Tolik Pərvinlə +18 VİDEOSUNDAN DANIŞDI: "Kim məni söysə, onun anasını da, bacısını da..."

Tolik Pərvinlə +18 VİDEOSUNDAN DANIŞDI: "Kim məni söysə, onun anasını da, bacısını da..."Tanınmış prodüser Tarix Əliyev (Tolik) yaman əsəbiləşib.

O, şəxsi hesabından izləyicilərini nalayiq ifadələrlə təhqir etməsindən və Pərvin Abıyeva ilə telefon bağlantısının viodeogörüntüsünün yayılmasından danışıb.

Bu barədə BiG.AZ-a danışan prodüser bu gündən etibarən ona nalayiq sözlər yazan bütün izləyicilərini biabırçı şəkildə təhqir edəcəyi ilə bağlı xəbərdarlıq edib:

"Mən "İnstagram" hesabımı açıram, deyirəm ki, məni söyməyin, başlayırlar söyməyə. Mən yenə deyirəm, kimsə məni söysə, mən də onu söyəcəyəm. Mənim anamı söysə, onun anasını canlı yayımda söyəcəyəm, atamı söyəcəksə, atasını söyəcəyəm. Məni də ata əkib, ana doğub sizi də. Niyə söyürsünüz, mən inkubatordan çıxmamışam ki? Məni söyən oğlanın cürəti varsa gəlsin çıxsın qabağıma, qulağımı bursun, yoxsa virtual aləmdə məni söyməklə nə qazanacaq?

Bu ölkə dərəbəylik deyil ki, sən gəlib mənim qulağımı kəsəsən? Mən bu xalqın çörəyini yeyirəm, amma mənim bu xalqa o qədər də borcum yoxdur. Kim söyəcəksə onun özünü də, var-yoxunu da söyüb o tərəfə də keçərəm. Niyə bu insanlar pozğunçuluğa meyillidir, niyə Azərbaycan oxucusu belə şeylərə meyillidir? Gərək mən tualetimi çəkim göstərim ki, insanlar baxsın? Məsələn Günay İbrahimli mahnılar yazır, klip çəkir xəbərin oxunma sayına baxıram 3 min, amma bikinidə şəkil çəkdirir, yüz min adam baxır".

Həmçinin Tarix Əliyev Pərvin Abıyeva ilə telefon zənginin videogörüntülərinin yayılmasından da əsəbləşib:

"Mən bir şeyi başa düşə bilmirəm ki, baxmayaraq tanınırıq, amma niyə məhz bizim sosial şəbəkədə olan həyatımız ictimailəşdirilir? Elə bil bizi orda oturub güdürlər, gah səsimizi yazırlar, gah da videoya çəkirlər. Əslində bunun özü bir cinayətdir. Biz "YouTube" –da olan, bütün nalayiq ifadələrin işləndiyi videoların hamısını şikayət edib sildirtmişik. Ola bilər hansısa "Facebook" səhifələrində qalsın, amma bir çox yerdən sildirtmişik. Mən "İnstagram" hesabımda canlı yayım açıram, fanatlarımla, bizi sevənlərlə canlı söhbət edirəm, bunu yazıb yaymaq nə məqsəd daşıyır? Əgər kimlərsə mənim söyüş söydüyüm görüntüləri yayımlayırlarsa, mənim etdiyim yaxşı işləri də yayımlasınlar. Efirlərdə olan, olmayan bəzi müğənnilər heç əlini cibinə atıb bir yetimin başına sığal çəkmir, mən bu qədər yaxşılıq edirəm, onu yazmırlar. Gərək ki, mən kiminsə anasını söyüm, kiminsə bacısını söyüm onu çəkib qoysunlar, camaata o maraqlıdır. Ya da gərək mən gedim tumanımı çıxardım, tumançaq olum ki, tamaşaçıya, oxucuya maraqlı olum? Pərvin Abıyeva kimisə təhqir edirsə, bu, bir milyon baxılır, amma hansısa müğənni gedib xaricdə konsert verirsə, ona 2 min adam baxır. Demək ki, bu oxucuya başqa şey lazımdır".

Rövşən Əsədov


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 17945   Tarix: 15 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Akif İslamzadədən qalmaqallı açıqlama - "Aparıcıların çoxu qadındır"

Xalq artisti Akif İslamzadə "Mirinin dibçəyi" layihəsində qonaq olub. Axşam.az xəbər verir ki, ifaçı açıqlamasında "Mədəniyyət" telekanalı tənqid edib:. "Efirlərə məni dəvət edirlər. Bu yaxınlarda "Mədəniyyət" telekanalından dəvət aldım, Hacıbaba Hüseynovun ölümünü

10:50 0
.

Serenay Sarıkaya "Esengül" rolunu oynaya bilər

Türkiyəli arabesk müğənnisi Esengülün həyatı barədə film çəkiləcək. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Esengül rolunu Serenay Sarıkayanın oynayacağı iddia olunub. Qeyd edək ki, Serenay Bergen rolundan son anda imtina etmişdi

03.05.2024 281
.

Bu da Ülviranın modelə bənzəyən qızı - Gözəlliyi ilə HEYRAN EDİR - FOTO

Aparıcı Ülvira Qarayeva sosial media hesabında paylaşım edib. xəbər verir ki, sənətçi "instagram" hesabında qızı Zeynəbin fotosunu izləyiciləri ilə bölüşüb. Paylaşım izləyicilərin marağına səbəb olub. Qeyd edək ki, Ülviranın qızı tibb təhsilini Türkiyədə alıb, orada da çalışır

04.05.2024 803
.

Türkiyəli məşhurlarla filmə çəkilən azəbaycanlı aktrisa ilə MÜSAHİBƏ

Azərbaycanlı məşhur aktrisa Aysel Nazim Türkiyədə filmə çəkilib. O, bir çox məşhurların çəkildiyi "Çingene Kızı" adlı filmdə baş rolu ifa edib. Film 10 mayda Türkiyədə, 15 mayda isə Azərbaycanda təqdim olunacaq. Qeyd edək ki, filmdə türkiyəli məşhurlar İnan Ulaş Torun, Altan Erkekli, Orha

04.05.2024 379
.

Hadise bu yarışmada münsif olacaq

Türkiyəli müğənni Hadise Belçikanın "Sing Again" yarışmasında münsif olacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki, Hadise illər əvvəl bu proqramda yarışmaçı kimi iştirak edib

03.05.2024 374
.

"Estetik deyil, fotoşopdur" - Rafet El Roman

Son zamanlar üzündəki dəyişikliklə gündəmə gələn türkiyəli müğənni Rafet El Roman estetik etdirməsi ilə bağlı iddialar haqqında danışıb. Axşam.az xəbər verir ki, ifaçə şəkillərinə fotoşop edildiyini və estetik əməliyyat olunmadığını açıqlayıb. "5 ay əvvəl botoks edib, peşman olduğumu açıqladım

03.05.2024 375
.

Oğlu Ağakərimin səhhətindən danışdı

Bu gün meyxanaçı Ağakərimin (Kərim Novruzov) 60 yaşı tamam olur. Axşam.az xəbər verir ki, Meyxanaçının övladı Kamil Kərimoğlu "Elgizlə izlə" verilişində telefon zəngi ilə qoşularaq atasının səhhətindən danışıb. "Desəm ki, atam yaxşıdır, yalan olar. Səhhəti stabildir. Nəfəsi gedib-gəlir

01.05.2024 654
.

"Aygün Kazımovanın yerini heç kim tuta bilməz"

"Mən Aygün Kazımovanın etdiklərinə tab gətirə bilmərəm. O mənim üçün divadır. Sənətkarı illər bu yerə gətirir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "Gül kimi şou" verilişində deyib. Sənətçi Xalq artisti Aygün Kazımovanın yerini heç kimin tuta bilməyəcəyini qey

03.05.2024 1619
.

Şeron Stoun ilk dəfə "Kurtlar Vadisi"ndən danışıb

Aktrisa Şeron Stoun rol aldığı "Kurtlar Vadisi" serialından danışıb. xəbər verir ki, bu barədə aktrisa TRT World-ə müsahibə verib. "Bu bölüm üçün çox pul verilmişdi. Çəkiliş meydanı həyatımda gördüyüm ən yaxşı meydan idi. Amma heç kim ingilis dilini bilmirdi" ,- deyə o bildirib

03.05.2024 492