"Samir Şərifovun dedikləri baş tutmayacaq" - İqtisadçı ekspert nazirə cavab

"Samir Şərifovun dedikləri baş tutmayacaq" - İqtisadçı ekspert nazirə cavabMaliyyə naziri Samir Şərifov "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) tezliklə özəlləşdiriləcəyi ilə bağlı açıqlama verib.

Nazir prosesin 2018-ci ildən tez baş verməyəcəyini bəyan edib. ABB-nin özəlləşdirilməsi məsələsini BakuPost.az-a şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, yaxın 2-3 il ərzində bu prosesin baş verməsi inandırıcı görünmür:
"10 il bundan qabaq Beynəlxalq Bank özəlləşsəydi və özəl kapital kimi idarə olunsaydı, bu gün yaşanan problemlərlə də qarşılaşmazdılar. Samir Şərifov da çox optimistik danışıb ki, 2018-ci ildə bank özəlləşməyə çıxarıla bilər. Çünki 2018-ci ildə bankın problemlərini tam həll edib, özəlləşmə üçün cazibəli hala gətirmək mümkün olmayacaq. Hazırda xarici kreditorlarla çox sərt danışıqlar gedir və bu danışıqların nəticəsində Beynəlxalq Bankın xarici öhdəliklərinin dövlət tərəfindən ödənilməsi qrafikləri təsdiqlənməlidir. Bu borclar tam silinmədən, Beynəlxalq Bankın problemləri tam təmizlənmədən, aktivləri müsbətə çıxmadan, gəlirlilik səviyyəsi artmadıqca heç bir xarici investor Beynəlxalq Bankla maraqlanmayacaq".

İqtisadçı hesab edir ki, dünyada imici zədələnmiş ABB-yə xarici investor tapmaq çətin olacaq: "Özü də indiki ağır bir durumdan sonra. Çünki dünyada Beynəlxalq Bankla bağlı çox pis bir imic formalaşıb. Bütün aparıcı mətbuat Azərbaycanda Beynəlxalq Bankın iflasa uğradığını və öz öhdəliklərini yerinə yetirə bilmədiyi haqda məlumatlar yaydı. Bu da investorları qaçıran əsas amillərdən biridir. Mən inanmıram ki, yaxın gələcəkdə Beynəlxalq Bankı cazibəli hala gətirib aparıcı investrolara təqdim edə bilərlər. Daxili investorlar ola bilər. Ola bilər ki, daxili maliyyə holdinqlərindən biri gələcəkdə Beynəlxalq Bankın daşınmaz əmlakının, binlarının çox olduğunu nəzərə alaraq özəlləşdirmək istəyə bilər. Bu da ölkəyə ciddi bir xeyir gətirməyəcək. Nə qədər ki, ölkəyə xarici investorlar gəlmir, istəyir bank, istəyir özəl sektor olsun, orada dayanıqlı inkişaf mümkün deyil. Ona görə də Samir Şərifovun özəlləşmə ilə bağlı verdiyi bəyanata mən skeptik yanaşıram. Bunun yaxın gələcəkdə reallaşması çətin görünür. Ona görə də bankın bütün problemləri əvvəlcə həll olunmalı, bütün borclar təmizlənəndən sonra aktivləri müsbət hala gəlməli, gəlirlilik səviyyəsi artmalıdır ki, hər hansı formada investor tapmaq mümkün olsun. Yaxın illərdə - ən azı 2-3 ildə bunu etmək çox çətin olacaq".

Bankın tam olaraq neçənci ildə özəlləşməyə hazır olacağı ilə bağlı da danışan N.Cəfərli qeyd edib ki, 2019-cu il bunun üçün daha real görünür: "Əgər xarici kreditorlarla ödəmə qrafiki təsdiqlənsə və bu təsdiqlənmiş qrafiklə yaxın 1 il ərzində bankın borclarının silinməsinə nail olunsa, daxildə borcların tamam təmizlənməsi prosesləri başa çatsa, ən yaxşı halda 2019-2020-ci illərdə bankı özəlləşdirməyə çıxarmaq olar. Ona görə də Samir Şərifovun dedikləri mənə real görünmür. Bankın borcu hələ də başa çatmayıb. Təxminən 4 milyard manata yaxın daxili borcu var. Amma bu demək deyil ki, xarici investorlar o dəqiqə buna maraq göstərəcək. İmicin yenidən formalaşması və müsbət mesajların verilməsi üçün kifayət qədər böyük zamanın keçməsinə ehtiyac var. Ən az 2-3 ildən sonra bununla bağlı müəyyən addımların atılması ehtimalı ola bilər. Amma daxili investorlardan birinə satılacaqsa, bunun effekti olmayacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1240   Tarix: 25 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Blinken və Paşinyan arasında telefon danışığl olub

ABŞ dövlət katibi Antoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb. xəbər verir ki, Blinken ABŞ-nin Ermənistan və Azərbaycan arasında davamlı sülh sazişi üzrə irəliləyişə dəstəyini təsdiqləyib. "Dövlət katibi Blinken bir daha bildirib ki, Birləşmiş Ştatlar Ermənistan v

16:04 105
.

Taleh Yüzbəyov həyat yoldaşını siqaretlə YANDIRDI - VİDEO

Aktyor Taleh Yüzbəyovun bloger həyat yoldaşının başına iş gəlib. xəbər verir ki, bu barədə Xatirə öz sosial şəbəkə hesabında paylaşdığı bildirib. "Bəli, mənim həyat yoldaşım siqaretlə alnımı yandırdı" - deyə o bildirib. Xatırladaq ki, cütlüyün iki övladı var

11:37 1160
.

12 gündür axtarılan 16 yaşlı qız qonşularının evində tapıldı

Türkiyədə 12 gündür itkin düşən qız tapılıb. xarici mediaya istinadən xəbər verir ki, 16 yaşlı qız rayondakı qonşularının evində tapılıb. Qonşularının evdə olmadığını deyən ata "Qonşumuzun evində gizlənib, qonşumuz qayıdanda onun evdə olduğu müəyyənləşib, məhəllədən heç vaxt çıxmadığı məlum olub"

11:01 701
.

Vətəndaş ona hədiyyə edilən ov tüfəngini könüllü polisə təhvil verdi

Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan bir nəfər Abşeron Rayon Polis İdarəsinə müraciət edərək əmisi oğlunun hədiyyə etdiyi sənədləri olmayan ov tüfəngini könüllü təhvil vermək istədiyini bildirib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşa nümunəvi hərəkətin

28.04.2024 292
.

Azərbaycanın Əməkdar jurnalisti vəfat edib

Tanınmış jurnalist Vasif Səmədov vəfat edib. APA xəbər verir ki, Azərbaycanın Əməkdar jurnalisti Vasif Səmədov bu gün dünyasını dəyişib. Vasif Səmədov 22 yanvar 1950-ci ildə Masallı rayonunda anadan olub. ADU-nun jurnalistika fakültəsini bitirdikdən sonra Ukraynada hərbi xidmətdə olub. O, "Azərbayca

14:48 208
.

Keyfiyyətli dondurmanı necə seçək? - AÇIQLAMA

Havanın istiləşməsi ilə dondurma mövsümü də yaxınlaşır. Bəs keyfiyyətli, insan orqanizminə zərərsiz dondurmanı necə seçə bilərik?. Qida eksperti Elsevər Fərzəliyev -a bildirib ki, normalda dondurma insana mənfi təsir göstərməməlidir. Çünki onun tərkibində insana mənfi təsir edəcək heç bir inqrident olmamalıdır

15:26 190
.

Rasim Musabəyovun açıqlaması müzakirə yaratdı - Video

İTV-nin "Azərbaycanın 4 eksklav kəndi mübadilə edilə bilərmi?" materialında şərh verən deputat Rasim Musabəyovun Başkəndlə bağlı çıxışı ciddi müzakirələrə səbəb olub. Belə ki o, açıqlamasında bildirib: "İndi belə olan halda oraya axı yol da olmalıdır. Bu yolu da sən gərək qarşılıqlı: Başkən

15:56 162
.

DSX əməkdaşı Qazaxda minaya düşdü

Qazax rayonu ərazisində mina hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib

12:40 275
.

Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi

Bakıda yaşadığı evdə atasını bıçaqlamaqda təqsirləndirilən qızın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş Ülviyyə Şükürova (soyad şərti) 22 avqust 2023-cü il tarixdə, saat 13:30 radələrində ailə münaqişəsi zəminind

17:09 93