tribunalardan canlı izləməyə dəyər. Biletlər isə artıq qurtarmaq üzrədir, tələsin!


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1373   Tarix: 19 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda üç gün əvvəl baş məşqçi təyin edilən şəxs iki ay sonra yola salınacaq?

"Araz-Naxçıvan" klubunun yeni baş məşqçisi Elmar Baxşıyev iki ay sonra komandadan ayrıla bilər. Bu barədə -a açıqlamasında "Araz-Naxçıvan" klubunun icraçı direktoru Eldəniz Yusubov deyib. "Müqavilənin müddəti "iki ay + bir il" nəzərdə tutulub. Bilindiyi kimi, qarşıd

11.04.2024 484
.

"Sumqayıt" "Zirə"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, günün yeganə qarşılaşmasında "Sumqayıt" "Zirə" ilə üz-üzə gələcək. 19:00-da start götürəcək oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Qeyd edə

12.04.2024 416
.

Mourinyo: "65 yaşıma qədər işləmək istəyirəm"

"Çelsi", "Portu", "Real Madrid", "İnter", "Roma" kimi klubları çalışdırmış Joze Mourinyo yeni açıqlama ilə diqqət mərkəzinə gəlib. 61 yaşlı mütəxəssis məşqçilik karyerasını bitirmək fikrində olmadığını vurğulayıb. "Mənim hazırda 61 yaşım var və 6

23.04.2024 422
.

Azərbaycan gimnastları beynəlxalq turnirdə yeddi qızıl medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci "Kelechek" beynəlxalq turnirində yeddi qızıl medal qazanıblar. Bu barədə -a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib. Bildirilib ki, Zəhra böyüklər

15.04.2024 440
.

Messinin maaşı bəlli oldu

"İnter Mayami" klubunun futbolçusu Lionel Messinin bir mövsümdəki maaşı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, Messi bir mövsümdə 19,2 milyon avro qazanır. Qeyd edək ki, 2023-cü ilin yayında "İnter Mayami"yə keçən Mess

12.04.2024 591
.

Paris Yay Olimpiya Oyunlarının məşəli alovlandırıldı - VİDEO

Fransanın paytaxtı Paris şəhərində 2024-cü ildə təşkil olunacaq Yay Olimpiya Oyunlarının məşəli alovlandırılıb. Ənənəvi tədbir Yunanıstanın qədim şəhəri Olimpiada gerçəkləşib. İlk məşəl daşıyan fransalı, 2004-cü ildə üzgüçülük üzrə Olimpiya çempionu Laure Manadu olub. Qeyd edək ki, Fransada təşkil ediləcə

16.04.2024 392
.

Volkan Demirel istefa verdi

Türkiyənin "Hatayspor" klubunun baş məşqçisi Volkan Demirel istefa verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Hüriyyet" məlumat yayıb. Gənc mütəxəssis qərarını klub rəhbərliyinə bildirib. Onun istefasının qəbul edilib-edilmədiyi barədə məlumat yoxdur

03.05.2024 291
.

"Fənərbağça" rəhbərliyindən meydanı tərk edən U19 komandasını sevindirəcək sürpriz

"Fənərbağça"da tarixi Superkubok etirazının əks-sədaları davam edir. Meydandan çıxmaq qərarının arxasında duran "sarı-lacivərd"lərin rəhbərliyi U19 komandasını mükafatlandırmaq qərarına gəlib. Bunun üçün rəhbərlik Şanlıurfaya yollanacaq. Superkuboku qazanan gənc futbolçulara mövsümdə

09.04.2024 522
.

Kaxaber Tsxadadze: "Kimsə pis məşqçi olduğumu desə, əsəbiləşəcəyəm"

"Deyiləcək çox şey yoxdur. Oyunçular xarakter göstərməli idilər, amma göstərmədilər. Sonradan meydana daxil olanlar oyunu gücləndirə bilmədi. İkinci qol kuryoz oldu. Bir oyunçu 4 nəfəri aldadıb keçir. Gənc oyunçu Şahin Şahniyarov bu gün özünü yaxşı tərəfdən göstərdi. Ona uğurlar arzulayıram"

14.04.2024 339