Mənzillərin qiyməti düşəcəkmi? - AÇIQLAMA

Mənzillərin qiyməti düşəcəkmi? - AÇIQLAMASon zamanlar Bakıda tikinti sektoru yenidən aktivləşib.

Məlum olduğu kimi milli valyutanın dəyərdən düşməsi bir çox sahəyə, xüsusilə də tikinti sektoruna zərər vermişdi. Manatın dollara nisbətdə ucuzlaşması və neftin qiymətinin də aşağı düşməsindən sonra ölkədə bir zamanlar müşahidə olunan tikinti bumu getdikcə zəifləmiş, bu sahədə çalışan yüzlərlə insan isə işsiz qalmışdı. Son zamanlar isə yarımçıq qalmış binalarda yenidən tikinti işləri başlayıb.

Şəhərin bir çox yerlərində yeni binaların inşa olunduğunun, tikintisi dayandırılan binalarda isə işlərin başlamasının şahidi olduq.

Lakin öyrəndik ki, tikintilər aparılsa da, mənzillərin satış səviyyəsi çox aşağıdır. Söhbət etdiyimiz maklerlər bildirdilər ki, ötən illə müqayisədə bir qədər aktivlik olsa da, ümumilikdə əmlak bazarında vəziyyət hələ də ürəkaçan deyil.

Onu da qeyd edək ki, tikinti şirkətləri artıq bu ilin ilk aylarından başlayaraq mənzillərin kreditlə satışlarını da bərpa ediblər. Lakin şirkətlərin böyük bir qismi yalnız öz daxili hesablarına 36 aylıq kreditlər verirlər ki, nəticədə aylıq ödənişin məbləği 1000 manatdan yuxarı olur. Təbii olaraq, bu qədər pulu da hər ailə ödəyə bilmədiyi üçün satışların tempi aşağıdır.

Müşahidə etdik ki, şəhər daxilində tikintilərin əksəriyyəti xüsusi proqram əsasında aparılır. Belə ki, bəzi tikinti ərazisində Nazirlər Kabinetinin xüsusi qərarı ilə bağlı elan lövhələri də vurulub. Nazirlər Kabinetinin qərarı ilə qəzalı vəziyyətdə olan binalar sökülür, orada yaşayan sakinlərə isə başqa yerdə kirayə qalmaları üçün ödəniş olunur. Həmin sakinlərə bina hazır olduqdan sonra ev veriləcəyi bildirilir. Binanın digər mənzilləri isə ev almaq istəyən müştərilərə satılır. Bu tip binalarda uzun müddətli (20-25 il) kredit verilsə də, ilkin ödəniş tələbi də mövcuddur. Eyni zamanda binalar şəhər daxilində olduğu üçün qiymətləri heç də ucuz deyil.

Dövlət səviyyəsində tikintinin canlandırılması istiqamətində son zamanlar bir sıra addımlar atılmaqdadır. Belə ki, Milli Məclisin son plenar iclasında Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər də müzakirə olundu. Dəyişikliklərə əsasən, tikinti layihələrinin həyata keçirildiyi ərazilər üzrə ərazi-tikinti planlarının rolu artırılır.

Belə ki, ərazi üzrə ümumi tələbləri nəzərdə tutan bu planlar fərdi qaydada tikinti layihələrinin layihələndirilməsini, şəhərsalma normativlərinin əvvəlcədən nəzərə alınmasını xeyli asanlaşdıracaq. Bundan əlavə, sifarişçilər tikintidən əvvəl müvafiq icra hakimiyyətinə müraciət edərək tikinti parametrləri barədə ilkin məlumatları əldə edə biləcəklər. Sifarişçilərin bu sorğuları 10 gün ərzində cavablandırılmalıdır.

Məcəllədə yeni məlumatlandırma sisteminin də qurulması nəzərdə tutulub. Bu sistem vasitəsilə sifarişçilər elektron qaydada, rahat şəkildə tikintiyə dair tələb olunan məlumatları əldə edə biləcəklər.

Tikinti sektorunda mövcud durumu saytımıza şərh edən ekspert Natiq Cəfərli bildirib ki, sektorda müəyyən canlanma hiss olunsa da, bunun səbəbləri var:

"Əslində canlanmanın əsas səbəbi, bir neçə iri layihələrin başlanması ilə əlaqədardır. Bu, "Sovetski" ilə bağlı layihənin yekunlaşması və bəzi yeni tikintilərin, sosial mənzillər layihəsinin başlanması eləcə də bir neçə buna bənzər iri layihələrə start verilməsi ilə bağlıdır. Faktiki isə ipoteka bazarına baxdıqda görürük ki, banklar demək olar ipoteka vermirlər. Bundan başqa əmlak bazarında da ciddi aktivlik müşahidə olunmur. Hələ ki, keçən illərə nisbətdə rəsmi rəqəmlərdə də tikinti sektorunda 30-40 faiz azalmanın olduğu müşahidə olunur. Ancaq 2016-cı illə müqayisədə az da olsa canlanma var ki, bu da yuxarıda qeyd etdiyim səbəblərlə bağlıdır. Dayanaqlı və davamlı inkişaf o zaman olur ki, bu sahədə biznesin, özəl sektorun mühüm layihələri olur. Nəticədə isə davamlı şəkildə özəl biznesin öz investisiyaları və ya xarici investorlar hesabına sahənin inkişafı təmin edilir. Hələ ki, bununla bağlı ciddi addımlar atılmayıb. Ancaq tikinti sektorunun liberallaşması və tikintiyə icazənin verilməsindən tutmuş hazır tikililərin qəbuluna qədər olan zaman kəsiyində korrupsiya faktlarının, süründürməçiliyin aradan qaldırılması üçün atılan addımlar effekt verərsə, bu sahədə "vahid pəncərə" sisteminin hər bir mərhələdə tətbiq olunması, tikintidə canlanma yarada bilər. Tikintinin canlanması isə digər sahələrə də təsir edir. Ona görə tikinti sahəsi, neftdən sonra ölkənin hər zaman lokomativ sahəsi olub. İndiki şəraitdə müəyyən canlanmanın davamlı olması, biznesin buna inanması və daxili investorların bu işlə məşğul olması yaxşı şəraitin yaradılmasından asılıdır. Bunlar baş verərsə, sosial mənzillər layihəsi də tam gücü ilə işləməyə başlarsa mənzillərin qiymətləri də ucuzlaşar"./musavat.com/


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1157   Tarix: 20 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Golf topu boyda albalı REKORD QIRDI, lakin... - VİDEO

İtaliyada bacı-qardaş öz fermalarında golf topu boyda albalı tapıbdılar. BİG.AZ-ın ren.tv-yə istinadən verdiyi xəbərə görə, giləmeyvə 0.88 unsiya (25 q) çəki ilə dünya rekordunu yeniləyib. Qeyd olunur ki, 25 yaşlı Sebastiano Zanoni və onun 22 yaşlı bacısı Selena nəhəng albalını Treviso ştatının Pae

23.06.2020 2438
.

Bakıda AİLƏ FACİƏSİ - Bacısı uşağının ölümünə səbəb oldu

Bakıda 1 yaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. -a istinadən xəbər verir ki, Xətai rayonu Əhmədli kəndində yaşayan şəxs BMW markalı avtomobilini arxaya doğru hərəkət etdirərkən bacısının 1 yaşlı övladının üzərindən keçib. 2019-cu ildə anadan olmuş və yenicə ayaq açıb yeriyən körp

10.09.2020 3185
.

Argentinanın prezident sarayında "yadplanetli" görüntüləndi - VİDEO

Tanınmış ufoloq Skott Uorinq Argentinadakı prezident sarayında qəribə "məxluqun" görüntülərinə rast gəlib. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, tədqiqatçı bu anomaliyanı "Google Earth" xidmətindən istifadə edərkən aşkarlayıb. Onun fikrincə, bu, Argentina prezidentini "güdən"

29.06.2020 6809
.

Nadir Qafarzadə "AYTƏNLƏ ÜZ-ÜZƏ" - VİDEO

ın "AYTƏNLƏ ÜZ-ÜZƏ " verilişində qonaq olan müğənni Nadir Qafarzadə maraqlı açıqlamalar verib. Verilişdə bəzi məqamlara toxunan sənətçi göz yaşlarını saxlaya bilməyib. AYTƏN SAKİTQIZI

14.10.2020 2248
.

Afaq Gəncəlidən göz oxşayan YENİ FOTOLAR

Tanınmış aparıcı Afaq Gəncəli sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, aparıcı "Instagram" hesabında yeni fotolarını paylaşıb. Aparıcının fotolarına izləyicilər tərəfindən çoxsaylı bəyəni və təriflər gəlib. Həmin fotoları təqdim edirik:

27.02.2021 4603
.

Hot Shapers Neotex - Arıqlama jileti

Məhsul haqqında. Bu, sizə arıqlamağa kömək edən innovativ vasit' - Hot Shapers' arıqlamaq üçün jilet. Neotex, xətti və daxili temperaturu artıran, "ağıllı" parça texnologiyasının tətbiqi ilə hazırlanıb.Sizin gündəlik işlər ilə məşğul olaraq bədəninizin tər tökmək vasitəsiylə artı

31.07.2021 296
.

Ebru hər kəsi heyran edən LİBASI haqqında danışdı - "Son xatirəsidir" - FOTO

Sevilən ifaçı Ebru Gündeş aprel ayında vəfat edən stilist Nur Yerlitaşın imzası olan əlbisəni konsertində geyinib. türk mediasına istinadən xəbər verir ki, təkcə səsi ilə deyil, həm də görüntüsü ilə izləyiciləri heyran edən sənətçi konsertdə yaxın dostu olan Nurun onun üçün hazırladığı əlbisəni geyinərə

27.08.2020 9020
.

İyul ayında yolka qurub 2021-ci ili qeyd etdilər - VİDEO

2020-ci ilin bütün dünya üçün çətin gəldiyini yəqin ki, hamı qəbul edir. Lakin deyəsən bundan ən çox yorulan "Burger King" olub. "Daily Storm"un məlumatına görə, mürəkkəb 2020-ci ili bitirməyə qərar verən şirkət Yeni İli iyul ayında keçirib. Restoranlar şəbəkəsi bununla bağlı maraql

25.07.2020 1587
.

Avropa Birliyi ölkələri plastik qablardan tamamilə imtina etdi

Avropa Birliyi qüvvəyə minən müvafiq qanundan sonra plastik qab-qacaqdan birdəfəlik imtina edib. "Report" xəbər verir ki, bu barədə birliyin ətraf mühit üzrə komissarı Virqiniyus Sinkyaviçyus bildirib. O, qeyd edib ki, qanun birdəfəlik qaşıqların, çəngəllərin, bıçaqların, boşqabların, pambı

04.07.2021 444