4-cü dəfə evlənən məmurun keçmiş arvadı: "Məni əxlaqsız söyüşlərlə..." - FOTOLAR

4-cü dəfə evlənən məmurun keçmiş arvadı: "Məni əxlaqsız söyüşlərlə..." - FOTOLARÖtən gün özündən 28 yaş kiçik qızla evlənməsi ilə gündəmə gələn 60 yaşlı polkovnik Əzizağa Qənizadənin 2-ci həyat yoldaşı maraqlı açqılamalar verib.

BiG.AZ xəbər verir ki, bu barədə baku.ws-ə danışan Gültamam Qənizadə keçmiş həyat yoldaşının psixoloji problemlərinin olduğunu söyləyib. O, bildirib ki, dəfələrlə xəyanətə məruz qalıb və boşandıqdan sonra keçmiş əri ondan ev və pul tələb edib.

"Biz boşandıqdan sonra mənə və ailəmə hədə-qorxu gəlməyə başladı. Biz atamın mənə verdiyi evdən məcbur qalıb ona 20 min dollar verdik. O, məni iki körpə uşaqla məhkəmələrdə süründürdü. Daha sonra başladı məni başqa cür hədələməyə. Atamın mənə hədiyyə etdiyi iki maşını, torpaq sahəmi əlimdən aldı. Birinci həyat yoldaşından olan oğlunu qoymurdu evə gəlməyə. Hazırda ailə qurduğu qadın Gülşən xanım imkan vermir ki, o, uşaqları ilə görüşsün. Qənizadə mənim uşaqlarımı rədd edir. Uşaqlarına qətiyyən baxmır, onlarla maraqlanmır. Mən ondan heç nə tələb etmirəm. O, oğlu yaşında qızla evlənir. Yalandan deyir ki, guya biz 10 ildir ayrılmışıq. Halbuki aradan 4 il keçib. Onun birinci həyat yoldaşı çox gözəl insan idi. Onu Qənizadə Əzizağa çox pis günə qoyub. Ondan da ev tələb edib. Nəticədə 20 min dollarlıq kompensasiya alıb. İlk həyat yoldaşı Yeganə xanım 18 yaşlı qızlarının xəstə olduğunu və ona müalicəsində köməklik etmək üçün dəfələrlə yalvarırdı. Əzizağa onu cavabında əxlaqsız söyüşlərlə təhqir edirdi. Daha sonra qız dünyasını dəyişdi. Mən onunla ailə qurduqdan sonra onun necə insan olduğunu öyrənmişəm. Mən Bakı Dövlət Universitetinin məzunuyam. Fizika üzrə fəlsəfə doktoruyam, Fizika insitutunda çalışıram", - deyə Gültamam Qənizadə bildirib.

Xatırladaq ki, ötən gün ehtiyatda olan polkovnik, Hərb Tarixi Muzeyinin rəhbəri Əzizağa Qənizadənin 32 yaşlı qızla evlənməsi xəbəri yayılmışdı. Bunun 4-cü evliliyi olduğu deyilirdi.

4-cü dəfə evlənən məmurun keçmiş arvadı: "Məni əxlaqsız söyüşlərlə..." - FOTOLAR4-cü dəfə evlənən məmurun keçmiş arvadı: "Məni əxlaqsız söyüşlərlə..." - FOTOLAR4-cü dəfə evlənən məmurun keçmiş arvadı: "Məni əxlaqsız söyüşlərlə..." - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7001   Tarix: 27 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Özcan Dəniz Bakıya gələcək

Türkiyəli məşhur müğənni Özcan Dəniz Bakıya gələcək. Axşam.az xəbər verir ki, ifaçının səfərinin məqsədi konsert verməkdir. Özcan iyunun 5-də şəhər məkanlarının birindı çıxış edəcək. Qeyd edək ki, Özcan sonuncu dəfə Bakıya 2022-ci ildə gəlib

11:57 145
.

"Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaq olmuşdur"

"Bakı daha bir mühüm tədbirə ev sahibliyi edir. Mayın 1-dən 3-dək ölkəmizdə "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır. Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qona

03.05.2024 162
.

Adil Əliyevin ailəsinə ağır itki

Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, vitse-spikerin qayınatası Aydın Abdullayev dünyasını dəyişib. Allah rəhmət eləsin!

10:09 291
.

Motosiklet istehsalı müəssisəsində yanğın olub - VİDEO

Adanada motosiklet istehsalı müəssisəsində yanğın olub. BİG.AZ xəbər verir ki, yanğının baş vermə səbəbi məlum deyil. Əraziyə yanğınsöndürənlər cəlb olunub. Hadisə nəticəsində ölən olmayıb. Daha ətraflı olaraq videonu təqdim edirik:

03.05.2024 210
.

Sərnişin avtobusu aşdı: 34 nəfər yaralandı

Türkiyənin Aksaray şəhərində sərnişin avtobusu aşıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 34 nəfər yaralanıb. Hadisə yerinə çoxsaylı polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbi məlum deyil. Yaralılar xəstəxanalara çatdırılıb. Faktla bağlı araşdırma davam edir

03.05.2024 185
.

Azərbaycanda Analar Günü təsis oluna bilər

"Azərbaycanda Analar Gününün təsis olunması məsələsinə baxıla bilər". Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:. "Bizim də başqa ölkələrdə olmaya

03.05.2024 484
.

143 milyonluq yeyintiyə görə daha bir zabit həbs edildi

Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib. APA xəbər verir ki, ona Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Elvin Cəfərov 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirl

03.05.2024 358
.

"İsrailin Rafah şəhərində evə hücumu nəticəsində 4-ü uşaq olmaqla 7 fələstinli öldü"

İsrailin Rafah şəhərində evə hücumu edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4-ü uşaq olmaqla 7 fələstinli ölüb. İsrail döyüş təyyarələri Rəfahın Əl-Zuhur məhəlləsində fələstinli Şahin ailəsinin evinə hava hücumu həyata keçirilib. İsrailin baş naziri Benyamin Netanyahunun Rafaya hücum edəcəklər

03.05.2024 156
.

"Green card"a müraciət edənlərin NƏZƏRİNƏ

Bu gün "Green card" müraciətlərin nəticələri açıqlanacaq. xəbər verir ki, nəticələrin yaxın saatlarda açıqlanacağı bildirilir. DV Lotereyasının rəsmi internet saytında nəticələrə namizədlərin təsdiq nömrəsi ilə baxmaq olar. Qeyd edək ki, "Green card" qaliblərinə ABŞ-də yaşamaq v

11:39 216