"Çingiz Mustafayev yanlış informasiyalar yayıb - Bəzi kadrlar rəzalətdir"

"Çingiz Mustafayev yanlış informasiyalar yayıb - Bəzi kadrlar rəzalətdir"Sabah Laçın rayonunun işğalının 25-ci ildönümü tamam olacaq.

1992-ci il may ayının 18-də Laçını işğal edən Ermənistan silahlı qüvvələri rayonu qarət və talana məruz qoyub. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz dədə-baba yurdundan didərgin düşüb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub, itkin düşüb.
Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğal altında qalıb. Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub.
İşğalçı dövlət beynəlxalq hüquq normalarına məhəl qoymayaraq, hazırda Laçında qanunsuz məskunlaşma aparır.
Modern.az saytının Laçının işğal günü ilə bağlı "1992-ci ilin o günü" layihəsindəki müsahibi o zaman Laçında yerləşən hərbi hissənin tağım komandiri olmuş İsabala Əsgərovdur.
O, 1992-cü ilin 17 mayını ürək ağrısı ilə xatırlayır…

"Əfqanıstanda döyüşən qüvvələr Laçında vuruşurdu"
"Artıq mayın 17-də Laçındakı vəziyyət dözülməz həddə çatmışdı. Bir tərəfdən silah-sursat tükənmişdi, digər tərəfdən də yuxarıdakıların başı hakimiyyət uğrunda savaşa qarışmışdı. Laçına güclü təzyiqlər mayın 5-dən başlamışdı. Ermənistan və rus qoşunları əl-ələ verib Laçının və Şuşanın işğalını həyata keçirməyə çalışırdılar. Buna baxmayaraq, Laçının qəhrəman oğulları döyüş bölgələrinə səpələnmişdi. Heç kəs səngərdən çıxmırdı. Bizim polkun üzvləri Əfqanıstan müharibəsində döyüşmüş insanlar idi. 1979-1981-ci illərdə Əfqanıstan döyüşlərində mən də iştirak etmişəm. Əfqanıstan döyüşçülərindən ibarət dəstənin üzvləri Laçının müdafiəsində canla-başla xidmət göstərirdi. Əsas missiyamız döyüş əməliyyatlarını uğurla həyata keçirmək idi".

"Etibar Məmmədov heç kim idi"
İsabala Əsgərov deyir ki, o dövrdə hakimiyyət adamları nə etdiklərini bilmirdilər.
"Lakin Şuşa ermənilər tərəfindən işğal olunandan sonra Laçın mühasirədə qaldı. Laçındakı döyüşçülərin bir missiyası da qadınların, uşaqların, yaşlıların erməninin əlinə keçməsinə mane olmaq idi. 70 minə yaxın insanı mühasirədən çıxarmaq lazım idi. Başqa çıxış yolumuz da yox idi. Təəssüf ki, Şuşada döyüşən qüvvələr Laçında döyüşmədilər və qaçıb getdilər. Müəyyən qüvvələr var idi ki, onlar da təxribatçı işlərlə məşğul idi. Ölkədə hakimiyyət davası gedirdi. Ona görə də Laçının müdafiəsi üçün bizə heç bir kömək gəlmirdi. Ayaz Mütəllibovun silahlı dəstələri bizi köməksiz qoyub gedəndən sonra qruplaşmalar yaranmışdı. Həmin qruplaşmalar xarici ölkələrə işləyirdi. İşğal ərəfəsində o zamankı müdafiə naziri Rəhim Qazıyev Laçına gəlməmişdi. Qaçıb hardasa gizlənmişdi. Onu tapmaq mümkün deyildi. Amma o zamankı AXC nümayəndəsi Etİbar Məmmədov Laçına gəlmişdi. Həmin vaxt Etibar Məmmədov heç kim idi. Onun sözü keçmirdi. Etibar Məmmədov universitet tələbələrini döyüşlərdə iştirak etmək üçün özü ilə Laçına gətirmişdi. Onlar bir az döyüşlərdə iştirak etdilər. Sonra isə çıxıb getdilər. Əslində, həmin dövrün porsesləri İranda, Rusiyada hazırlanmış ssenari üzrə aparılırdı. Ermənilər Qradla, BMP, BTR-lə, biz isə quş tüfəngi ilə döyüşürdük".

"Laçınla Şuşanın işğalı eyni günə planlaşdırılıbmış"
Müsahibimiz deyir ki, erməni səngəri ələ keçirilməklə bir neçə məlumat öyrənilmişdi:
"Əslində Laçını bir müddət də qoruyub saxlamaq olardı. Heç bir kömək gəlmədiyindən bu, mümkünsüz oldu. Şuşa ilə Laçının arasında Kirs dağı var. Erməni birləşmələri oranı ələ keçirmişdilər. Bu da mayın 10-11-nə təsadüf etmişdi. Daha sonra biz ora gedib 24 saat əməliyyat keçirdik. 15-20 erməni meyiti ortalıqda qalmışdı. Həmin vaxt biz erməni səngərinə girə bilmişdik. Xəritələri, gizli hazırlıq planlarını ələ keçirdik. O zaman bəlli oldu ki, ermənilər Laçının işğalını mayın əvvəlində gerçəkləşdirmək istəyib. Şuşanın işğal günündə Laçını da işğal etmək planları olub".
Laçının ikinci dəfə alınması… Bu, niyə mümkün olmadı?!
Keçmiş döyüşçünün sözlərinə görə, o dövrdə hərbi qüvvələrə rəhbərlik edən Surət Hüseynov və Əzizağa Qənizadə də təxribatlarla məğul idi.
"1992-ci ilin sentyabr, oktyabr aylarında Kəlbəcər tərəfdən hücum etməklə Laçının 60-a yaxın kəndini azad etdik. Orada xüsusi döyüşlərimiz olmuşdu. Ermənilərlə üz-üzə gəlmişdik, çoxlu düşmən əsgəri məhv edilmişdi.
Həmin vaxt Laçınla Kəlbəcər arasında olan koridoru açmışdıq. Ona görə də ermənilər Laçına gedib-gələ bilmirdilər. Lakin Surət Hüseynov açdığımız koridorun bağlanmasını əmr edərək, bunun beynəlxalq dairələrə zidd olduğunu bildirmişdi. Təxribatlar nəticəsində koridor bağlandı. Koridorun bağlanması ərəfəsində Əzizağa Qənizadə də (1992-ci ildə 771 saylı hərbi hissənin komandiri olub-NB) orada idi. O, Surət Hüseynovun adamı idi. Korpus komandiri kimi ona tabe idi. Onların hər ikisi bizə qarşı təxribat etmişdilər. Həmin vaxt Surət Hüseynov Yevlaxda otururdu. Onun qərargahı orada yerləşirdi".

Çingiz Mustafayev yanlış informasiyalar yayıb
İsabala Əsgərov deyir ki, o zaman Laçında çəkilişlər həyata keçirən telereportyor Çingiz Mustafayevin bəzi kadrları rəzalətdir.
"Çingiz Mustafayev çəkiliş apardığı zaman bəzi prosesləri dəqiq şərh etməyib. Laçından qaçanlara üzünü tutub deyir ki, "niyə qaçırsız?". Halbuki, Laçından qaçanlar Laçının müdafiəsində sonuna qədər döyüşənlər olmayıb. Çingiz Mustafayevin bəzi kadrları Laçın döyüşçüləri üçün rəzalətdir. Şuşadan qaçan döyüşçüləri göstərməklə "laçınlılar qaçır" demək yanlış idi. Laçınlılar qaçsaydılar, əhalinin 20 min nəfəri ermənilərə girov düşərdi.
Laçının işğal olunma prosesini 5 gün gecikdirdik. Deyirlər ki, Laçın uğrunda döyüşlər getməyib. Necə getməyib ki, yaralıların əlindən xəstəxanalarda bir dənə də olsun yer yox idi?!. Laçın döyüşçülərinin sayəsində ikinci Xocalı faciəsi baş vermədi.
Laçının işğalı ərəfəsində Çingiz Mustafayevin təhlükəsizliyini qardaşım Mübariz Əsgərov qoruyurdu. Polk komandiri tapşırmışdı ki, "Çingiz yaxşı oğlandır. Qonaqdır. Onun təhlükəsizliyini yaxşı qoruyun". Sonradan bəlli oldu ki, o da doğru informasiya yaymayıb".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7871   Tarix: 17 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İranda parlament seçkilərinin ikinci turu keçirilir

İranda parlament seçkilərinin ikinci turu başlayıb. xəbər verir ki, İran parlamentində qalan 45 yer üçün ümumilikdə 90 namizəd mübarizə aparır. Martın 1-də keçirilən birinci turda namizədlərin mütləq səs çoxluğunu (50%-dən çox) ala bilməyən 22 seçki dairəsində təkrar seçkilər keçirilir. İslam İnqilabını

10.05.2024 115
.

İlham Əliyev: "Bu gün Şuşanın yeni tarixi başlayır"

"Bu gün Şuşanın yeni tarixi başlayır. Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax, bu gün biz dirçəldilən Şuşanı görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərini

10.05.2024 138
.

Sabah 24° isti olacaq - PROQNOZ

Mayın 11-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq. Mülayim şimal-qərb küləyi səhər cənub küləyi ilə əvəz olunacaq. Havanı

10.05.2024 232
.

İlham Əliyev və Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

10.05.2024 225
.

Prezident: "Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin"

"Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin". AZƏRTAC xəbər verir ki, bu sözləri Preziden

10.05.2024 156
.

Leyla Əliyeva Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib - VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı "Instagram" səhifəsində onun səmimi görüntülərinin əks olunduğu videoçarx paylaşıb. həmin paylaşımı təqdim edir:

10.05.2024 159
.

Tunar oğlunun toyunda xanımı Ülviyyə ilə - VİDEO

Müğənni Tunar Rəhman oğlunun kiçik toyunda xanımı Ülviyyə ilə OLAY-ın kameralarına tuş gəlib. Cütlük Murad Arifin "Oğlum" mahnısının sədaları altında rəqs edərkən görüntülənib. Daha sonra Tunar anası ilə, Ülviyyə isə ifaçının atası Rəhman bəylə rəqs edib

10.05.2024 848
.

"Gəlir gəlsin, gəlmir, heç lazım da deyil" - Prezidentdən sərt xəbərdarlıq

"Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir". "Qafqazinfo" xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşaya köçmüş ilk sakinlərlə görüşü zamanı deyib

10.05.2024 277
.

Yanacaq təmin edilməzsə, Qəzzada son xəstəxana 48 saat ərzində xidmətdən çıxacaq"

Qəzza zolağında xidmət edən son xəstəxana olan Deyr əl-Belah şəhərindəki Əqsa Şəhidləri Xəstəxanasının yanacaq çatışmazlığı səbəbindən 48 saat ərzində xidmətdən çıxacağı açıqlanıb. xəbər verir ki, İsrailin intensiv hücumlarına məruz qalan və humanitar yardım axınının dayandığı Qəzza zolağında Əl-Əqs

10.05.2024 153