"Nə vaxt tərpənirsən?" və ya EVDƏ QALMIŞlıq sindromu - Araşdırma

"Nə vaxt tərpənirsən?" və ya EVDƏ QALMIŞlıq sindromu - AraşdırmaNiyə axı hələ də ərə getməmisən? Bu sual səndən daha çox ananı və nənəni narahat edir. Onlar hətta bunu özlərinə ürəklərinə salacaq qədər dərd edirlər. Çünki qonşular və qohumlar onları bu sualla artıq təngə gətiriblər.

Gözəl görünüşün və uğurlu karyeran işdəki kollektivin evli qadınları ilə yanaşı, hətta kişilərini də təəccübləndirir: axı sənin kimi qız niyə hələ də ərə getməyib? Bu azmış kimi səndən xoşlanan kişilər də bu sualla səni yorur...

Bütün bunların nəticəsi olaraq, güzgü qarşısında dayanıb, uzun-uzadı özünə baxırsan və soruşursan: nəyə görə, mən hələ də ərdə deyiləm?

Yaşın 30-u keçib, amma sən indiyə kimi bir dəfə də olsun ailə qurmağı öz prioritetlərin sırasına daxil etməmisən. Ona görə də bu yaşa qədər çıxan uyğun namizədləri və vəziyyətləri dəyərləndirməmisən. Ya da özünü "elçi daşı"nızın üstündə oturan hər hansı bir oğlanın arvadı olaraq görə bilmədiyin üçün azad və sərbəstliyi seçmisən. Beləcə illər keçib...

Artıq həyata baxışın dəyişib. Qəlbinin dərinliyində gözəl həyat yoldaşı və ailə qurmağı arzulayırsansa, amma heç bir evlilik təklifi almırsansa, bunun səbəblərini ilk növbədə özündə axtarmalısan. Çünki sən...


...Bağlanmaqdan qorxursan

Bəlkə də müasir qadınların tək, müstəqil olmaqlarının əsas səbəbi budur. Axı müasir qadınlar pərəstişkarlar baxımından korluq çəkmirlər. İnternet zamanəsidir, virtual tanışlıq, görüşlər, indi yeni sevgilərin yaranmasına daha da təkan verir. Bax elə həmin pərəstişkarların çoxluğu səni bir növ rahatlayır. Düşünürsən ki, bu, hər zaman belə olacaq. Ondan daha yaxşısı gələcək. Daha bir məqam isə səndən xoşlanan kişini yaxına buraxıb, ona bağlanmaq, daha sonra isə əzab çəkmək qorxusudur. Bəli, biz qadınlar ailə qurduqdan sonra xəyal qırıqlığına uğramaqdan - xəyanətdən qorxuruq. Çünki hətta ciddi münasibətlərdə belə xəyanət riski qaçılmazdır. Bu hiss də səni içindən yeyir ki, amanın günüdür, məni başqası ilə aldadar. Ona görə də addım atıb, ailə qurmaqdan çəkinirsən. Bununla da öncədən öz xoşbəxtliyini əngəlləyirsən.

Bəzən həddindən artıq əlçatmaz olursan

Sən bunu istəsən də, istəməsən də hər hansı bir kişi ilə ünsiyyətdə olan zaman buzdan heykələ dönürsən. "Mənə toxunmaq olmaz, öpüşmək heç olmaz. Elimizin adəti var, atam-qardaşım var..." Təbii ki, ciddi qız obrazı gözəldir. Münasibətin əvvəlində bu sevgilinin xoşuna gələ bilər. Amma zamanla ən inadkar kişi belə sənin soyuqluğundan, laqeyid davranışlarından yorulacaq. Düşünəcək ki, sənin xoşuna gəlmir. Belə etməklə sən onu başqa qadının qollarına atmış olacaqsan. İmkan ver ki, səndən xoşlanan kişi, yanında rahatlıq, hüzur və xoşbəxtlik tapsın.

Hələ də keçmişinlə yaşayırsan?

Keçmiş sevgili üçün darıxmaqda, gözəl xatirələr haqqında düşünməkdə qəbahət yoxdur. Amma münasibət bitib, artıq bunu beyninizə "yeridin". Yox, əgər keçmiş sevgilinin xəyalları hələ də səninlədirsə, hətta yeni tanış olduğun kişi ilə baş-başa qalmağa imkan vermirsə, özünü topla, çünki yanlış yoldasan. Keçmiş sevgilini yeni tanış olduğun kişi ilə müqayisə etmə, bu sənə ancaq əzab verəcək. Belə etməklə sən nəinki xoşbəxt olmaq, hətta gələcək həyatını riskə atmış olursan. Onu unuda bilmirsənsə, vida məktubu yaz, ürəyindəkilərin hamısını yaz və ona göndər. Dərindən nəfəs alıb, keçmişə nöqtə qoy, ürəyini yeni hislər üçün aç.

Perspektivi olmayan münasibətlərə son qoy

İstisna deyil ki, sənin ərə getməyinə mane olan amillərdən biri də çoxdan son qoymalı olduğun münasibətlərini hələ də sürdürməyindir. Uzun illərdir bərabərsiniz. O, səni sevdiyini iddia edir, amma evlənməklə bağlı söhbət salmır. Ya da müxtəlif bəhanələr gətirir, maneələr, arqumentlər göstəririr. Bununla da sənin ömründən- günündən oğurlamış olur... Özün də hiss edirsən ki, bu münasibət boşdur, zaman və hiss itkisidir. Artıq ondan ayrılmaq vaxtıdır. Amma buna cəsarətin çatmır. Hələ də ümidlə yaşayırsan ki, bəlkə nə vaxtsa münsibətləriniz ciddi və xoşbəxt sonluqla bitəcək. Bəlkə ürəyinin səsinə qulaq asasan. Çünki o heç vaxt səni yanıltmayıb. Belə münasibətləri kəsmək çətin olsa da, vacibdir. Əgər əsl xoşbəxtliyə sahib olmaq istəyirsənsə buna son qoy. Yeni səhifədən başla. Hər şeyi başdan başlamaq səni heç də qorxutmasın.


Qısqanclıq və dava səhnələri sənin xoşuna gəlir?

O, səninlə münasibətdə daim qanıqaralıq yaradır. Xırda bir məqamı bəhanə edərək, gözəl bir günü burnundan gətirir. Sən ona bağırırsan-çığırırsan, göz yaşların sel-su olur. Və pərdə qapanır- o, üzünü çevirib soyuqqanlılıqla gedir. Gözün telefonda qalır. Və budur... ondan uzun-uzadı üzrxahlıq mesajı gəlir, yenə də təslim olursan, barışırsan. Üzərindən iki gün keçməmiş, sənin əynindəki qısa ətək onu özündən çıxarır və yenidən dava-mərəkə qopur... Axı deyəsən, qovğa və savaşlar, sonra barışıb, yenidən dalaşmaq sənin xoşuna gəlir axı?! Yaxşı bilirsən ki, belə münasibətlərə ən güclü sevgi belə tab gətirə bilməz. Amma yenə də imkan verirsən ki, bu adam sənin həyatınla, heç vaxt bərpa olunmayacaq əsəb hüceyrələrinlə "oynasın". Olmaya, bundan zövq alırsan? Məsələnin kədərli məqamı ondan ibarətdir ki, sən vaxtını, ömrünü və əsəblərini boş qalmaqallara, bitib tükənməyən "tamaşalara" həsr etdiyin zaman ətrafına sənə dəyər verəcək, sevib, əzizləyəcək kişilər diqqətindən kənarda qalır. Bəlkə də yaşadığın münasibət fonunda sənə diqqət və qayğı, stabil və sakit həyatı verəcək kişi darıxdırıcı görünür. Amma artıq gözlərini açıb, dörd bir yanına diqqətlə baxmağın zamanı gəlib və keçir.

Aysel.Ş


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5830   Tarix: 27 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185