Ədalət Şükürov həyat yoldaşından görün nələr DANIŞDI...

Ədalət Şükürov həyat yoldaşından görün nələr DANIŞDI..."Biz evlənəndə həyat yoldaşım sadə Ədalətə ərə gəldi. Bir otaqlı evim vardı. Həyat yoldaşım uzun illər bankda işləyirdi, ali savadlı xanım idi. Sonra Sank-Peterburqa köçdük, məni rejissor işləməyə göndərmişdilər, yataqxanada yaşayırdıq".

BiG.AZ xəbər verir ki, bu sözləri "Space" telekanalında Elnarə Xəlilovanın təqdimatında efirə gedən "Xanımlar və cənablar" proqramında əməkdar artist Ədalət Şükürov deyib.

Ailə qurmağından danışan müğənni çətin günlər keçirdiyini etiraf edib. Lakin o, həyat yoldaşının hər zaman ona dəstək olduğunu söyləyib:

"Biz evlənəndə mənim heç nəyim yox idi. Heç həyat yoldaşım bilmirdi ki, mən müğənni olub populyarlaşacağam. Sadəcə bir məsələ var, əgər görürsənsə, həyat yoldaşın çayı soyuq içə bilmir, vermə, nəsə xoşuma gəlmir, bunu etmə. Həyat yoldaşım məni qısqanırsa, mən də ona heç vaxt qısqanmağa səbəb vermərəm. Deyəndə ki, qızı varlı oğlana ver, bu, mənə çatmır. Müdrik xanım odur ki, susur, başa düşür və ailəsi üçün hər şey edir. Olar ki, kişi ömür boyu işləyir, pul qazanıb evə gətirir, arvad biş-düş edib övladlarını böyüdür. Ya da kişi evdə oturur, xanım gedib pul qazanır. Biz müğənnilərin bir çoxunun arvadı işləyir. Hər kişinin işi ola bilməz. Əgər sənin xanımın işləyirsə, ona dəstək olmalısan, çantasını daşımalısan, maşını sürməlisən. Bu, ailəni bərkidir və büdcə evdə qalır".

Ə. Şükürov sənət adamlarının boşanmalarından da bəhs edib. Bir çox ailədə ayrılmaların olduğunu xatırladan müğənni bildirib ki, sadəcə olaraq müğənnilər göz önündə olduğu üçün onların həyatı hər kəsə maraqlıdır: "Bir çox sənət dostlarımın yaxşı ailəsi var. Bu, normaldır. Sadəcə digər insanlardan fərqimiz ondadır ki, bizi tez-tez efirdə göstərirlər və biz maraqlıyıq. Həkimlər, müəllimlər və başqa sənət sahibləri bizim qədər efirə çıxmır. Hər bir insan xoşbəxt olmaq istəyir. Hər kəs istəyir ki, bir dəfə evlənsin və bir ailəsi olsun. Qadın və kişi fərqlidir - həm fizioloji baxımdan, həm də düşüncə və fikirlərdə. Bəziləri deyir ki, həyat yoldaşımla bir-birimizi çox yaxşı başa düşürük, mən buna inanmıram. Ailədə gərək bir-birinə hörmət edəsən".

"Xanımlar və cənablar" proqramın digər qonaqları olan əməkdar artistlər Əjdər Həmidov, müğənni Mənzurə Musayeva, psixoloq Zarina Əliyeva ailənin qorunmasından danışıblar. (Lent.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 16209   Tarix: 28 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147