Evli aparıcı Azər: "Pərvinlə illərdir ki, sevgiliyik..." - FOTOLAR

Evli aparıcı Azər: "Pərvinlə illərdir ki, sevgiliyik..." - FOTOLARSon günlər qalmaqalla gündəmə gələn aktrisa Pərvin Abıyeva ilə ATV-nin tanınmış aparıcısı Azər Zahidin məşhur fotosessiyası yenə gündəmə gəlib.

BiG.AZ day.az-a istinadən məşhurların atv.az-da yayımlanan müsahibəsini təqdim edirik:

Müəllif: Bildiyimə görə, ilk dəfə tanış oldunuz...

Azər sözümü kəsir: Yox, yox biz illərin sevgilisiyik (gülür-red)

Pərvin: Sən Allah, məni işə salmayın sevgilim var (gülür-red). Əslində, Azərlə bir neçə dəfə üzləşmişik, uzaqdan bir-birimizi tanıyırdıq.

Müəllif: Fotossesiyadan sonra bir-biriniz barədə təəssüratınız necə oldu?
Azər: Çox yaxşı.

Pərvin: Əyləncəli (gülür-red). Bir saatlıq çəkiliş oldu, hələlik super keçdi, bayaqdan söhbət edirik.

Müəllif: Hiss olunur... Müsahibəyə gəlmirsiz bayaqdan, şirin olasız (gülürük-red).
Pərvin: Çəkilişdə dondum. Küçənin ortasında soyuq hava... Heç olmasa, indi bir az dincələk.

Azər: Qəşəng siqnallar var idi, ay Pərvin. Bu gün inanın hər cür siqnal eşitdik (gülürlər-red).

Müəllif: Belə çıxır ki, kompleksli insan deyilsiz?
Pərvin: Kompleksim yoxdu. Amma son vaxtlar dodaqlarıma kompleksim yaranıb. Deyirlər, çox nazikdi.

Azər: Eh... Get, silikon elətdir... (əsəbi-red).

Pərvin: Yox, heç vaxt elətdirmərəm. Adicə qolumda iz var, mənə deyirlər, əməliyyat elətdir, deyirəm, ehtiyac yoxdu. Özümlə bağlı heç bir kompleksim yoxdu. Ancaq bir insanın gözünə diqqətlə baxa bilmirdim, o da ki, bu sənətə gələndən sonra düzəldi.

Azər: Küçədə adımı qışqıranda "Aaa, Azər" deyəndə əsəbiləşirəm. Hətta birini vurmuşam da. Tanıdın, nə gərək var, elə qışqırmağa? Kompleks demək olarsa, bu məni qıcıqlandırır.

Müəllif: Həyatdakı rolunuz?
Pərvin: Xeyirli övlad, xeyirli insan olmaq. Mən ailəm üçün canımı verə bilən insanam.

Azər müdaxilə edir: Əfruzə, bunu saxla bir dəqiqə, (diktafona əlini uzadır, təbii ki, mən diktafonu söndürmürəm) ay Pərvin, bu vaxta kimi nə xeyir iş görmüsən?

Pərvin: Yaşımdan qat-qat artıq. Elədiyim şeyləri demək düz çıxmaz. Amma mən bunu həm Allah qarşısında savab olsun, həm də ki, vicdanım rahat olsun deyə edirəm.

Azər: Daim çalışmaq, pul qazanmaq... Həyatdakı rolum önəmli şəxsiyyət olmaqdı.

Müəllif: Gündəmdə qalmaq üçün nə edirsiniz?
Pərvin: Qarışqa kimi işləyirəm. İş olmayanda depressiyaya düşürəm. Çox iş olanda da deyirəm, öldüm, yoruldum, dincələcəm.

Azər: Heç bir şey etmirəm. Mən tanınmaq üçün TV-da işləmirəm, TV, sadəcə, mənim üçün biznesimi inkişaf elətdirmək üçün bir qapıdır.

Müəllif: Amma reallıqdır ki, bu gün qalmaqal edib, gündəmə gələnlər də çoxdur...
Pərvin: Mən elə şeyə yaxşı baxmıram. Əvvəllər baxırdım ki, televiziyada hərə çıxıb, bir-birini biabır edir, söz atır. Düşünürdüm ki, bunlar niyə dava edirlər?

Azər: Qalmaqal edib gündəmdə qalanları qəbul etmirəm. Elə yaxşı layihə et ki, qoy hamı səndən danışsın...

Pərvin: O qədər paxıl insanlar var ki, olmayan şeyləri danışıb, qalmaqal yaratmaqla, gündəmə gəlməyi düşünürlər. Bəzi aktrisalar, mən heç onları aktrisa kimi də qəbul etmirəm, var ki, haqqımda nələr deyiblər. Eşidib, şoka düşmüşəm, zülm-zülm ağlamışam. Axı niyə, mən sənə nə pislik etmişəm, deyə düşünmüşəm. Mən həmin kəslərlə qanlı-bıçaq düşmənəm. Amma olanlar bizim ikimiz arasındadır. Mən bunu efirdə demərəm.

Müəllif: Nələr deyiblər, məsələn ki, səni elə zülm-zülm ağladıblar?

Pərvin: Mən onun evini tanımamışam, amma o mənim evimdən çıxmayıb. Anam öz əlləri ilə ona yemək hazırlayıb, bir süfrə arxasında çörək kəsmişik. Onlar isə haqqımda nalayiq danışıblar. Nankorluq məni çox incidir.

Müəllif: Aktrisaların açıq-saçıq geyimi niyə qəbul olunmur?

Pərvin: Çünki bu sənət bizdə tam inkişaf etməyib.

Müəllif: Azər, siz aparıcı, aktrisa, müğənnilərin çılpaq şəkildə və ya açıq-saçıq geyinməsini qəbul edirsinizmi?
Azər: Bəli. Çünki onlar sənətdədirlər. Sənətçilərimizin elə geyiminə çox yaxşı baxıram. Deyirik, şou-biznes... Şou yaradırlar ki, fərqli görünsünlər, diqqət cəlb etsinlər.

Müəllif: Keçək şəxsi həyata... Pərvin və Azər hər ikinizin haqqınızda müəyyən məlumatım var. Bilirəm ki, Pərvin nişanlısından ayrılıb, siz də artıq bir neçə ildir ki, boşanmısınız. İkinci bahara necə baxırsınız ?

Pərvin: İkinci, üçüncü, dördüncü, beşinci, yəni, sonsuza qədər olan baharlara da hətta əla baxıram (gülürlər-red). İnsansan da, vallah, başına çox şey gələ bilər. Mənim üçün hər zaman belə olub, bir sözüm var: gələn gedəni unutdurur.

Müəllif: Ay Pərvin, indiki gələn gedəni unutdurub?
Pərvin: Mənim indiki sevgim çox qəribə bir şeydi.

Azər: Ay Pərvin, sən bir qərara gəl, sevirsən, ya yox, bilək də bir biz... (zarafat)
Pərvin: Sevirəm. Lap əvvəlki sevgilim idi, indi həyatıma qayıtdı.

Azər: Yəqin populyarlığına görə qayıdıb, gəlib.

Pərvin: Yox, mən onu axtarıb tapdım.

Müəllif: Deməli, gələnlər gedəni unutdura bilməyibmiş...
Pərvin: Yox, onunla heç nə yaşamamışdıq (gülür-red).

Müəllif: Azər, gözlənilir ikinci dəfə evlənəsiz?
Azər: Pərvin xanıma göz-qaş etmişəm. Üzük də hazırdı... (gülür-red). Yaxşı, zarafatı qoyaq kənara... Əlbəttə, gözlənilir. Çox tezliklə. Sadəcə, namizəd yoxdu. Axtarıram hələ...

Müəllif: Evlənəcəyiniz insan məşhur birimi olacaq yoxsa?
Azər: Yox, mən, ümumiyyətlə, TV sahəsindən uzağam.

Müəllif: Yəni, Pərvinin şansı yoxdu ?
Pərvin gülür: Heç Azərin şansı var ki, Pərvinin də şansı olsun (gülür-red).

Azər gülür: Pərvinə vurulmuşam. Özü də ki, Pərvin televiziyada deyil axı, kinolardadır. Zarafat edirəm, təbii ki, sadəcə, mənim sahəmdən xəbəri olmayan bir xanımla evlənəcəm. Xəbərsiz olsun, amma ovcumun içində saxlaram həmin qızı...

Müəllif: Görürəm, sevgi məsələlərində mütəxəssissiniz. Ayrılıqda ən çox kişi, ya qadın zərbə alır?
Pərvin: Mən düşünürdüm ki, ən çox qadınlar əzab çəkir. Amma əslində, kişilərin həsasslığını görmüşəm. Hətta qadından ötrü xəstəliyə düşən, əzab çəkənləri də olur...

Azər: Pərvin, sən Allah, sənin üçün sevgi nədir?
Pərvin: Siz jurnalist deyilsiniz, sizin sualınıza cavab vermirəm.

Müəllif: Yaxşı, Pərvin, həmin sualı mən sənə ünvanlayıram, sevgi nədir sənin üçün?
Pərvin: Sevgi...( düşünür-red)

Azər: Sevgi boş şeydi.

Pərvin: Mənim həyatımda mütləq kimsə olmalıdı. Olmasa, ürəyim partlayar. Sevgi mənim üçün önəmlidi, vacibdi.

Azər: Olum da mən. Ölmüşəm bəyəm? (gülürlər-red)

Pərvin: Heç belə əyləncəli, maraqlı müsahibəm olmamışdı. Şəxsən olub ki, məni sevən adam xəstəliyə düşüb, bildin Azər?

Azər: Pərvin, sən Allah, bəsdi. Yox, bir xəstəlik... Nə xəstəliyə düşə bilər ki, kişi ?

Pərvin: İflic, "rak", dəli olanlar da görmüşəm...

Azər sözünü kəsir: Ay Niko (fotoqrafımızı səsləyir-red) bura gəl, gör, Pərvin nə danışır. Kişiləri təkləyiblər.

Niko: Siz Allah müsahibəni tez bitirin, fotossesiyanı davam edək, məni söhbətinizə qatmayın (gülür-red)

Pərvin: Mən şəxsən heç vaxt ağlamayan bir insanı ağlatmışam.

Azər: Hisslərinə yenilib, insandı ağlayıb da... Qəribə qızsan aaa....

Müəllif: Pərvin, necə eqolu insansınız.
Azər: Eqo təpikləyir (gülür-red).

Pərvin: Vallah mən sadə insanam, əslində... (gülür-red).

Müəllif: Sonuncu sualmı da verim, gedin studiyada fotosessiyanızı davam edin. Xoşbəxt olmaq üçün insana nə lazımdı?
Azər: Hər şey. Çoxu deyir ki, xoşbəxtlik pul deyil. Pulun olanda dünyanın ən xoşbəxt və yaxşı insanısan. Pulun olmadı, sən heç kimsən və ətrafındakılar da yoxdu. Ancaq elə insan var ki, pulu yoxdu, elə hörməti var ... Hörməti pulu əvəzləyib.

Pərvin: Azər tam düz dedi. Pul çox önəmlidir. Nə vaxta kimi insan dözə bilər? Sevgi də, pul da vacibdi.

Evli aparıcı Azər: "Pərvinlə illərdir ki, sevgiliyik..." - FOTOLAREvli aparıcı Azər: "Pərvinlə illərdir ki, sevgiliyik..." - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 15534   Tarix: 07 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Elşən Hacıbabayev bədbəxt hadisə ilə üzləşdi

Tanınmış aktyor Elşən Hacıbabayev bədbəxt hadisə ilə üzləşib. BİG.AZ -a istinadla xəbər verir ki, bu barədə sənətçinin yaxın çevrəsi məlumat yayıb. Məlumata görə, aktyor məşqdən sonra səhhətində qəfil problem yaşayıb və təzyiqinin düşməsi nəticəsində müvazinətini itirərək yerə yıxılıb. Yıxılan zama

26.04.2026 586
.

Aleyna Kalaycıoğlu ömürlük həbs oluna bilər

Türkiyənin Ümraniyə rayonunda silahlı hücum nəticəsində həyatını itirən futbolçu Kubilay Kaan Kundaqçı cinayəti ilə bağlı yeni mərhələyə keçilib. Axşam.az xəbər verir ki, hadisə üzrə iddianamə hazırlanaraq məhkəməyə təqdim olunub. İddianaməyə əsasən, Aleyna Kalaycıoğlu barəsində "qəsdən adam öldürməy

25.04.2026 231
.

Məşhur aktrisa vəfat etdi

Fransalı aktrisa Natali Mari Andre Baye vəfat edib. Axşam.az xəbər verir ki, aktrisa 77 yaşında uzun sürən xəstəlikdən sonra Parisdəki evində dünyasını dəyişib. O, əhval-ruhiyyəyə və hərəkətlərə təsir edən, həmçinin hallüsinasiyalar yarada bilən Lewy tipli demensiya xəstəliyindən əziyyət çəkirdi. Qey

19.04.2026 381
.

"Qadınlar üçün uyğun kişi deyiləm"

Aktyor Burak Hakkı qatıldığı bir proqramda sevgi və münasibətlər haqqında etiraflar edib. Axşam.az xəbər verir ki, onun açıqlamalı sosial şəbəkədə gündəm olub. "Qadınlar üçün uyğun kişi deyiləm. Kənardan belə görünürəm. Qadına qarşı romantik olacaq kişi deyiləm. Bu, içimdən gəlmir. Çox məntiql

25.04.2026 220
.

Aygün Kazımovanın özündən gözəl qızı İlqarədən YENİ GÖRÜNTÜLƏR

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, sosial mediada müğənninin yeni görüntüləri yayımlayıb. Onun dəyişimi diqqət çəkib. İlqarənin görüntüsünə xoş sözlər yazıblar. Həmin görüntüləri təqdim edirik:

19.04.2026 534
.

"Mənim aldığım tərbiyə tənqid yazanların ailəsində yoxdur"

Əməkdar artist Elnarə Abdullayeva sosial şəbəkədə onun açıqlamalarını tənqid edənlərə cavab verib. Axşam.az xəbər verir ki, müğənni "İki başlı" proqramında tənqid yazanları tərbiyəsiz adlandırıb:. "İnsan o vaxt dillənir ki, hansısa haqsızlığı görür. Elə şeylər var ki, deyiləsi və deyilməyəsi

25.04.2026 195
.

Müğənni Pünhan nişanlandı - FOTO

Azərbaycanlı müğənni Pünhan Piriyev nişanlanıb. xəbər verir ki, sənətçi bu barədə sosial media hesabında paylaşım edib. Onun nişanı sosial şəbəkələrdə də maraqla qarşılanıb

19.04.2026 1160
.

"Elə səhv ola bilər ki, ona ikinci şans vermək lazımdır" - TÜNZALƏ AĞAYEVA

Xalq artisti Tünzalə Ağayevanın şəxsi "İnstagram" hesabında etdiyi sonuncu paylaşım böyük maraqla qarşılanılıb. xəbər verir ki, səhifəsində daim maraqlı sorğular keçirən pop ulduz bu dəfə "Olar olmaz" söylədi. Verilən suallara yalnız olar ya da olmaz deyə cavablandırıb. Sözügedə

14:11 177
.

Mahsun Kırmızıgül botoks etdirib? - Foto

Məşhur türk müğənni Mahsun Kırmızıgül ötən gün verdiyi konsertdə imici ilə diqqətləri üzərinə çəkib. OLAY yazır ki, səhnəyə fərqli tərzdə çıxan sənətçinin dalğalı saçları və üzündəki dəyişiklik tamaşaçıların diqqətindən yayınmayıb. Bəzi istifadəçilər məşhur sənətçini ilk baxışda tanımaqda çətinlik çəkdiklərin

21.04.2026 602
.

TOP MP3