"Elə bilirlər ki, biz Allahın möcüzəsiyik" - Amerikalıları şoka salan qubalı qardaşlar - FOTOLAR

"Elə bilirlər ki, biz Allahın möcüzəsiyik" - Amerikalıları şoka salan qubalı qardaşlar - FOTOLAR"Bədənimizə toxunurdular ki, görək, bunlar canlıdırlarmı"

Azərbaycanlı pəhləvan qardaşlar Laçın və Hüseyn Pəhləvanoğlunun Amerikanın məşhur "America's Got Talent" şousundakı çıxışı sözün əsl mənasında amerikalıları şoka salıb. Qubalı 30 və 33 yaşlı pəhləvanların təhlükəli tryukları münsiflər heyətini heyrətləndirib.

Artıq iki gündür ki, qardaşların bu məharəti ölkə mətbuatında, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

BiG.AZ xəbər verir ki, amerikalıları heyrətləndirən Hüseyn Pəhləvanoğlu azvision.az-ın suallarını cavablandırıb:

"Elə bilirlər ki, biz Allahın möcüzəsiyik" - Amerikalıları şoka salan qubalı qardaşlar - FOTOLAR- Pəhləvanlıq nədir? Hər adam pəhləvan ola bilərmi?

- Müxtəlif idman növləri ilə məşğul ola bilərsən. Amma pəhləvan ola bilməzsən. Məşq etməklə pəhləvan olmaq mümkün deyil. İnsanın gərək özündə pəhləvanlıq olsun. Bizim atamız Əli, əmimiz Qəmbər Dağıstanın xalq pəhləvanları olub. Biz atamızın adını daşıyan "Pəhləvan Əli" idman klubunun məşqçiləriyik.
"Elə bilirlər ki, biz Allahın möcüzəsiyik" - Amerikalıları şoka salan qubalı qardaşlar - FOTOLAR- Neçə yaşınızdan bu işlə məşğul olursunuz?

- 13 yaşımdan tədbirlərdə pəhləvan kimi çıxış edirəm. Qardaşım da mənimlə eyni vaxtda pəhləvanlığa başlayıb. Biz 3 qardaşıq. Üçümüz də pəhləvanıq. Qardaşımın biri Rusiyada yaşayır. Pəhləvanlıq bizim atamızın sənətidir. Biz onun yolunu davam etdiririk. Bu, həmiçinin Allahın bir vergisidir.

"Elə bilirlər ki, biz Allahın möcüzəsiyik" - Amerikalıları şoka salan qubalı qardaşlar - FOTOLAR- Necə oldu ki, yolunuz Qubadan Amerikaya qədər uzandı?

- Biz hələ 2015-ci ildə Ukraynada istedad şousunda finala çıxmışdıq. Ukraynada çıxış etməyimizin səbəbi isə Gürcüstanda keçirilən Dünya Rekordlar Festivalındakı çıxışımız olmuşdu. Biz qardaşların adı Dünya Rekordlar Kitabına düşüb. Amerikada həmin yarışmanın təşkilatçıları bizim "Youtube"dəki çıxışımıza baxıb, bəyəniblər.

- Sizi Amerikaya kim dəvət etdi?

- Əvvəlcə biz şounun kastinq mərhələsi üçün video çəkib göndərdik. Kastinqdə gedib iştirak etmədik. Onlar göndərdiyimiz videonu bəyəndilər. Sonra bizə məktub göndərib, şouya dəvət etdilər. Bu dəvət əsasında biz Amerikaya getdik və birinci mərhələdə iştirak etdik.

"Elə bilirlər ki, biz Allahın möcüzəsiyik" - Amerikalıları şoka salan qubalı qardaşlar - FOTOLAR- Azərbaycanlı olduğunuzu deyəndə ABŞ-da sizə necə münasibət göstərdilər?

- Bizi orada xoş qarşıladılar. Biz Azərbaycanın adı ilə çıxış edirdik. Çalışırdıq ki, ölkəmizi layiqincə təmsil edək. Bizə xarici ölkələrdən çoxlu təkliflər gəlirdi ki, onları yarışmada təmsil edək. Heç birini qəbul etmədik. İstəyirdik ki, öz ölkəmizi təmsil edək.

- Çıxışınız münfislər heyətini də qorxuya salımışdı...

- Biz birinci gün həmin nömrələri şifahi təqdim etdik. Bu, videodan da aydın görünür. Bəzi nömrələrimizi qorxulu olduğuna görə efirə vermədilər.

- Hansı nömrələrinizi efirə vermədilər?

- Göz və boğaz nahiyyəsində yük qaldırmaqla bağlı nömrələrimizi çəkdilər, amma qorxulu olduğuna görə efirə vermədilər.

"Elə bilirlər ki, biz Allahın möcüzəsiyik" - Amerikalıları şoka salan qubalı qardaşlar - FOTOLAR- Nədən qorxudurdular ki?

- Münsiflər dedilər ki, bu nömrələr çox təhlükəlidir, ona görə də heç yerdə göstərilməsin. Həqiqətən də bizim elə nömrələrimiz var ki, 80 faiz ölüm riski daşıyır. Məsələn, bellə göstərilmiş nümayiş 85 faiz ölüm deməkdir.

- Sözün açığı, bellə göstərdiyiniz nömrə çox qorxulu idi. Bizə də maraqlıdır, necə ola bilər ki, bel sizin boğazınızı kəsmədi?

- Biz özümüz də səbəbini bilmədik ki, bel niyə boğazımızı kəsmədi. Həmin bel daxil olmaqla şouda istifadə olunan əşyalar əvvəlcə yoxlanılır, bundan sonra səhnəyə çıxarılır. Qeyd edim ki, şouda istifadə etdiyimiz belin ucu çox iti idi.

Bellə göstərdiyimiz nümunələr Dünya Rekordlər Kitabına düşüb. Bundan başqa qardaşımın başını mismara vurması da Rekordlar Kitabına düşüb.

- Kəsici belin boğazınızı kəsməməyinin sirri nədədir?

- Bunun böyük sirri yoxdur. Bizim elə nömrələrimiz var ki, bundan da qorxuludur. Həmin nömrələrin heç birini məşq etmirik. Biz təqdim etdiyimiz nömrələri ilk dəfə səhnədə nümayiş etdiririk. Bellə nömrəni də məşq etməmişdik.

Bir faktı qeyd edim. Çoxu inanmasa da, dərimi deşib yük daşıyıram. Qardaşım göz ilə maşını çəkir. Onları məşqdə göstərmirik. Yalnız səhnədə edirik.
"Elə bilirlər ki, biz Allahın möcüzəsiyik" - Amerikalıları şoka salan qubalı qardaşlar - FOTOLAR- Deyirsiniz ki, həmin vaxt bel boğazınızı kəsə bilərdi...

- Biz nömrələri göstərən zaman heç vaxt elə şeylər haqda düşünmürük.

- Bəs ailəniz, övladlarınız həmin səhnələri görəndə qorxmurlar?

- Bizə ən böyük dəstəyi ailələrimiz verir. Tədbirlərdə onlar bizimlə birlikdə olurlar.

- Bir neçə gündür ki, hamı sizdən danışır. Sual edirlər ki, necə ola bilər, mismarlar qardaşınızın başına batmadı?

- Göstərdiyimiz nömrələr zamanı heç bir qoruyucu vasitədən istifadə etmirik.

"Elə bilirlər ki, biz Allahın möcüzəsiyik" - Amerikalıları şoka salan qubalı qardaşlar - FOTOLAR- Çıxışlarınız zamanı ciddi xəsarət almısınızmı?

- Elə nörmələrimiz var ki, bədənimizdə hələ də izi qalıb.

- Sizcə, belə təhlükəli nümunələrdən sonra sağ qalmağınızın özü möcüzə deyilmi?

- Fikrimcə, bunlar möcüzədir. Münsiflər heyəti də dedi ki, bu nömrələri heç kim göstərə bilməz. Onlar bizə insan kimi yox, Allahın möcüzəsi kimi baxırdılar. Həmin nömrələrdən sonra bədənimizdə ciddi xəsarət və zədə olmadı. Bunlar adi insanın edə biləcəyi şeylər deyil.

"Elə bilirlər ki, biz Allahın möcüzəsiyik" - Amerikalıları şoka salan qubalı qardaşlar - FOTOLAR- Çıxışınızdan sonra münsiflərdən sizə yaxınlaşan oldumu?

- Hamı bizə yaxınlaşırdı. Hətta münsiflər əlləri ilə bizim bədənimizə toxunurdular ki, görək, həqiqətən bunlar canlıdırlarmı. Toxunduqdan sonra deyirdilər ki, bunlar normal insandılar. Tamaşaçılar elə bilirlər ki, bütün azərbaycanlıllar bizim kimidir.

- Azərbaycanda özünüzə rəqib gördüyünüz pəhləvanlar varmı?

- Göstərdiyimiz bu nömrələrdə özümüzə heç kimi rəqib görmürük.

- Bildiyimizə görə, həmin verilişdə sizinlə yanaşı erməni iştirakçılar da olub. Onların sizə münasibəti necə idi?

- Ermənilər bizə paxıllıq edirdilər. Çünki, indiyə qədər heç bir erməni həmin səhnəyə çıxıb bizim nörmələrimizi təkrarlaya bilməyib.

- Amerikanın məşhur verilişinə çıxmaqla həyatınızda nə dəyişdi?

- Bizi rayonda hər kəs tanıyır. Artıq onlar bizə öyrəşiblər. Çünki, tez-tez onların qarşısında çıxışlar etmişik. Amma belə sensassiyaya səbəb olmamışdıq. İndi həqiqətən də sərhədləri aşdıq. Bütün dünya ölkələrindən bizə zənglər gəlir. Biz Amerikada özümüzü qubalı yox, azərbaycanlı qardaşlar kimi təqdim etdik. Bu, bizim üçün böyük uğurdur.

- Amerikaya geri qayıdacaqsınızmı?

- Hələ yarışma davam edir. Onlar özləri bizi dəvət edəcəklər.

- Yarışın qalibinə mükafat olaraq nə veriləcək?

- Müqavilənin şərtlərinə görə, yarış başa çatana kimi bunu açıqlaya bilmərik.

"Elə bilirlər ki, biz Allahın möcüzəsiyik" - Amerikalıları şoka salan qubalı qardaşlar - FOTOLARAmerikada qalıb, orada yaşamaq istərdiniz?

- Bunu gələcək göstərəcək.

- Bizdə olan məlumata görə, yarışda iştirak etmək üçün pul vermisiniz. Bu, doğrudurmu?

- Biz həmin yarışa öz maliyyəmizlə çıxmışıq. Bizə kənardan keç kim dəstək olmayıb. Bütün xərcləri öz cibimizdən ödəyirik.

- Bilmək olar, nə qədər pul xərcləmisiniz?

- Sadəcə olaraq, deyə bilərəm ki, pulumuz çox çıxıb. Dəqiq məbləği açıqlaya bilmərik.

"Elə bilirlər ki, biz Allahın möcüzəsiyik" - Amerikalıları şoka salan qubalı qardaşlar - FOTOLAR- Qubadan gedib Amerikanı "fəth etmək" necə bir hissdir?

- O hissi sözlə ifadə edə bilmirəm. Çox gözəl hissdir.

- Ölümdən qorxmursunuz?

- Niyə qorxmalıyıq ki? Hər an ölə bilərik. Hər halda ölümdən qorxsaydıq, belə nömrələri göstərməzdik.

Amerikanın rəsmiləri ilə görüşmək istərdinizmi? Məsələn, prezident Donald Trampla?

- Trampla görüşmək istərdik. Bunu kim istəməz ki?!

- Xeyr, bilmirik. Səhnədə olan zaman və səhnədən kənarda bizə deyilən sözləri başa düşmürdük. Bizim köməkçimiz, prodüsserimiz tərcümə edir. Səhnədə olanda görürdük ki, tamaşaçılar, müsiflər qışıqırıb nəisə deyirlər. Amma başa düşmürdük. Buna görə də İngilis dilini öyrənmək istəyirik.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2513   Tarix: 07 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022