İran şahının hərəmləri olduğu deyilən "bığlı qadınlar" əslində kim olub - Şahın arvadının ƏSL FOTOSU

İran şahının hərəmləri olduğu deyilən "bığlı qadınlar" əslində kim olub - Şahın arvadının ƏSL FOTOSUUzun müddətdir ki, bir çox xəbər saytında və onlar vasitəsilə sosial mediada İran Şahı Nasirəddinin "saqqallı-bığlı" qadınlardan ibarət hərəmlərinin fotoları yayımlanır. Artıq bir neçə ildir ki, yayılan bu fotolar çox izləyici topladığından müəyyən fasilələrlə yenidən dövriyyəyə buraxılır. Qeyd olunur ki, İran şahı "saqqallı - bığlı qadınlardan" xoşlanırmış. Və şahın "bığlı-saqqallı" arvadının dərdindən onlarla kişi intihar edibmiş. Güya Nasireddin şah Qacarın ətrafı bu "gözəllik hərəmxanasına" qibtə ilə baxırmış.

Məsələnin məğzinə varmamış qeyd edək ki, şahın hərəmxanasındakı qadınların bığlı-saqqallı və ya trans olmasının heç kimə aidiyyatı yoxdur. Bu tip xəbərlərin yayılması tüklü və ya tüklərini təmizləməyi sevməyən qadınlara qarşı olduqca alçaldıcı münasibətin təzahürüdür.

İran şahının hərəmləri olduğu deyilən "bığlı qadınlar" əslində kim olub - Şahın arvadının ƏSL FOTOSUİndi də məsələnin əsas mahiyyətinə keçək.

Qaynaqlardan öyrəndiyimizə görə, 1848-1896-ci illər arasında İrana hökmranlıq edən edən Nasirəddin şah Qacar reformist bir lider olub. Sənətə düşkün insan olub. Qərbdəki sənət hərəkətlərini izləyir, xaricə təhsil almaq üçün tələbələr göndərirmiş. Xüsusilə fotoşəkilə, teatra, baletə maraq göstərirmiş. Onun dövründə Tehranda Darulfun açılıb. Orada bir çox əsərin tərcüməsi aparılaraq İran teatrına uyğunlaşdırılıb. Nasirəddin şah Qacar rəsmi səfərlər və elmi sahədə danışıqlara görə Qərbə və Rusiyaya bir çox səfərlər edib. Avropa şəhərlərinə səfərlərində xalqın teatr və bənzər incəsənətə olan marağını görmüş və oralardakı teatr sənətini, memarlıq üslubu ilə birlikdə ölkəsinə gətirmiş, xalqı balet, opera, teatr salonu kimi bir çox anlayışlarla tanış etmişdi. Şah daha sonra İranda teatr sahəsini inkişaf etdirməyə , Qərbdən rəsmi səfərə gələn qonaqlara öz ölkəsinin teatr əsərlərini, hətta bu sahədə Qərb ölkələrilə rəqabət edə biləcəklərini göstərməyə başlayır.

Ancaq bir məsələ var idi ki, həmin dövrdə İranda qadınların teatra getməsi qadağan idi. Müasir teatrın əsasları şah dövründə atılsa da, qadınların səhnədə rol oynamağa başlaması 1916-ci ildən sonra mümkün olub. Nasirəddin şah Qacar Avropa səfərləri zamanı yeni foto texnikalarını da saraya gətirir. Saraydan əlavə Darulfunda da fotoqraf peşəsi bölməsi yaradılır. Şahın özü də fotoşəkil çəkirdi. Mənbələrə görə, çəkdiyi ilk hərəmxanadakı qadınların fotoşəkilləri olub. Bu, şahın çəkdiyi fotoların altında yer alan imzasından anlaşılır.

Bu məlumatlardan sonra təkrar "saqqallı bığlı hərəmxana qadınları" məsələsinə qayıdaq və həqiqəti deyək. Fotoşəkillərdə görülən şəxslər İran şahının hərəmxansını əks etdirmir. Bu fotolardakı adamlar o dövrün teatr aktyorlarıdır. Qadınların səhnəyə çıxması qadağan olduğu üçün kişilər qadın cildinə girir və tez-tez tamaşalarda qadın rollarını canlandırırdılar.

İran şahının hərəmləri olduğu deyilən "bığlı qadınlar" əslində kim olub - Şahın arvadının ƏSL FOTOSUTeatrın və fotonun mərkəzi Darulfun olduğuna görə, indi yayılan fotolar da böyük ehtimalla Darulfunda çəkilib. Onu da qeyd edək ki, başqa kişilərin hərəmxanaya daxil olması qadağan idi. Belə olan halda indi yayılan "hərəmxana fotoşəkillərini" fotoqraf Antoin Sevruguinin çəkməsi mümkün ola bilməzdi.

Bu faktla bağlı bir çox mənbələr var. Ən əlçatanı isə Sovet dövründə Rusiyada dərc olunmuş Teatr Ensiklopediyasıdır. Burada fotoşəkillərin teatr aktyorlarına aid olduğu bildirilir. Əsas mənbə isə Tehranda yerləşən Gülüstan Sarayı Muzeyindədir. Orada Nasirəddin şah Qacarın özünün çəkdiyi fotoşəkillərlə yanaşı, o dövrə aid fotolar mühafizə edilir.

Moderator.az Nasirəddin şah Qacarın arvadı Anis Ol Dolehin fotosunu da təqdim edir:

İran şahının hərəmləri olduğu deyilən "bığlı qadınlar" əslində kim olub - Şahın arvadının ƏSL FOTOSU


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 5630   Tarix: 02 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu hospitalın dövlətə borcu 26,5 milyonu ötdü

Bakıda fəaliyyət göstərən "Caspian International Hospital"ın dövlət qarşısında borcu 26,5 milyon manatı ötüb. İqtisadiyyat.az xəbər verir ki, özəl tibb müəssisəsinin vergi borcu gündən-günə artmaqda davam edir. Hazırda isə hospitalın Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsin

18.12.2025 155
.

Ərdoğandan strateji siqnal: sülh sazişi regionda balansı dəyişə bilər

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Azərbaycan və Ermənistan sülh sazişini imzalamağa indiyədək heç olmadıqları qədər yaxındırlar. O, Türkiyənin Azərbaycanla tam koordinasiya şəraitində Ermənistanla normallaşma prosesini davam etdirdiyini vurğulayaraq, "Növbəti ilin əvvəlində

18.12.2025 198
.

Dostlarını yığıb 56 yaşlı kişinin başını kəsdi

Hindistanın Carxand ştatında üç gənc təhqirə görə kişinin başını kəsiblər. xarici mediaya istinadla bildirir ki, 56 yaşlı Karinath Luqunun başı kəsilmiş cəsədi dekabrın 16-da meşəlik ərazidə aşkarlanıb. Polisin versiyasına görə, o, kənd yarmarkasından evə qayıdarkən üç dost qarşısını kəsib. Hadisə il

18.12.2025 173
.

AYNA-nın avtobusu qəzaya düşdü

BİG.AZ xəbər verir ki, bu gün saat 19:35 radələrində Bakı-Sumqayıt istiqaməti üzrə hərəkət edən 595 saylı avtobus Biləcəri ərazisində minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində ölən və xəsarət alan yoxdur. Lakin hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. İlkin məlumatlara görə, qəza mini

18.12.2025 259
.

Bakıda narkotik satan ailəyə HÖKM OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satışını təşkil edən ailə üzvləri: Hümbət Cəfərov, oğlu Əli və qızı Şəlalənin cinayət işi üzrə keçirilən məhkəmə iclasında hökm oxunub. xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmədə Cəfərov Hümbətin 11 il, Cəfərov Əlinin 9 il, Cəfərov

18.12.2025 185
.

Natiq Fərzəliyev balaca boyluların teatrını yaratdı - Azərbaycanda ilk

Azərbaycanda yeni teatr yaradılıb. "Bakı Karlik" adlanan bu teatrda balaca boylu aktyorlar cəmləşib. Teatrın direktoru aktyor Natiq Fərzəliyevdir. Direktor Qaynarinfo-ya bildirib ki, teatrda ilk olaraq "Bir gecənin nağılı" adlı tamaşa nümayiş olunacaq. Tamaşa Xalq artisti Vidadi Həsənovu

18.12.2025 284
.

Bu ərazilərdə 13° şaxta olacaq

Dekabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən, məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq

18.12.2025 262
.

"YARARLI" ÇAĞIRIŞÇILAR NİYƏ YARARSIZ ÇIXIR? - Yaxud "Hərbi xidmətə yararlı" əsgər xəstəlikdən niyə ölməlidir?

Azpolitika xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Əli Vahab oğlu Cəfərovun xəstəlikdən müalicə olunduğu hospitalda bu ilin dekabr ayının 15-də ölməsi ilə bağlı araşdırma aparılır. Bu barədə Hərbi Prokurorluqdan bu gün yayılan məlumatda deyildiyinə görə, ölümün səbəbini

18.12.2025 191
.

Planetin indiyə qədər gördüyü ən mürəkkəb sistem: Çin onu gizlicə qurur

Tibetin sərt qayalıqları arasında, quşun belə uçmadığı, karvanın keçmədiyi bir nöqtədə dünyanın ən iri layihələrindən biri yüksəlir. Çinin böyük gizliliklə həyata keçirdiyi 168 milyard dollarlıq bu addım təkcə bir su bəndi deyil: Asiyanın bütün su balansını vahid mərkəzdən idarə edə biləcək bir güc nümayişidir

18.12.2025 117
.

TOP MP3