SON DƏQİQƏ! Azərbaycanlı bəstəkar vəfat etdi - FOTO

SON DƏQİQƏ! Azərbaycanlı bəstəkar vəfat etdi - FOTOAzərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndələrindən biri, təcrübəli pedaqoq, gözəl və nəcib insan Ədviyyə Rəhmətova mayın 18-də 73 yaşında vəfat edib.

BiG.AZ bildirir ki, Ədviyyə Rəhmətova 1944-cü il martın 30-da Bakıda dünyaya göz açıb.

İlk musiqi təhsilini Bakı şəhər 2 aylı uşaq musiqi məktəbinin fortepiano sinfində alan Ədviyyə Rəhmətova 1959-cu ildə Asəf Zeynallı adına Musiqi Texnikumunun "Musiqi nəzəriyyəsi" şöbəsinə daxil olub. Burada təhsil aldığı illərdə bəstəkarlığa böyük həvəs göstərib və piano üçün ilk prelüdlərini yazıb.

Bu prelüdlər müəllimlərinin də diqqətini cəlb edib və onların məsləhəti ilə Midhəd Əhmədovdan kompozisiya üzrə dərslər almağa başlayıb.

1963-cü ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsinə (professor Cövdət Hacıyevin sinfi) daxil olan Ə.Rəhmətova tələbəlik illərində görkəmli bəstəkarlardan dərslər alaraq bu sənətin sirlərinə yiyələnib. Tələbəlik illərində müxtəlif musiqi janrlarında qələmini sınayan bəstəkar piano üçün prelüdlər, fuqalar, sonatina, simli kvartet, "Nizami" kantatası, xalq çalğı alətləri orkestri üçün pyeslər, mahnı və romanslar yazıb.

Ədviyyə Rəhmətova 1970-ci ildə ixtisas müəllimi, görkəmli bəstəkar, professor Cövdət Hacıyevin tövsiyəsi ilə yazdığı "Tar ilə xalq çalğı alətləri orkestri üçün konsert"i diplom işi kimi təqdim edib.

Müstəqil yaradıcılıq yoluna qədəm qoyan bəstəkar müxtəlif janrlara müraciət edərək özünəməxsus musiqi dili ilə seçilən maraqlı əsərlər yaratmışdır. O, tar ilə xalq çalğı alətləri orkestri, kamança ilə kamera orkestri, soprano ilə kameraorkestri üçün konsertlər, kamança və qanun ilə simfonik orkestr üçün ikili konsert, simfoniya, "Şahsevənlər ocağına səyahət", "Dədə Qorqud" simfonik poemaları, simli kvartet, violonçel və piano üçün "Elegiya", həmçinin xalq çalğı alətləri orkestri üçün bir sıra lirik rəqslərin, Azərbaycan şairlərinin sözlərinə yazılmış mahnı və romansların, kamera -instrumental əsərlərin müəllifidir.

1978-ci ildən Bəstəkarlar İttifaqının üzvü olan Ədviyyə xanımın əsərləri mütəmadi olaraq qurumun müxtəlif tədbirlərində müvəffəqiyyətlə ifa edilib. O, Bəstəkarlar İttifaqının vətənpərvərlik mövzusunda mahnı müsabiqələrində dəfələrlə iştirak edərərk, "İrəli hey, əsgər!" (1994) və "Enməyən bayraq" (1997) mahnılarına görə III mükafata, habelə Sumqayıt şəhərinin 60 illiyinə həsr olunmuş mahnı müsabiqəsində (2009) II mükafata layiq görülüb.

Bəstəkarın yaradıcılığında əsasən instrumental konsert və mahnı janrlarında əsərlər üstünlük təşkil edir. Onun əsərlərinin emosional-obraz dairəsi insanın mənəvi aləmi, hiss və həyəcanı, düşüncələri və arzularının ifadəsindən ibarətdir. İnsanın mürəkkəb və ziddiyyətli daxili aləmini əks etdirən bu ideyalar lirik və ifadəli melodiyalarda öz təzahürünü tapır. Bəstəkarın özünəməxsus milli intonasiyaları ilə qəlbləri oxşayan oxunaqlı və yaddaqalan səmimi melodiyaları genişdinləyici kütləsi tərəfindən rəğbətlə qarşılanır.

Mahnı janrına xüsusi məhəbbətlə yanaşan bəstəkar tanınmış şairlərdən Əlağa Kürçaylı, Bəxtiyar Vahabzadə, Tofiq Bayram, Nəriman Həsənzadə və başqalarının sözlərinə çoxlu mahnı və romanslar yazmışdır. Onun mahnıları Şövkət Ələkbərova, Elmira Rəhimova, Flora Kərimova və digər tanınmış sənətkarlar tərəfindən ifa edilib.

Bəstəkarın yaradıcılığına xas olan cəhətlərdən biri də onun milli musiqi alətlərinə xüsusi marağıdır. O, xalq çalğı alətləri üçün böyük və xırda həcmli müxtəlif əsərlər yazmışdır. Tar və kamança konsertləri respublikanın aparıcı musiqikollektivlərinin və görkəmli ifaçıların repertuarında xüsusi yer tutur. Bu əsərlər musiqi təhsili ocaqlarının tədris proqramına daxil edilib.

Ədviyyə Rəhmətovanın tanınmış kamança ustası Ədalət Vəzirovun xatirəsinə həsr olunmuş kamança ilə kamera orkestri üçün 1 saylı konserti alətin virtuoz ifa xüsusiyyətlərini nümayiş etdirən maraqlı əsərlərdəndir. İlk dəfə 2002-ci ildə Bəstəkarlar İttifaqının plenumunda Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında Q.Qarayev adına Dövlət Kamera Orkestri tərəfindən ifa edilən bu əsər 2003-cü ildə Ə.Rəhmətovanın təşəbbüsü ilə təşkil olunmuş xatirə gecəsində də səslənib.

Sənətkarın parlaq və ifadəli melodiya vasitəsilə vokal səsinin ifadə xüsusiyyətlərini əks etdirən soprano ilə kamera orkestri üçün konserti ilk dəfə 2007-ci ildə Bəstəkarlar İttifaqının VIII qurultayında Dövlət Kamera Orkestri tərəfindən ifa edilib və musiqisevərlər tərəfindən maraqla qarşılanıb.

Ədviyyə xanım uzun illər A.Zeynallı adına Musiqi Kollecində pedaqoji fəaliyyətlə məşğul olub. Onun pedaqoji iş stajı yarıməsrlik bir dövrü əhatə edir. O, təqaüdə çıxana qədər Milli Konservatoriyanın nəzdindəki Musiqi Kollecinin fortepiano şöbəsində nəzəriyyə fənnindən dərs deyib və gənc musiqiçilərə hər bir fənni sevdirməyə çalışıb.

Yüksək nəcib insanikeyfiyyətləri ilə həmişə tələbələrinin və həmkarlarının, habelə onu tanıyan hər bir kəsin məhəbbətini qazanan Ədviyyə xanım onu tanıyanların yaddaşında əbədi yaşayacaqdır.

Allah rəhmət eləsin!

SON DƏQİQƏ! Azərbaycanlı bəstəkar vəfat etdi - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 10187   Tarix: 19 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Keniyada daşqınlarda ölənlərin sayı 188-ə çatıb

Keniyada təxminən 2 həftədir ki, güclü yağışların səbəbindən daşqın olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində həyatını itirənlərin sayı 188-ə çatıb. Bu barədə Keniya Səhiyyə qurumu məlumat yayıb. Məlumata əsasən, ölənlərdən 37-si uşaqdır. 90 nəfərin isə itkin düşdüyü bildirilib. Qeyd edək ki, gücl

03.05.2024 100
.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında mayın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək

03.05.2024 352
.

Həbsdə olan generalın müraciəti geri qaytarıldı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı məhkəməyə müraciət edib. APA xəbər verir ki, bu gün Xəzər rayon Məhkəməsində keçirilən prosesdə Elçin Quliyevin məntəqə tipli cəzaçəkmə müəssisəsin

03.05.2024 187
.

İsraildə həbsdə olan 53 fələstinli jurnalist var

İsrail həbsxana və təcridxanalarında saxlanılan 53 fələstinli jurnalist var. xəbər verir ki, Fələstinli Məhbuslar Dərnəyi Dünya Mətbuat Azadlığı Günü münasibətilə fələstinli jurnalistlərin vəziyyəti ilə bağlı yazılı açıqlama verib. Bəyanatda həmçinin 7 oktyabr 2023-cü il tarixindən sonra 70 fələstinl

03.05.2024 125
.

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Qozlu Körpü kəndi ərazisində qeydə alınıb. Belə ki, hərbçiləri daşıyan "VAZ-21015" markalı maşın "Daf" markalı avtomobillə toqquşub. Qəza zamanı "VAZ-21015"də ola

03.05.2024 649
.

Ülviyyənin iki illik dəyişimi

Aktrisa Ülviyyə Xəlilbəyli estetik əməliyyatı ilə bağlı paylaşım edib. OLAY yazır ki, sənətçi bununla bağlı instaqramda hekayə paylaşıb. O bildirib əməliyyatdn iki il keçib:. "Artıq əməliyyatımdan 2 il keçdi. Bu gün özüm qərar verib, qərarımın üstündə dayandığım üçün özümə çox sağ ol deyirəm. Təbi

03.05.2024 783
.

Honkonq 140 il ərzində ən isti aprelini yaşadı

Çin ən isti aprelini keçirib. BİG.AZ xəbər verir ki, 1884-cü ildə meteoroloji rekordların başlanmasından sonra Çinin Honkonq Xüsusi İnzibati Bölgəsi bu il ən isti aprel yaşadı. Honkonq Müşahidə Şurasının bəyanatına əsasən, aprel ayında havanın orta temperaturu 26,4 dərəcə olub. Subtropik iqlim zonasınd

03.05.2024 50
.

Hansı avtomobillərə maraq artıb?

"Elektromobillərin istifadəsi ekoloji çirklənməyə qarşı mübarizədə ən önəmli vasitələrdən biridir. Azərbaycanda bu nəqliyyat vasitələrinə maraq artır". Bu sözləri BİG.AZ-A nəqliyyat eksperti Aslan Əsədov deyib. O bildirib ki, taksi fəaliyyətinə məhdudiyyətlərin qoyulması və lisenziyaların verilməsind

03.05.2024 207
.

"İsrailin Rafah şəhərində evə hücumu nəticəsində 4-ü uşaq olmaqla 7 fələstinli öldü"

İsrailin Rafah şəhərində evə hücumu edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4-ü uşaq olmaqla 7 fələstinli ölüb. İsrail döyüş təyyarələri Rəfahın Əl-Zuhur məhəlləsində fələstinli Şahin ailəsinin evinə hava hücumu həyata keçirilib. İsrailin baş naziri Benyamin Netanyahunun Rafaya hücum edəcəklər

03.05.2024 134