"Eurovision 2017"də şalvarını çıxaran gənc görün, əslində kim imiş... - VİDEO - FOTO- FAKTLAR

"Eurovision 2017"də şalvarını çıxaran gənc görün, əslində kim imiş... - VİDEO - FOTO- FAKTLARHazırda bütün dünya dünən "Eurovision 2017" beynəlxalq mahnı müsabiqəsinin finalında səhnəyə çıxaraq, şalvarını aşağı çəkib, arxasını göstərən qalmqallı ukraynalı jurnalist Vitali Sedyukdan danışır.

BiG.AZ oxucularına həmin gəncin kimliyi ilə bağlı maraqlı faktlarla zəngin material təqdim edirik:

Öncə onu deyək ki, sən demə, pranker Sedyuk hər hansı bir tədbirdə istənilən məşhura yaxınlaşaraq, etdiyi gözlənilməz zarafatlarıyla məşhurdur. Yəni onun bioqrafiyası çox sayda qalmaqallarla zəngindir.

Keyt Midiltona evlilik təklifi

Vitalinin ilk çıxardığı hoqqa şahzadə Uilyamla Keyt Midiltonun nikah mərasimi zamanı olub. Canlı yayıma düşmək ona müyəssər olmadığı üçün evlilik təklifini efirdən canlı yayım vasitəsilə edib.

Madonna üçün çiçəklər

2011-ci il Fenesiya Film Festivalında Vitali Sedyuk Madonnaya hortenziya gülü vermişdi. Müğənni isə ikrah hissini gizlətmədən gülü stoldan kənara itələyərək, auditoriyaya müraciətlə hortenziya gülünü sevmədiyini bildirmişdi. Bu yeganə hadisədir ki, hamı Sedyukun tərəfini saxlamış, Madonnanı isə həddən artıq kobud saymışdılar.

Uill Smitin dodağından öpdüyü an...

2012-ci ildə "Men in black 3" filminin təqdimatında Sedyuk Uill Smitə yaxınlaşaraq, "Mən sizin fanatınızam. Olar, sizi qucaqlayım?" – deyə soruşub. Aktyor başı ilə "hə" hərəkətini edəndən sonra Vitali onu qəfil qucaqlayaraq, dodaqlarından öpmək istəyib. Çaş-baş qalan aktyor isə jurnalistə şillə çəkərək, "Nə baş verir? Deyəsən, sənin psixoloji problemlərin var?" - deyib.

"Eurovision 2017"də şalvarını çıxaran gənc görün, əslində kim imiş... - VİDEO - FOTO- FAKTLAR "Grammy"də Adelin yerinə səhnəyə çıxdı

Vitali Sedyuk növbəti prankını 2013-cü ildə "Grammy" mükafatının təqdimat mərasimində edib.

"Çalışdığım 1+1 telekanalı "Grammy" mükafatının təqdimatında iştirak üçün akkreditasiyadan keçməmişdi. Mən də qərara gəldim ki, hazır dostlarla əlimizdə bilet varkən, tamaşaçı qismində iştirak edək. Məkana düşəndən donra özüm də bilmədən digər jurnalistlər kimi müsahibələr almağa başladım. Sonra səhnə arxasına keçməyə müyəssər oldum və buna görə məndən heç kim bilet tələb etmədi. Səhnəyə çox yaxın idim. Ora çıxmaq ideyası ağlıma qəfil gəldi. Adel mənim sevimli ifaçımdır, onun adını eşidən kimi səhnəyə qalxıb, ona yaxınlaşıb, nəsə demək istədim. Səhnəyə qalxıb, özümü elə apardım ki, sanki indicə mükafat almışam, ardınca da dedim: "Adel, etdiklərin üçün çox sağ ol. Sən mənim ilham mənbəyimsən!" – deyə, Vitali həmin hadisəni xatırlayır.
Həmin vaxt insidentə Cennifer Lopez müdaxilə edir və Vitalinin səhnədən geri itələyir. Ardınca da mühafizəçilər jurnalisti oradan uzaqlaşdırırlar. Deyir ki, daha sonra onu dindirlməyə çağırıblar. Çalışdığı telekanal ona yaxşı vəkil tutub, Vitali də həbsə düşməkdən qurtula bilib. Ona yalnız 3 ay hər hansı bir konsert keçirilən məkana yaxınlaşmağı qadağan ediblər. Serdyuk əvvəlcə buna əməl edib, sonradan isə yenidən köhnə əməllərinə qayıdıb.

Başı Bredli Kuperin qasığında...
O, 2014-cü ildə ABŞ Kinoaktyorlar Gildiyasının qırmızı xalısında gözlənilmədən Bredli Kuperin üzərinə cumub. Daha sonra aktyorun qarşısında diz çökərək, üzünü onun qasığına yapışdırıb. Bredli isə buna ucadan gülüb, Vitali onun qulağına nəsə deyərək, oradan uzaqlaşıb.

"Eurovision 2017"də şalvarını çıxaran gənc görün, əslində kim imiş... - VİDEO - FOTO- FAKTLAR
Leonardo DiKaprinonun qarşısında diz çöküb və...

Sedyuk eyni hərəkəti Leonardo DiKaprioya da edib. Qaçaraq, ona yaxınlaşıbŞ qarşısında diz çökərək, üzünü onunqasığına yapışdırıb.

"Eurovision 2017"də şalvarını çıxaran gənc görün, əslində kim imiş... - VİDEO - FOTO- FAKTLARBred Pittə hücum

2014-cü ildə Hollivudun ən yaraşıqlısı Bred Pittə "Malefisenta" filminin premyerası zamanı qəfil hücum edən Vitali Sedyuka məhkəmə qərarına əsasən, ulduzlara 460 metrdən artıq yaxınlaşamaq qadağan edilib. Ona həmçinin Los-Ancelesdə və Hollivudda keçirilən bu kimi dəbdəbəli mərasimlərdə görünmək yasaqlandı. Prankerə həm də 20 gün ictimai yerlərdə iş görmək cəzası kəsildi. Üstəlik, 3 il ərzində psixoloq getmək göstərişi verildi. Lakin bütün bunların heç bir faydası olmadı.

"Eurovision 2017"də şalvarını çıxaran gənc görün, əslində kim imiş... - VİDEO - FOTO- FAKTLARMiranda Kerri öpmək istədi

Bu hadisə 2015-ci ildə super model Miranda Kerr Parisdə kameralara poz verən zaman baş verdi. "Louis Vuitton" brendinin nümayişi zamanı arxadan Mirandaya yaxınlaşan Vitali onu öpməyə cəhd etmişdi.

"Eurovision 2017"də şalvarını çıxaran gənc görün, əslində kim imiş... - VİDEO - FOTO- FAKTLARKim Kardaşyanın arxasından öpüb

2016-cı ildə Parisdə keçirilən moda həftəsində Vitalıi Serdyuk qərara gəlib ki, erməni əsilli ulduz Kim Kardaşyanın yançağını öpsün. O, buna qismən nail olub. Onu da əlavə edək ki, Vitali bu hərəkəti Kimə və anası Kris Cennerə qarşı daha əvvəllər də təkrarlayıbmış.

"Eurovision 2017"də şalvarını çıxaran gənc görün, əslində kim imiş... - VİDEO - FOTO- FAKTLARCicci Hadidi qucağına aldı

2016-ci ildə Vitali Serdyuk küçədə gözləyib, Cicci Hadid "Max Mara" brendinin nümayişindən çıxsın ki, onu qucaqlayıb, öpsün. Həmin vaxt Cicci və Bella Hadid bacıları öz limuzinlərinə tərəf gedərkən, Vitali arxadan Cicciyə yaxınlaşaraq, onu qucağına alıb. Qorxuya düşən Cicci Vitalinin üz-gözünü cırmaq-cırmaq edib. Bununla hirsi soyumayan Cicci qaçan Vitalinin arxasınca düşüb, ürəyi soyumayıb, mühafizəçilərinə onu tutmaq göstərişi verib.

"Eurovision 2017"də şalvarını çıxaran gənc görün, əslində kim imiş... - VİDEO - FOTO- FAKTLARVitali Sedyuk özü isə əməllərinə belə ad verir:

"Məqsədim məşhurların fərqli durumlara düşəndə emosional hallarını insanlara göstərmək, bununla da onları əyləndimiş olmaqdır. Mən dəli deyiləm, sadəcə, başqalarından fərqli düşünürəm".

"Eurovision 2017"də şalvarını çıxaran gənc görün, əslində kim imiş... - VİDEO - FOTO- FAKTLARBu da ötən gün "Eurovision 2017"-də qalmqallı hərəkəti ilə yadda qalan jurnalist. Ümid edirik ki, bu yazı oxucularımız üçün faydalı oldu.

Aysel.Ş


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 15474   Tarix: 14 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271