"İmtahan vermədən ali məktəblərə qəbul olunmaq ağlasığmazdır"

"İmtahan vermədən ali məktəblərə qəbul olunmaq ağlasığmazdır""Avropa təhsil təcrübəsində orta məktəblərin buraxılış imtahanlarını uğurla verən abituriyentlərin imtahansız ali məktəblərə qəbulu var".

BiG.AZ-ın məlumatına görə, bunu sherg.az-a imtahansız ali məktəblərə qəbulun təsdiqlənməsi ilə bağlı danışarkən tanınmış jurnalist, professor Qulu Məhərrəmli deyib.

O bildirib ki, hər orta məktəbin göstəricilərinə etibar edib, abituriyentləri ali məktəbə qəbul etmək olmaz:

"Avropa orta məktəbi ilə Azərbaycandakı orta məktəblərin təhsil keyfiyyətini, sistemini necə müqayisə edə bilərik? Şagirdlərin 11 il oxumasına baxmayaraq onlar faktiki məktəblərin təhsilini yenidən 2-3 ay ali məktəbə hazırlaşanda təkrar edirlər. İmtahan deyilən xətt var ki, onu keçmədən ali məktəbə qəbul Azərbaycan təcrübəsində ağıla sığmayan haldır.

Orta məktəblər haqqında ictimaiyyətdə müəyyən fikir var. Düşünün ki, həmin orta məktəblərin şagirdləri necə imtahan verəcək. Azərbaycanın son 100 illik tarixində, hətta Qori Müəllimlər Seminariyasından sonra təhsildə ən ciddi uğur qəbul imtahanları idi. Bunu cilalamaq, qüsurlarını aradan qaldırmaq və təkmilləşdirmək olardı. Amma qəbul imtahanlarını ləğv etmək və ali məktəblərin qapısını kütləvi şəkildə hamının üzünə açmaq gələcəkdə mütəxəssis yetişdirilməsinə ciddi problemlər yaradacaq. Bu məsələdə xeyli dolaşıq, ağılasığmaz, subyektiv meyllərə yol açacaq ciddi məqamlar görürəm".

Ali təhsil müəssisələri və ixtisasların müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin olunmasına gəlincə, professor deyib ki, müəyyən strukturlar arasında müharibə gedir və bu savaş bəzən haqlı olmayan tərəfin "qələbəsi" ilə başa çatır:

"Amma o qələbə bütövlükdə təhsilin məğlubiyyəti ilə nəticələnir. Fikrimcə, təhsil sahəsi millətin ən həssas nöqtəsidir. Bununla bağlı heç bir əsassız iddia qəbul oluna bilməz. İndiyə qədər olan yaxşı ənənələrdən çıxış etmək lazım idi. Onsuz da indi orta məktəblərdə uşaqlar elə də yaxşı oxumurlar. Düzdür, yaxşı məktəblərimiz var, amma azdır. Təhsilin keyfiyyətini yaxşılaşdırandan, hər azərbaycanlıda inam yaradandan sonra bu məsələlərə baxa bilərdik. İndiki şəraitdə, özəl və yaxşı türk məktəbləri çıxılmaqla heç bir uğuru olmayan orta təhsil müəssisələrinin şagirdlərini imtahansız ali məktəblərə qəbul etmək düzgündürmü? Bu qərarın təhsilimizə nə verəcəyi ilə bağlı bədgümanam. İslahat adı ilə nələrin baş verəcəyini təsəvvür edə bilmirəm".

Qeyd edək ki, Təhsil Haqqında qanuna edilən dəyişikliyə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalaviriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkil qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1698   Tarix: 14 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Türkiyə İsraillə bütün ticarəti dayandırıb

Türkiyə İsraillə bütün ticarəti dayandırıb. xəbər verir ki, bu barədə Bloomberg News məlumat yayıb. Ötən ay Türkiyə Qəzzadakı müharibə səbəbindən İsrailə ixracı məhdudlaşdırmışdı

03.05.2024 146
.

Dilan özünə qəsd edib

Həbsdə olan fenomen Dilan Polat özünə xəsarət yetirib. OLAY yazır ki, bununla bağlı Türk mediasında məlumatlar yayılıb. Bildirilib ki, sonuncu məhkəmədən sonra Dilan qolunu və ayaqlarını kəsib "Azadlığa çıxa bilməyəcəyəmsə, burada ölmək istəyirəm" dediyi öyrənilib

03.05.2024 763
.

İraqın şimalında 32 terrorçu zərərsizləşdirilib - VİDEO

İraqın şimalında yerləşən Haftanin, Qara, Hakurk və "Klaw-Lock" əməliyyatı keçirilib. BİG.AZ xəbər verir ki, ümumilikdə 32 PKK terrorçusu zərərsizləşdirilib

03.05.2024 157
.

Pakistanda avtobus aşdı: 20 ölü

Pakistanda sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 20 nəfər ölüb, 20 nəfər yaralanıb. Bölgəyə polis və xilasedicilər cəlb olunub. Araşdırma zamanı avtobusun sərt qayalıqların üzərindəki yoldan çıxaraq aşdığı müəyyən edilib. Yaralananlar xəstəxanaya yerləşdirilib. Araşdırmala

03.05.2024 154
.

Keniyada daşqınlarda ölənlərin sayı 188-ə çatıb

Keniyada təxminən 2 həftədir ki, güclü yağışların səbəbindən daşqın olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində həyatını itirənlərin sayı 188-ə çatıb. Bu barədə Keniya Səhiyyə qurumu məlumat yayıb. Məlumata əsasən, ölənlərdən 37-si uşaqdır. 90 nəfərin isə itkin düşdüyü bildirilib. Qeyd edək ki, gücl

03.05.2024 100
.

Həbsdə olan generalın müraciəti geri qaytarıldı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı məhkəməyə müraciət edib. APA xəbər verir ki, bu gün Xəzər rayon Məhkəməsində keçirilən prosesdə Elçin Quliyevin məntəqə tipli cəzaçəkmə müəssisəsin

03.05.2024 187
.

Hava ilə bağlı daha bir - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, 5-i axşam bəzi yerlərdə yağış yağacağ

03.05.2024 735
.

Altı gündür axtarışda olan Nigar tapıldı: "Anamın telefonunu qırıb, suya atdım" - VİDEO

Tərtərdə itkin düşən və altı gündür axtarışda olan Nigar tapılıb. Bu barədə Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində məlumat verilib. Nigar barəsində yayılan iddialar barədə danışıb. O bildirib ki, evdən qaçaraq Tərtərdən Bərdəyə getmək istəyib:. "Anamın telefonunu qırıb, suy

03.05.2024 454
.

Ülviyyənin iki illik dəyişimi

Aktrisa Ülviyyə Xəlilbəyli estetik əməliyyatı ilə bağlı paylaşım edib. OLAY yazır ki, sənətçi bununla bağlı instaqramda hekayə paylaşıb. O bildirib əməliyyatdn iki il keçib:. "Artıq əməliyyatımdan 2 il keçdi. Bu gün özüm qərar verib, qərarımın üstündə dayandığım üçün özümə çox sağ ol deyirəm. Təbi

03.05.2024 783