Məmurla sevgili olduğu deyilən Samirə ETİRAF ETDİ: "Əl çəkin, mən o adamla..."

Məmurla sevgili olduğu deyilən Samirə ETİRAF ETDİ: "Əl çəkin, mən o adamla...""Qafqazinfo"nun verdiyi məlumata görə, teleaparıcı Samirə bu dəfə özünü biznes-ledi kimi sınamaq istəyib.

O, Bakıda böyük bir qadın klubu açıb. Fitness, spa və gözəllik salonu olan mərkəzin tezliklə açılışı olacaq.

Hətta şou-biznesin bir neçə üzvü artıq həmin məkanın xidmətlərindən istifadə edib.

Bu məqamda qeyd edək ki, Samirənin işi kimi şəxsi həyatında da dəyişiklik olub. Belə ki, S. Mustafayeva dövlət qurumlarından birində çalışan vəzifəli şəxslə sevgi münasibətindədir.

Keçmiş aparıcı bütün bu suallara yeniçağ.az-a verdiyi müsahibədə aydınlıq gətirib.

–Haqqında xəbərlər yayılıb ki, qadın klubu açmısan, maliyyələşdirən də məmur sevgilindir…

– Xahiş edirəm, məndən əl çəksinlər. Mən artıq məşhur deyiləm. Televiziyada çalışmıram. Qoyun sakitcə evimdə oturub balamı böyüdüm. Bezmişəm bu söhbətlərdən, nə qədər olar axı? "Samirə boşandı", "Samirə özünə iş qurdu"… İnsanlar niyə mənimlə bu qədər uğraşır axı. Mən istəsəydim, televiziyada da işləyərdim, saytda da, başqa yerlərdə də. Bütün qapılar da üzümə açıqdır, amma özüm istəmirəm. Məni sakit buraxın.

–Klub açmaq xəbəri yalandır ki?

– Mən qazanıb yaşamalıyam. Təbii ki, öz adıma və fakturama uyğun şəkildə. Amma elə sözlər adamı iyrəndirir.

–Məmurla sevgili olduğun deyilir, doğrudurmu?

– Belə söhbət eşitməmişəm, sadəcə olaraq Vergilər Nazirliyində işə düzəlməyim barədə yazırlar.

–Yox, sevgili olduğun deyilir və bu xəbərlər yayılıb. Hətta sənə o adamın klub açdığı da bildirilir.

– Belə şeylər yoxdur.

–Klubun açılması xəbəri yalan deyil axı. Hətta şou-biznes əhli də o kluba gedib-gəlir…

– Mən o klubu yaxın rəfiqəmlə açmışam və əziyyəti də birgə çəkirik. İcarə və digər maliyyə xərclərini nəzərdə tuturam. Bu ilk işim deyil, mən televiziyada çalışanda da bu klubu işlədirdik. Sadəcə, əvvəl başqa məkanda idi. Mənim işləməyə haqqım yoxdur ki?

–Boşanmaq xəbərin barədə xəbərlərə də aydınlıq gətirməyini xahiş edirəm. Bu xəbər doğrudurmu?

– Bu mövzu bağlanıb axı.

–Açıqdı hələ. Bu xəbəri heç vaxt öz dilindən eşitməmişik…

– Bu, mənim şəxsi həyatımdır. Mənim uşağım və uşağımın atası var. Vaqif qızımın atasıdır. İkinci dəfə ailə qurmaq sözünü dilimə də gətirmərəm. Çünki övladım var.

–Bəlkə məmur sevgilinin olması ilə də bağlı söhbətə nöqtə qoyasan?

– Allaha and olsun, Quran haqqı belə şey yoxdur. Mənə gülməli gəlir. Qaldı ki, sevgiyə… Küçədən keçən qadından da soruşsan deyəcək ki, həyatımda sevgi var. İndi belə söhbətləri müzakirə etməyin yeri yoxdur. Bu saat mənim başım o kluba qarışıb. Belə söz-söhbətlər məni bezdirir. Mənim kimisə sevməyə nə vaxtım, nə də halım yoxdur. Yazırlar sevgilisi məmurdur. Ay xanım, mən işə taksi ilə gedib-gəlirəm ey…

Maşının hanı?

– Maşınımı satmışam. Maşın mənim üçün önəmli deyil. Taksi ilə gedib gəlirəm, bundan əziyyət də çəkmirəm.

–Yəni deyirsən, məmur sevgilin olsaydı, yarımmilyonluq maşında gəzərdin?

– Əlbəttə, maşınım da olardı, hər şeyim də…. Gülməyim gəlir e belə şeylərə.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 9166   Tarix: 24 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761