Kanalizasiya suyu axıdılan əraziyə çimərlik kimi icazə verilib - Video

Kanalizasiya suyu axıdılan əraziyə çimərlik kimi icazə verilib - Video
Suraxanı rayonunda kanalizasiya suyu birbaşa dənizə axıdılır. Yaxınlıqda isə "istifadəyə yararlıdır" qərarı verilmiş çimərlik fəaliyyət göstərir.
BiG.AZ Xezerxeber.az-ə istinadən xəbər verir ki, söhbət paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsindən gedir. Çirkab suların dənizə axıdılması nəticəsində ətraf əraziləri də üfunət bürüyüb.
Kanalizasiya suyunun axıdıldığı yer monitorinqələr zamanı çimərliyə yararlı ərazi kimi qeyd olunub. Çəkiliş apardığımız zaman da burada çimməyə icazə verildiyini bildirən löhvələr vurulmuşdu.
Yaxınlıqda yaşayanlar deyir ki, bir neçə il əvvəl burada kanalizasiya suları borular vasitəsilə birbaşa dənizin ortasına ötürülürdü. Ancaq sonradan kimsə bu boruları çıxardaraq satıb.
Bu ərazi balıqtutnaların da məskəninə çevrilib. Çirkab sudan balıq tutaraq istifadə edir və ya satırlar.
Məsələ ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinin Hövsan qəsəbə nümayyəndəsi Ağasəlim Əliyevlə əlaqə saxladıq. Onun sözlərinə görə, "Azərsu” Açıq Səhimdar Cəmiyyətinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Yaxın vaxtlarda problem həll olunacaq.
Xatırladaq ki, ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Suraxanı rayonu, Hövsan qəsəbəsində , yəni bu ərazidə manitorinq keçirmişdilər. Monitorinq zamanı yaşayış evlərindən dənizə çirkab su axıdılması faktı aşkar edilib. Məhz buna görə əraziyə nəzarət edən vəzifəli şəxs cərimə edilib.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2788 Tarix: 17.06.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
sunly_
sunly_ 18.06.2017
İyrənc.Hovuzlardanda iyrənirəm.


 
Picasso
Picasso 17.06.2017
Yayin olmazsa olmazdi mence cimerlikler bes gunluk dunyadi deniz olmaz cirklidi baseyn olmaz xlorludu bes ne olar?duzdu hovsan denizinden menimde xosum gelmir en temiz deniz nardarandadi temiz seliqeli sakit ora en cox aileler gelir


 
DUZLU_NIK
DUZLU_NIK 17.06.2017
Bir defe bir televiziya ucun musahibe almaq istediler denizde uzandigim yerde ki , etraf qarpiz qabiglari , qargidali , sok butulkalari ile doludu , bu haqda ne deye bilersiz ? Mende dedimki sen hardan cuxdun ala , meni tursikle cekib efire verme.
Hiss edirəm sayilidi nəfəsim, Can üstəyəm ay vəfasiz durma gəl.


 
Lissa
Lissa 17.06.2017
Hec vaxt girmemiwem cimerlik deniz suyuna cunki iyrencdir,gigenik qaydalarda olan bagli havuzlari secerem secsemde))


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər