Həccə getdiyi deyilən Cabir İmanov OD PÜSKÜRDÜ: "Onların nə ixtiyarı var ki..."

Həccə getdiyi deyilən Cabir İmanov OD PÜSKÜRDÜ: "Onların nə ixtiyarı var ki..."Bir neçə gündür ki, bəzi saytlarda "Planet Parni iz Baku" KVN teatr komandasının üzvü, Azərbaycanın əməkdar artisti Cabir İmanovun Həcc ziyarətində olması barədə yazılar diqqət çəkir. Redaksiya ilə əlaqə saxlayan aktyor yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini deyərək bu məlumatı tirajlayanları sərt tənqid edib.

Cabir İmanov bunları deyib:

"Son vaxtlarda Həcc ziyarətinə getməyimlə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Bunu özünə hörmət etməyən, qeyri-peşəkar jurnalistlərin rəyi kimi qəbul edirəm. Ona görə ki, İnstaqram-da gördüyü şəkillərdən məlumatı təsdiqləmədən yazmaq peşəkarlıqdan xəbər vermir. Axı şəklin altında heç Həcc ziyarətinə getdiyimi də yazmamışam. Jurnalistlərin nə ixtiyarı var ki, belə bir mövzuda olan məlumatı məndən soruşmadan, fikrimi öyrənmədən yazsın? Və maraqlıdır ki, onlar bu məlumatı haradan götürüb?

Mən, sadəcə, Məkkəyə Ümrə ziyarətinə getmişəm, Allah hamıya qismət eləsin. Bunu afişa etmək, hamıya yaymaq istəməmişəm. Lakin bəzi jurnalistin səhv yazdığı xəbərə görə bunu deməyə vadar oldum. Respublikada elə adam qalmayıb ki, zəng edib mənə "Səni Həcc ziyarətinə getməyin münasibətilə təbrik edirəm" deməsin. Belə olmaz axı... İlk növbədə, zəng vurub məlumatın doğru olub-olmadığını yoxlamalı, daha sonra isə mənim icazəm olarsa, yazmalı idilər. Şəxsi həyatım haqqında özüm instaqram-da heç bir məlumat vermirəmsə, başqasına bu ixtiyarı kim verib ki, haqqımda yalan yazsın? Məkkədə olmaq mütləq Həcc ziyarətinə getmək demək deyil. Əgər kimsə o şəhərə gedirsə, bu, o demək deyil ki, Həccdə olub".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2649   Tarix: 12 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xatirə hamamda fotolarını paylaşdı

Müğənni Xatirə İslam müzakirə yaradacaq paylaşım edib. OLAY yazır ki, Dubayda istirahət edən sənətçi hamama gedib. Xatirə hamamda çəkdirdiyi fotolarını instaqram səhifəsində izləyiciləri ilə bölüşüb. "Heç düzgün deyil mənim belə fotolar paylaşmağım. Mənə yaraşmaz. Bəs, görəsən, nə paylaşsam yaraşar

26.03.2025 1193
.

Mila Yovoviçin özünə bənzər qızı obyektiv qarşısında

Əslən Ukraynalı Hollivud aktrisası Milla Yovoviçin böyük qızı Ever Anderson "Self Service" dərgisinin yeni buraxlışının siması olub . OLAY yazır ki, 17 yaşlı model çəhrayı "Alaia" markasına məxsus transparan libasda obyektiv qarşısına keçib. Kadrları Everin xaç atası və ailəsini

24.03.2025 880
.

Almaxanım görünüşü ilə DİQQƏT ÇƏKDİ - FOTOLAR

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədli sosial mediada paylaşım edib. xəbər verir ki, Almaxanım instaqramda yeni görüntülərini izləyicilər

30.03.2025 8714
.

Elarizlə Rasim Balayev Kaliforniyada bir arada - VİDEO

Xalq artisti Rasim Balayevin Kaliforniyadan videosu yayılıb. OLAY yazır ki, həmin görüntüləri ABŞ-də yaşayan müğənni Elariz Məmmədoğlu instaqram səhifəsində paylaşıb. Kadrlarda Məmmədoğlunun Balayevlə Kaliforniyada keçirilən tədbirlərin birində səmimi şəkildə görüşməsi əks olunub

26.03.2025 920
.

"Hazırda hər iki evimdə 20-yə yaxın usta işləyir" - Şəbnəm

Müğənni Şəbnəm Tovuzlu mülklərindən söz açıb. OLAY yazır ki, sənətçi bu haqda qonaq olduğu "Qonaqcanlı" verilişində danışıb. Şəbnəm bildirib ki, hazırda həm mərkəzdəki mənzilini, həm də bağ evini 20-ə yaxın usta təmir edir: . "Bir işi bitirib, digərinə keçmirəm. Bu isə əslində yaxşı bi

26.03.2025 1009
.

Naxçıvanda Nigarla şəkil çəkdirmə növbəsi

Avroviziya qalibimiz Nigar Camal Naxçıvana yollanıb. OLAY yazır ki, sənətçi "Baharfest"in sonuncu günündə Əcəmi Seyrangahında səhnəyə çıxıb. Nigar Naxçıvana üçüncü dəfə səfər etdiyini və oranı çox sevdiyini seyib. Konsert zamanı sənətçi bir çox hitlə yanaşı, mərhum Əməkdar artist Aygün Bəylərl

24.03.2025 951
.

""TikTok"dan uzaqlaşmağımın səbəbi kişi deyil" - Pərvin

"Sevgi gözəl şeydir. Amma məndə baş rolu oynayan sevgi deyil. "TikTok"dan uzaqlaşmağımın səbəbi sevgi və ya kişi deyil. Mənim həddindən artıq çox boş vaxtım var. Zamanımın əksər hissəsi elə evdə keçir. Məndən tez-tez soruşurlar ki, "TikTok"da niyə yoxsan. Bunu yaşım və böyüməyiml

26.03.2025 845
.

"Fərid" əsgər gedir

"Yalı çapkını" serialında "Fərid" obrazını canlandıran aktyor Mərd Ramazan Dəmir əsgərliyə gedir. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor yaxın günlərdə hərbi xidmətə yola düşəcək. O, əsgərliyini İskenderunda edəcək

28.03.2025 814
.

Səidə konsertinə belə hazırlaşır - VİDEO

Konsert verməyə hazırlaşan müğənni Səidə Sultan məşqlərdən görüntülər paylaşıb. OLAY yazır ki, ilk dəfə solo şəkildə sevənlərinin qarşısına çıxacaq sənətçi canlı ifaları ilə tamaşaçılarını sevəcək. O, məşq zamanı Xalq artisti Mehriban Zəkinin repertuarından olan "Yağış yuyur, gün qurudur" mahnısın

26.03.2025 729
.

TOP MP3