Azərbaycanda DƏHŞƏT: Anasının sevgilisi tərəfindən zorlanan uşağın DİLİ TUTULDU

Azərbaycanda DƏHŞƏT: Anasının sevgilisi tərəfindən zorlanan uşağın DİLİ TUTULDUDünyada "körpə qığıltısından gözəl himn yoxdur", deyirdi Viktor Hüqo. Həqiqətən də bu həyatın uşaqlarsız nə ləzzəti? Övladsız ailə suyu sovrulmuş dəyirman kimidir. Amma elə ailələr də var ki, Tanrının bəxş etdiyi bu əvəzsiz payın qədrini bilmir, ona sahib çıxmırlar.

Uşaqlar var ki, ana nəvazişi, ata qayğısının nə olduğundan xəbərsizdirlər. Bu təzadlı dünyanın sakinləri olan o körpə fidanlar başqaları tərəfindən nə qədər qayğı ilə əhatələnsələr də, yenə də bir ana öpüşünə, ata sığalına ehtiyacları var.

BiG.AZ bildirir ki, yenicag.az yolunu Azərbaycan Uşaqlar Birliyi nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzindən salıb. Burada ailə-məişət zəminində atılmış, valideynləri və qəyyumları tərəfindən imtina olunmuş, zorakılığın bütün növlərinə məruz qalan 31 uşaq böyüyür. 1-18 yaş arasında olan bu uşaqların hər birinin öz taleyi, öz alın yazısı var.

Birliyin sədr müavini, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin direktoru Vasif Akifli valideyn qayğısına möhtac olan körpə fidanları bura gətirən səbəblərdən danışdı.

Onun sözlərinə görə, buradakıların çoxu küçə uşaqlarıdır. Sığınacağın ana nəvazişindən, ata qayğısından illərlə uzaq düşən bu balaca sakinləri ilə dil tapmaq o qədər də asan olmur:

"Ailə tərbiyəsi görməyən, daim zorakılığa məruz qalan bu uşaqlar həddən artıq kaprizli olurlar. Onların çoxu əvvəl-əvvəl burdan qaçmağa, ya da intihara meyilli olurlar. Burda uşaqlar olub ki, biz 7 ay onunla danışa bilməmişik. Aylarla psixoloji yardımlar göstərdikdən sonra həmin uşaq elə dəhşətli həyat hekayəsini danışıb ki, şok olmuşuq. Təsəvvür edin, uşaq anasının məşuqu tərəfindən cinsi zorakılığa məruz qalıb. Elə uşaqlar olub ki, öz anasının gözü önündə zorlanıb, uşağın dili tutulub".

Otaqdakı müxtəlif əl işləri diqqətimizi çəkir. Birliyin sədr müavininin sözlərinə görə, bu əl işləri roman tayfasına məxsus 12 yaşlı qızın əl işləridir:
"Bu qızımızı metropoliten işçiləri tapıb gətirib. Bilirsiniz ki, roman tayfasına məxsus uşaqların reabilitasiyası çox çətindir. Çünki roman tayfaları uşaqlarına dilənməyi, pul qazanmağı ənənə kimi ötürür. Biz o uşağın qəyyumu olan nənəsini tapdıq, qız indi oxuyur, yazır, əl işləri var. Hətta roman tayfasına məxsus dildən istifadə etmir, qəyyumunu görmək belə istəmr. Oxumaq, ali təhsilli mütəxəssis olmaq arzusundadır".
Sığınacaqda olan bütün körpələr sanki bir mələyi xatırladır.

Təbəssümdolu baxışlarını bizdən ayırmayan bu yaraşıqlı qızın anası alkaqol düşkünüdür. Qızcığaz polis və yerli icra hakimiyyətinin nəzarəti altında sığınacağa yerləşdirilib. Dispanserə müalicəyə göndərilən ana, sonradan uşağını geri qaytarmaq üçün bu məkana üz utub. Amma uşağını nəinki geri alıb, hətta o biri övladı da anasından qurtulmaq üçün sığınacaqda qalmaq üçün yalvarıb. İndi hər iki bacı sərxoş anadan uzaqda - sakit məkanda öz uşaqlığını yaşayır
Sığınacaqda məskunlaşan analar da var. Onlar da həyat yoldaşları, doğmaları tərəfindən atılıb.

"Burda bir xanım var, bizə pənah gətirəndə atılmışdı, özü də hamiləydi. Həkimlər ona demişdi ki, uşağından imtina etməlisən, çünki xəstə doğulacaq. Hətta bu uşağı doğuracaq halda, öləcəyini də bildirmişdilər. Amma ana övladını seçmişdi. Qeyri-rəsmi nikahda yaşadığı əri də onu atıb"- deyən Vasif Akifli sığınacağa pənah gətirən ananın həyat hekayəsini qəhərlənərək danışır.
Onu da öyrəndik ki, burada böyüyən uşaqlar müxtəlif orta məktəblərdə təhsil alırlar. Sığınacaqdakı uşaqların çoxunun səsi ali məktəblərdən gəlir. Hətta İtaliyada təhsil alan tələbə də bu sığınacağın sakinlərindən olub. Tanınmış jurnalist xanımın da məhz bu sığınacaqda böyüdüyünü eşidincə də təsirləndik. Burda böyüyüb, ailə quran, öz ocağının işığını yandıran sakinlər də var.

Sonda onu da öyrənirik ki, gün ərzində sığınacağa xeyriyyəçilər, eləcə də tələbələr, müxtəlif insanlar gəlir. Onlar uşaqlarla əylənir, vaxt keçirir, ürəklərini şad edirlər.
... Sağollaşıb çıxmaq istəyirik. Uşaqlardan biri əlində ağ vərəqlə yaxınlaşıb, "mənə gül şəkli çəkə bilərsənmi?", deyir. Xətrinə dəymirəm. Amma bu xahiş çox maraqlı gəldi. Soruşmağa macal tapmadan onun səsini eşitdim: Anama verəcəm... Qəhərləndim. Sonrakı cümlədən sonra isə gözyaşlarımı saxlaya bilmədim: Mənə anamı gətir...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3125   Tarix: 02 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

11-ci sinif şagirdi vəfat etdi

Xudatda məktəbli vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Hafiz Qubatov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. O, Nəriman Nərimanov adına 2 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alırdı

03.05.2024 426
.

"İntihar edən Məzahiri hamilə arvadı ilə hədələyiblər" - Video

Aprelin 22-də Gəncədə 28 yaşlı Məzahir Zahir oğlu Nuriyevin özünü güllələyərək intihar etməsi ilə bağlı bəzi ittihamlar səsləndirilir. "Qafqazinfo" xəbər verir ki, mərhumun qohumu, bloqer Sevinc Hüseynova Məzahirin bir qrup şəxs tərəfindən hədələndiyini iddia edib. Sosial şəbəkədə video paylaşa

03.05.2024 1282
.

Xırdalanda direktor "fond pulu" tələb etdi, bağça nəzarətə götürüldü - YENİLƏNİB + VİDEO

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti nəzarətə götürülüb. xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb. Qeyd olunub ki, Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazıs

03.05.2024 591
.

Azərbaycanda Analar Günü təsis oluna bilər

"Azərbaycanda Analar Gününün təsis olunması məsələsinə baxıla bilər". Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:. "Bizim də başqa ölkələrdə olmaya

03.05.2024 451
.

Ülviyyənin iki illik dəyişimi

Aktrisa Ülviyyə Xəlilbəyli estetik əməliyyatı ilə bağlı paylaşım edib. OLAY yazır ki, sənətçi bununla bağlı instaqramda hekayə paylaşıb. O bildirib əməliyyatdn iki il keçib:. "Artıq əməliyyatımdan 2 il keçdi. Bu gün özüm qərar verib, qərarımın üstündə dayandığım üçün özümə çox sağ ol deyirəm. Təbi

03.05.2024 783
.

Tarixdə ilk dəfə Olimpiya məşəlini transseksual daşıyacaq - FOTO

2024-cü ildə Parisdə (Fransa) Olimpiya Oyunlarının açılışı zamanı tarixdə ilk dəfə Olimpiya məşəlinin estafetində transseksual iştirak edəcək. Bu barədə Paris meriyası sosial şəbəkələrdə xəbər verib. Minima Geste ləqəbli transseksual yarışın açılış günü olimpiya məşəlini 25 sm hündürlükdə dikdaban ayaqqabılarl

03.05.2024 470
.

Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO

Bu gün paytaxtın Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbin Uşaq Birliyi rəhbəri Nərminə İsmayılova sosial şəbəkə hesabında intihar anonsu verib. "Qafqazinfo" xəbər verir ki, 2014-cü ildən həmin məktəbdə birlik rəhbəri vəzifəsində çalışan N.İsmayılova iş yerində sıxışdırıldığını iddi

03.05.2024 328
.

Murad bu kanalda xəbər aparıcılığına başladı

Aparıcı Murad Əzimzadə xəbər aparıcılığına başlayıb. OLAY yazır ki, o, çalışdığı "Space" kanalında xəbərlərin əsas buraxlışı ilə izləyici qarşısına çıxıb. Əzimzadə bu barədə feysbuk hesabında yazıb. "Qismətdə "Space Xəbər"in əsas buraxılışının aparıcısı olmaq da var imiş. Xəbə

03.05.2024 166
.

Hava ilə bağlı daha bir - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, 5-i axşam bəzi yerlərdə yağış yağacağ

03.05.2024 735