"Bakcell"in Ulduzum abunəçiləri "Türk Hava Yolları"ndan əlavə millər əldə edəcəklər

"Bakcell"in Ulduzum abunəçiləri "Türk Hava Yolları"ndan əlavə millər əldə edəcəklərAzərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə ölkənin irimiqyaslı loyallıq proqramı olan "Ulduzum"un yeni tərəfdaşını elan edir. Türk Hava Yolları ilə əldə olunmuş razılaşmaya əsasən, Ulduzum abunəçiləri "Miles&Smiles" beynəlxalq miqyaslı loyallıq proqramından əlavə millər əldə edəcəklər.

Belə ki, Ulduzum abunəçiləri aylıq mobil rabitə xidmətlərindən istifadəyə görə, xərclədikləri məbləğə müvafiq olaraq millər toplayacaqlar. Əlavə millər aşağıda qeyd edilən iki kateqoriya üzrə təqdim edilir:

•Daimi Bakcell abunəçiləri ölkə daxilində xərclənən hər 1 AZN üçün 2 mil və rouminqdə xərclənən hər 1 AZN üçün 3 mil;

•Mobil Nömrə Daşınması xidməti vasitəsilə Bakcell şəbəkəsinə keçən abunəçilər ölkə daxilində xərclənən hər 1 AZN üçün 3 mil və rouminqdə xərclənən hər 1 AZN üçün 3 mil.

Əlavə millər toplamaq üçün Ulduzum abunəçiləri "Türk Hava Yolları"nın "Miles&Smiles" üzvlük nömrəsini SMS vasitəsilə 5555 nömrəsinə göndərməlidir. Bununla yanaşı "Miles&Smiles" üzvlük nömrəsini www.ulduzum.az/miles.php səhifəsində Bakcell mobil nömrəsi ilə bir yerdə qeydiyyatdan keçirmək olar. Qeydiyyatdan keçməklə abunəçilər kampaniyanın bütün şərtlərini qəbul etmiş olurlar.

Yeni "Miles&Smiles" üzvlük nömrəsini www.turkishairlines.com saytında qeydiyyatdan keçərək əldə etmək olar.

Qeyd edək ki, 2.2 milyon nəfərdən çox abunəçisi və 220-dən çox tərəfdaşı olan Ulduzum bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və proqramının tərəfdaşları olan şirkət müştərilərinin sadiqliyini təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda da ən yaxşı müştəri xidməti göstərən proqramlardan biridir.

Ulduzum proqramından istifadənin daha asan olması məqsədilə abunəçilərin istifadəsinə verilmiş Bakcell Ulduzum mobil tətbiqetməsini (həm iOS, həm də Android platforması üçün) www.ulduzum.az saytından yükləmək olar.

"Miles & Smiles Frequent Flyer" proqramı Türk Hava Yollarına sərnişin loyallığı yaratmaq üçün 1989-cu ildə yaradılıb. Bu proqrama dünyanın müxtəlif ölkələrindən 7 milyona yaxın insan qoşulub. Sərnişinlər Türk Hava Yolları ilə uçaraq hava mili qazana bilərlər. Onlar həmçinin "Miles & Smiles"la birgə kredit kartlarından, eləcə də mehmanxana və avtomobil icarəsi kimi təxminən 84 proqram tərəfdaşı olan şirkətlər tərəfindən təklif olunan xidmətlərdən istifadə etməklə hava mili əldə edə bilərlər.

***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell"in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
***
Türk Hava Yolları Haqqında

Turkish Airlines (Türk Hava Yolları) hazırda 333 sərnişin və karqo təyyarəsinə malik, 247-i beynəlxalq, 49-u daxili olmaqla dünyanın 296 məkanına uçuş edən 4 ulduzlu aviaşirkətidir. 2016-cı ildə Skytrax tərəfindən keçirilən sorğuya əsasən, Türk Hava Yolları ardıcıl olaraq 6-cı dəfə "Avropanın ən yaxşı aviaşirkəti" və ardıcıl 8-ci dəfə "Cənubi Avropada ən yaxşı aviaşirkət" seçilib. 2010-cu ildə "Ən yaxşı ekonom-klass yemək xidməti", 2013 və 2014-cü illərdə dünyanın "Ən yaxşı biznes klass yemək xidməti", keçən il keçirilən sorğuda "Ən yaxşı biznes klass yemək salonu", bu ilki sorğuda isə "Ən yaxşı biznes klass göyərtədə qulluq" mükafatlarının qalibi olub.

Türk Hava Yolları haqqında daha ətraflı məlumat www.turkishairlines.com və ya Facebook, Twitter, Youtube, Linkedin və Instagram kimi sosial şəbəkələrdəki hesabından alına bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 821   Tarix: 26 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Özcan Dəniz Bakıya gələcək

Türkiyəli məşhur müğənni Özcan Dəniz Bakıya gələcək. Axşam.az xəbər verir ki, ifaçının səfərinin məqsədi konsert verməkdir. Özcan iyunun 5-də şəhər məkanlarının birindı çıxış edəcək. Qeyd edək ki, Özcan sonuncu dəfə Bakıya 2022-ci ildə gəlib

11:57 145
.

"Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaq olmuşdur"

"Bakı daha bir mühüm tədbirə ev sahibliyi edir. Mayın 1-dən 3-dək ölkəmizdə "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır. Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qona

03.05.2024 162
.

Adil Əliyevin ailəsinə ağır itki

Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, vitse-spikerin qayınatası Aydın Abdullayev dünyasını dəyişib. Allah rəhmət eləsin!

10:09 291
.

Motosiklet istehsalı müəssisəsində yanğın olub - VİDEO

Adanada motosiklet istehsalı müəssisəsində yanğın olub. BİG.AZ xəbər verir ki, yanğının baş vermə səbəbi məlum deyil. Əraziyə yanğınsöndürənlər cəlb olunub. Hadisə nəticəsində ölən olmayıb. Daha ətraflı olaraq videonu təqdim edirik:

03.05.2024 210
.

Sərnişin avtobusu aşdı: 34 nəfər yaralandı

Türkiyənin Aksaray şəhərində sərnişin avtobusu aşıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 34 nəfər yaralanıb. Hadisə yerinə çoxsaylı polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbi məlum deyil. Yaralılar xəstəxanalara çatdırılıb. Faktla bağlı araşdırma davam edir

03.05.2024 185
.

Azərbaycanda Analar Günü təsis oluna bilər

"Azərbaycanda Analar Gününün təsis olunması məsələsinə baxıla bilər". Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:. "Bizim də başqa ölkələrdə olmaya

03.05.2024 484
.

143 milyonluq yeyintiyə görə daha bir zabit həbs edildi

Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib. APA xəbər verir ki, ona Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Elvin Cəfərov 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirl

03.05.2024 358
.

"İsrailin Rafah şəhərində evə hücumu nəticəsində 4-ü uşaq olmaqla 7 fələstinli öldü"

İsrailin Rafah şəhərində evə hücumu edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4-ü uşaq olmaqla 7 fələstinli ölüb. İsrail döyüş təyyarələri Rəfahın Əl-Zuhur məhəlləsində fələstinli Şahin ailəsinin evinə hava hücumu həyata keçirilib. İsrailin baş naziri Benyamin Netanyahunun Rafaya hücum edəcəklər

03.05.2024 156
.

"Green card"a müraciət edənlərin NƏZƏRİNƏ

Bu gün "Green card" müraciətlərin nəticələri açıqlanacaq. xəbər verir ki, nəticələrin yaxın saatlarda açıqlanacağı bildirilir. DV Lotereyasının rəsmi internet saytında nəticələrə namizədlərin təsdiq nömrəsi ilə baxmaq olar. Qeyd edək ki, "Green card" qaliblərinə ABŞ-də yaşamaq v

11:39 216