"Zakir Fərəcov vəzifəsindən kənarlaşdırılmalı və həbs olunmalıdır" – TƏLƏB

"Zakir Fərəcov vəzifəsindən kənarlaşdırılmalı və həbs olunmalıdır" – TƏLƏBSon bir neçə gündür ölkə mətbuatında Sumqayıt Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun qohumu olduğu deyilən 14 yaşlı Ağaəli Fərəcovla bağlı ciddi məlumatlar yayılmaqdadır.

Maraqlısı budur ki, bu yayılan məlumatlarda adı hallanan Zakir Fərəcov bu və ya digər şəkildə adının hallanmasına münasibət bildirmədiyindən media və siyasət dünyası daha da ciddi ittihamlarla icra başçsını hədəfin ortasına qoymaqdadır.

Elə Müasir Müsavat Partiyası lideri Hafiz Hacıyev də yayılan xəbərlərlə bağlı vətəninfo.az-ın sualların cavablandıran zaman Zakir Fərəcovu "yaş yuyub, quru sərdi".

"Bunların hamısını mən dəfələrlə demişəm. Bu cür qudurmuş məmur balaları ölkədə qıcıq yaradırlar. Xalqda dövlətə qarşı bir inamsızlıq yaradırlar" – deyən partiya sədri əlavə edib ki, Ağaəli Fərəcovun atası Zakir Fərəcovun hesabına iş adamıdı.

"Zakir Fərəcov Abşeronu dağıtdı, yerinə də oturub-durduğu qadını qoydu. İndi də gedib Sumqayıtı talayıb yeyir. Ona görə də belə adamların xalqa, dövlətə bir qəpiklik xeyri yoxdur. Bunlar Azərbaycan talan ediblər, ölkəni pis günə qoyublar. Necə olur ki, Dövlət Yol Polisi adi sıravi adam, müəllimi, hətta deputatı saxladıb maşından düşürə bilir, ancaq belə harınlamışın qudurğan küçüyünü içəri sala bilmir. O da bundan istifadə edərək adam öldürür. Buna da haqq qazandırırlar. "Facebook"-da yaydığı videoda maşını qaydaları pozaraq yol hərəkətini pozaraq tərsinə sürür. Dəfələrlə ölkə prezidenti bəyan edib ki,vəzifəli şəxslərin balaları nümunəvi olmalıdır. Baxaq görək bunlar nümunəvi olurlarmı? Əksinə, daha da harınlayırlar. Bunlar bu hərəkətləri ilə ölkə prezidentinin dediklərinin əksinə gedirlər".

Hafiz Hacıyev daha sonra əlavə edib ki, Zakir Fərəcov vəzifəsindən kənarlaşdırılmalıdır və həbs edilməlidir.

"Qaydaları pozub yolda sadə vətəndaşı vurub öldürürsən sonra deyirsən bunun 14 yaşı var. Bütün fotolarda qəlyan çəkir, eyş-işrət içindədir. Sən bu pulları haradan almısan ki, belə harınlamısan? Belə mənzərələr xalqı dövlətdən narazı salır. Camaat da görür ki, harınlamış bir məmurun, iş adamının övladı qaydaları pozur, yolda adam öldürür "gözün üstündə qaşın var deyən" yoxdur, amma kasıb bir insanı hansısa bir qayda pozuntusuna görə DYP tərəfindən əzab verilir. Narazılıq yaradan hallar bunlardır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 13978   Tarix: 16 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831