Ermənilərə casusluq edən daha bir hərbçimiz DƏFN EDİLDİ: "Bir də eşitdik ki, uşağı öldürüblər..."

Ermənilərə casusluq edən daha bir hərbçimiz DƏFN EDİLDİ: "Bir də eşitdik ki, uşağı öldürüblər..."Erməni kəşfiyyatçıları ilə məxfi əməkdaşlıqda suçlanan, leytenant Təmkin Nizamioğlu Ordubadın Darkənd kəndində dəfn edilib. Bu barədə Meydan TV-yə kənd sakinləri məlumat verib. Onlar 1993-cü il doğumlu, leytenant Təmkin Nizamioğlunu kəndə dəmir tabutla gətirib, ailəsindən xəbərsiz dəfn etdiklərini söyləyiblər.

Ordubadın Darkənd icra nümayəndəsinin müavini Raqib müəllim Meydan TV-yə məlumatı təsdiqləyib. O, leytenant Təmkin Nizamioğlunun artıq dəfn edildiyini söyləyib:

"Doğrudur, meyitini gətirdilər, kənd qəbristanlığında basdırdıq. Dedilər, ürəyi dayanıb, narahat olub aparıblar xəstəxanaya. Elə orada ölüb. Kəndə hərbçilər də gəlmişdilər. Gətirib basdırdılar. Dəfndə ailəsi, qardaşları, atası da iştirak edirdilər".

Müddətdən artıq hərbi xidmət keçmiş Tərtər sakini Elçin Quliyev də erməni kəşfiyyatçıları ilə məxfi əməkdaşlıqda suçlanırdı. Mayın 18-də Elçin Quliyevin meyiti Tərtərə gətirilib, ailəsinə təhvil verilib. Ancaq ailəsinə onun ölümünün səbəbi açıqlanmayıb. Bu barədə Meydan TV-yə Elçin Quliyevin əmisi danışıb. O, adının mətbuatda hallanmasını istəməyib.

Əmi bildirib ki, hadisə zamanı Tərtərdə olmayıb, dəqiq məlumatı yoxdur: "Bakıda xəstəxanada yatırdım. Dedilər ölüb, gəlmişik. Hazırda yasıdır. Özümüz də bilmədik nə məsələdir, açıqlama verməyiblər. Bir də eşitdik ki, uşağı öldürüblər. Eləcə dəfn etmişik, yasını veririk".

Ailə bildirir ki, onlara olan bitənlərlə bağlı heç bir məlumat verilməyib: "Ətraflı nəsə deyən olmayıb. Nə olub, nə baş verib, uşaq niyə ölüb, bilmirik. Təkcə onu dedilər ki, iş araşdırılır. Dəqiqləşəndən sonra bizə Elçinin hansı zəmində vəfat etdiyini deyəcəklər yəqin".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 20846   Tarix: 22 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568