Azərbaycanda müğənni olmaq üçün ŞOK MƏBLƏĞ - Araşdırma

Azərbaycanda müğənni olmaq üçün ŞOK MƏBLƏĞ - AraşdırmaBir zamanlar yerli telekanallarda yayımlanan "Yeni Ulduz" (2004), "Azəri Star" (2007) mahnı müsabiqələri səhnəyə müğənni axınına daha da təkan vermiş oldu. Səsi olan və olmayan, özünə güvənən, bir sözlə, asan pul qazanmağın yolunu müğənnilikdə görənlərin əksəriyyəti, əlinə mikrofon alıb oxumaq eşqinə düşdü.

Düzdür, bunu danmaq lazım deyil ki, sözügedən yarışlar Azərbaycan musiqisinə xeyli sayda istedadlı müğənnilər verdi. Hətta "Eurovision" beynəlxalq mahnı müsabiqəsinə müxtəlif illərdə qatılan təmsilçilərimizin çoxu məhz yerli mahnı yarışmalarından çıxanlar idi. Bu məslənin yaxşı tərəfi.


Daş atırsan, müğənniyə dəyir...

Digər tərəfdən isə yerli şou-biznesdə müəyyən mənada xaos yarandı. Müğənnilərin sayı artdı, onlar bir bayağı mahnı oxuyub, toy tutmaq eşqi ilə bəhsə girdilər. Hətta kobud səslənsə də, elə bir deyim də yaranmışdı: İndi daş atırsan, gedib müğənniyə dəyir.

İstedadı, səsi, səhnə mədəniyyəti bölgüsünü bir kənara qoyaq. Gəlin, görək, ümumiyyətlə, Azərbaycanda müğənni olmaq neçəyə başa gəlir?

Başlayaq, radiolardan. Əgər müğənni istənilən yerli radiolardan birində mahnısını 1 ay ərzində, gündə 3 dəfə olmaqla səsləndirmək istəyirsə, bunun üçün ən az, 1500 manatından keçməlidir.

Klipini yayımlamaq üçün isə "Lider" TV-yə 1500, ATV-də isə bir baxışı üçün 300 manat xərcləməlidir.
Mahnını aşağısı 2000 minə alan müğənni aranjiman üçün 1000 manat ödəməlidir.
Hələ bu harasıdır? Əli daim cibində olan müğənni efirlərdə yayımlanan proqramlarda 1 saat qonaq olanda 1000-1500 manat pul xərcləyir. Maqazin verilişlərində özü haqqında təqdim olunacaq 2 dəqiqəlik süjetə isə 2000 manat verir.
Ən əsası, müğənni mahnını 2000 manata alır, 1000 manata aranjiman etdirir, minimum 3000-ə də klip çəkdirir.

Oxucularımıza təqdim etdiyimiz bu rəqəmlər, minimumla hesablanıb. Ümumi statistik hesablama aparsaq, Azərbaycanda müğənniyə "raskrutka" üçün ay ərzində heç olmasa, 10 min manat pul lazımdır. Nəzərə alanda ki, hazırda böhranla əlaqədar, toyların sayı kəskin azalıb və müğənnilərimizin gəlir mənbəyi yalnız el şənlikləridir, hazırda onların maddi rifah halının hansı durumda olduğunu təsəvvür etmək elə də çətin deyil.

Hanı bu klipin duzu, istiotu?

Daha bir məqam: çəkilən kliplərin bayağılığı və primitivliyi, kobud səslənsə də, deyəcəyik: göz deşir… Bu gün şou aləmində sanki bir durğunluq yaşanır. Belə ki, sosial şəbəkələrin mövcudluğu səbəbindən müğənnilərin zamanını daha çox orada keçirməsi, izləyiciləri ilə gününü bölüşməsi onları bir qədər yaradıcılıqdan kənar salır desək, yəqin ki, yanılmarıq. Müğənnilər ayda-ildə bir dəfə ortaya çıxardıqları yeni mahnılarına da yalnız onlar hitə çevrildikdən sonra klip çəkdirmək qərarına gəlirlər. Klip də ki, nə klip...

Hə, haqlı düşünürsünüz, indi çəkilən kliplərin əksəriyyətinin süjet xətti primitivdir, bəsitdir. Dünya şou aləmini misal gətirib, deyə bilərsiz ki, onlarda da kliplər sadə süjet xətti ilə çəkilir. Amma onlarda yüksək səviyyə göz önündədir. Bizim müğənnilər üçün bu hal göydəndüşmə olur. O mənada ki, belə kliplər çox xərc tələb etmir. Amma bir şeyi unutmaq lazım deyil ki, bir işi sevgi deyil, biznes üzərində, qurduqda heç bir uğur, pul və şöhrət qazanmaq mümkünsüzdür. O zaman bu qədər pul xərcləyib müğənni olmağa nə hacət? Gerisini artıq, siz müğənnilər düşünün.

Aysel.Ş


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 6096   Tarix: 27 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042