Deputata görə özünü yandırmaq istəyən əməkdar artist: "Astan mənimlə prinsip aparır, hədələyir"

Deputata görə özünü yandırmaq istəyən əməkdar artist: "Astan mənimlə prinsip aparır, hədələyir"Tanınmış müğənni, əməkdar artist Firuzə İbadova ilə qalmaqallı deputat, Rusiyadakı soydaşlarımıza "otxod" deməsi ilə gündəmə gəlmiş Astan Şahverdiyevin torpaq davası yenidən gündəmə gəlib.

BİG.AZ xəbər verir ki, hazırda Badamdarda köhnə binada anası və övladı ilə yaşayan sənətçi deputatla bağlı mətbuata geniş açıqlamasından sonra hələ də heç bir nəticə əldə olunmadığını, A.Şahverdiyevdən haqqını ala bilmədiyini deyib.

Qısa olaraq qeyd edək ki, əməkdar artist qonşuluqda yaşayan polis əməkdaşına inanaraq, ona 15-16 sotluq torpağının 4,8 sotunu nisyə satıb. Bir müddət sonra həmin adam yol qəzasında dünyasını dəyişib. Bu vaxt əməkdar artist öyrənib ki o, millət vəkili Astan Şahverdiyevin kürəkəni imiş.

Onun ölümündən sonra qohumları, ailə üzvləri nəinki borclarını qaytarıb, hətta əməkdar artistin əlavə qalan 10 sotdan artıq torpağını da zəbt ediblər. İş o yerə çatmışdı ki, xalq artisti həyatına qəsd edib, özünü yandırmaq istəyirdi...

Başıbəlalı əməkdar artist bugünlərdə məsələ ilə bağlı təkrar danışdıqdan sonra qarşı tərəfdən reaksiya gəlib. Amma sərt formada... F.İbadova baş verənləri belə şərh edir:

"Mən bu haqda mətbuatda geniş açıqlama ilə çıxış etdim. Düşündüm ki, bəlkə uzun illərdən sonra bir nəticəsi olar. Əfsuslar olsun ki, arada heç nə yoxdur. İnanın ki, artıq yorulmuşam. Doğru-yalan, haqlı-haqsız, bunların hamısını bir kənara qoyduq. Astan mənimlə prinsip aparır. Mənə deyirlər ki, gərək mətbuata açıqlama verməyəydin, işıqlandırmayaydın. Deyir ki, gələydiniz, yavaş-yavaş söhbət edərdik. Halbuki mən bu söhbəti mətbuata çıxarmazdan əvvəl onlara teleqram vurdum, məktub göndərdim ki, danışığa gəlin. Gəlmədi, dedi ki, mən deputatam, hamıdan güclüyəm. Bu millətə "otxod" dedi, neylədilər ona? Bundan sonra mənim dediyimə kim baxacaq? Yəni etdiklərimin heç bir nəticəsi olmadı. Artıq neçə ildir ki, bu mövzu mətbuata çıxıb. Heç bir irəliləyiş yoxdur. Çünki onların gücü çoxdur, onların hər şeyi var. Adamları var, yuxarıda oturanları var. Bəs mənim kimim var? Hər dəfə bu mövzu ilə bağlı danışdıqca dərdim təzələnir. Xəstəxanalıq olmaqdan yorulmuşam".

F.İbadova məsələ ilə bağlı daha yüksək instansiyalara – baş prokuror Zakir Qaralova, ölkə başçısı İlham Əliyevə müraciət etmək istəmir:

"Çünki mən sakit adamam, heç kimə əziyyət verməyi sevmirəm. Əslində, elə bir qlobal məsələ deyildi. Görüşüb danışıb, həll etmək olardı. Heç bu boyda müzakirəyə də səbəb olmazdı. O adamın kürəkəni avtomobil qəzasında ölüb, nə olsun? Haqqımı halal etmirəm. Mənim bağımı zəbt ediblər".

Sonda qeyd edək ki, millət vəkili tərəfindən torpaq sahəsinin əlindən alınması hələ illər öncə müğənninin səhhətində ciddi problemlər yaratmışdı. Baş verənlərə etiraz olaraq, müğənni bir neçə il əvvəl 3 gün aclıq aksiyası keçirmiş və xəstəxanalıq olmuşdu.

Aysel.Ş

Deputata görə özünü yandırmaq istəyən əməkdar artist: "Astan mənimlə prinsip aparır, hədələyir"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 7409   Tarix: 11 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb - VİDEO

Müğənni Əbdül Xalid dəhşətli avtomobil qəzasına düşüb. xəbər verir ki, o bu fikirləri ATV-də yayımlanan "Günaylı Gün" verilişində deyib. Bildirib ki, qəzadan sağ çıxmaq çətin idi:. "Şükürlər olsun, özüm zədə almadım. Amma maşın yararsız haldadır. Allah qorudu". Ətraflı videoda:

02.05.2024 1790
.

Səidə Sultanın transparan geyimi - Foto

Müğənni Səidə Sultan sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı qatıldığı məclislərdən birində çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Müğənni yığıncağa dekolteli qara transparan tulum geyinib

30.04.2024 1262
.

"Kasıb ölmək sənin səhvindir"

Müğənni Ayan Babakişiyeva paylaşımı ilə müzakirə yaradıb. OLAY yazır ki, o, ailə həyatından və maddi durumundan danışan imkansız gəncin müsahibəsini paylaşaraq sərt sözlər qeyd edib:. "Kasıb olmaq ayıb deyil, amma kasıb ölmək sənin səhvindir. Əgər yaşadığın ölkədə iş varsa, get, tap işlə. O qədə

01.05.2024 1061
.

Xidmətçisi Fatimənin evindən oğurluq edib

Rəqqasə Fatimə Fətəliyevanın evindən oğurluq edilib. Axşam.az xəbər verir ki, bu barədə o, "Xəbərin var?" verilişində qonaq olarkən deyib. Fatimə 4 il evində çalışan qadının ondan oğurluq etdiyini açıqlayıb:. "Anam yaşlı qadındır, iş görə bilməz, mənimlə birlikdə yaşayır. Mən də hər gü

02.05.2024 780
.

"Estetik deyil, fotoşopdur" - Rafet El Roman

Son zamanlar üzündəki dəyişikliklə gündəmə gələn türkiyəli müğənni Rafet El Roman estetik etdirməsi ilə bağlı iddialar haqqında danışıb. Axşam.az xəbər verir ki, ifaçə şəkillərinə fotoşop edildiyini və estetik əməliyyat olunmadığını açıqlayıb. "5 ay əvvəl botoks edib, peşman olduğumu açıqladım

03.05.2024 322
.

Leonardo Di Kaprioya həsr olunan film çəkiləcək

Altay diyarının Soltonski rayonunda aktyor Leonardo Di Kaprionun macəralarından bəhs edən film çəkiləcək. Kristina Holdeyevanın mokyumentari (psevdosənədli) janrında çəkəcəyi "Leo, bizdə Sibir şəraitidir" filmi sənətçinin mükafat almağa getməsi, yolda azması, sevgisini tapması və Lenin rolun

02.05.2024 389
.

İki həftəyə 4 kiloqram arıqladı

"İki həftədir pəhrizdəyəm, 4 kiloqram çəki atmışam. Ciddi pəhrizdiz, çalışıram ki öz çəkimə qayıdım. Pilatesə gedirəm, yürüyüş edirəm. Səhnə bunu tələb edir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "İncə səhər" verilişində deyib. Sənətçi qida rasionundan da danışıb:

01.05.2024 1607
.

Hadise bu yarışmada münsif olacaq

Türkiyəli müğənni Hadise Belçikanın "Sing Again" yarışmasında münsif olacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki, Hadise illər əvvəl bu proqramda yarışmaçı kimi iştirak edib

03.05.2024 327
.

Üzeyir Mehdizadə kimdir? - Şəxsi həyatını sirr saxlayır

Üzeyir Mehdizadə Azərbaycanda ən çox tənqidlərə məruz qalan və eyni zamanda ən çox izləyici sayına malik, ən populyar müğənnilərdəndir. O Yotube platformasında Azərbaycan ifaçıları arasında ilk dəfə bir klipinə 100 milyon baxış, yarım milyonadək bəyənmə qazanmış musiqiçidir. "Bioqrafiya" rubrikasınd

03.05.2024 1249