"Ülviranın boğazında qalar!" - Aparıcılar bir-birinə nələr dedi, nələr

"Ülviranın boğazında qalar!" - Aparıcılar bir-birinə nələr dedi, nələrARB TV-nin aparıcıları Ülvira Qarayeva və Yeganə Cansail bir müddət əvvəl sosial şəbəkədə bir-birilərinin ünvanına sərt tənqidlər yazmışdılar.

BiG.AZ xəbər verir ki, yayımı dayandırlan "Ferma" verilişinin aparıcılarından olan Yeganə qarşı tərəfi "ayağıağır" adlandırmışdı. Bundan sonra tərəflər arasında qalmaqal böyümüşdü. Yeni layihə olan "Yarımada" verilişinin anonslarında Ülvira Qarayevanın tək görüntülənməsi isə müzakirələrə səbəb olub.

Ölkə.az-a açıqlama verən Ülvira Qarayeva bildirib ki, o, sadəcə öz işini görür: "Ümumiyyətlə, onunla maraqlanmamışam. Bilmirəm o kimdir, haradadır. Özü üçün danışır da. Onun haqqında danışmaq istəmirəm".

Daha sonra aparıcı yeni veriliş haqda da qısa olaraq məlumat verib: "Yeni veriliş çox gözəldir. Hər şey yaxşı olacaq. Bir məsələni diqqətinizə çatdırım. Verilişimizdə bir evli cütlüyümüz var. 2-3 ay sonra uşaqları olacaq. İstəyirlər ki, uşaqları da burada böyüsün. Ən maraqlısı da onları izləmək olacaq. Digər iştirakçılarımız da çox yaxşıdır".

Yeganə Cansail isə bildirib ki, yeni layihədə o da yer alacaq: "Bu layihəni tək aparmaq Ülviranın boğazında qalar. İkimiz aparacağıq. Anonslarda olmamağım o demək deyil ki, verilişdə olmayacam. Ayın 15-i möhtəşəm geri dönüş edəcəyəm. Ülvira illərdir veriliş aparsa da, onu reytinq cədvəlində yüksəklərdə görə bilmədik. Faktlarla ona sübut də edə bilərəm. Bizi müqayisə etmək istəyən olsa, sosial şəbəkələrdə mənim və Ülviranın şəkillərin altına verilişlə bağlı yazılan şərhlərdə də görə bilər. Tamaşaçı bu adamı qəbul etmir. Özünü tamaşaçıya güclə sırıması mənə gülməli gəlir. Ülvira mənə "uşaq" və "cocuq" kimi sözlər dedi, buna cavab olaraq bildirmək istəyirəm ki, artıq tamaşaçı efirdə gənc simalar görmək istəyir. Onun qatarı çoxdan gedib. Onunla eyni layihədə olmağa məcburam. Tamaşaçı aparıcı kimi məni görmək istəyir. Mən rayonda yaşamıram, o yaşayır. Ayda 2 dəfə rayona getdiyim üçün onun bəxti gətirdi. Ülvira deyir ki, mən əjdahalarla işləmişəm. Amma təəssüflər olsun ki, əjdahalardan bir şey götürməyib, kölgələrində qalıb".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3095   Tarix: 11 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207