Azərbaycanlı milyarder Tatyananı boşanmasından danışdı: "Bir Şərq kişisi kimi XƏYANƏTƏ..."

Azərbaycanlı milyarder Tatyananı boşanmasından danışdı: "Bir Şərq kişisi kimi XƏYANƏTƏ..."Yardım milyardlıq boşanma qalmaqalı ilə gündəmə gələn Azərbaycan əsilli rusiyalı milyarder, "Nortqaz" şirkətinin eks-sahibi Fərhad Əhmədov Bakıdadır.

61 yaşlı Fərhad Əhmədov APA TV-yə eksklüziv müsahibəsində keçmiş həyat yoldaşı Tatyana Əhmədova ilə bağlı London məhkəməsinin çıxardığı qərara münasibət bildirib.

Onun sözlərinə görə, həm Böyük Britaniya, həm də yerli media bu məsələni daha da aktuallaşdırıb: "Bu, İngiltərə məhkəməsi tərəfindən məqsədli şəkildə düşünülmüş, qərəzli informasiya sızıntısı, məqsədli şəkildə düşünülmüş, analoqu olmayan bir qərar idi. Çünki o, Rusiya vətəndaşıdır. Bizim nikahımız Rusiyada qeydiyyata alınıb. Eyni zamanda elə Rusiyada da boşanmışıq. Ona görə də İngiltərə məhkəməsinin bu məsələyə müdaxiləsi yersiz, ildən-ilə çox detallı formada planlaşdırılmış bir şey idi. Mən əminəm ki, ingilislər Avropa İttifaqı ilə boşanmaq müqabilində kompensasiya ödəməkdən imtina etdiyi kimi, İngiltərənin ədalət mühakiməsinin qərarı da öz ədalətini mütləq tapacaq".

Milyarder yanvar ayında verdiyi bəyanatda London məhkəməsində baş tutmuş boşanma prosesini keçmiş həyat yoldaşı və onun vəkilləri tərəfindən "Britaniya hüquq sistemindən çirkin sui-istifadə halı" kimi dəyərləndirib və Tatyana ilə 2000-ci ildə onun xəyanətindən sonra boşandığını vurğulayıb. Hazırda isə eks-xanımı ilə münasibətlərinin normal olduğuna diqqət çəkib: "Münasibətlərimiz həmişə normal olub. Mən hər zaman Şərq kişisi, müsəlman olaraq uşaqlarımın atası kimi öz öhdəliklərimi yerinə yetirirəm. Qalan şeylərə isə qoy Allah özü qərar versin".

Xatırladaq ki, London məhkəməsi F.Əhmədovun keçmiş həyat yoldaşı Tatyanaya 584 milyon dollar təzminat ödəməli olduğu haqda qərar verib.

Qeyd edək ki, bu, Britaniya tarixində boşanma prosesində kəsilmiş ən böyük məbləğdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2259   Tarix: 11 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda "Mustang"la "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən -a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobilin sürücüsü 29 yaşlı Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiy

25.04.2024 284
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

25.04.2024 613
.

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

"Deliha" filmində birgə rol aldıqdan sonra bir-birlərinə aşiq olub evlənən Barış Arduc və Gupse Özay cütlüyü hər zaman medianın diqqətində olub. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial şəbəkələrdə həmişə Gupsenin ərinə yaraşmadığı, çirkin olması barədə şərhlər yazılırdı. Onları

25.04.2024 694
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 314
.

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır. xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələsti

25.04.2024 148
.

Marketdən 2 kq pendiri şalvarında gizlədərək OĞURLADI

Türkiyədə özünü müştəri kimi təqdim edərək bazara girən şübhəli 2 kiloluq pendir oğurlayıb. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs pendirini şalvarına gizlədərək oğurlayıb. Ətrafa göz gəzdirən şübhəli pendiri şalvarına qoyub bazarı tərk edib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub

25.04.2024 421
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

25.04.2024 414
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 283
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı ucaldılmış "Tsitsernakaberd memorialı"nda etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Yayımlanan videoda Akopyanı

25.04.2024 366