Bölgələrdə bahalıq: Alan da narazı, satan da - "Kəndlə bazarın qiyməti eynidir" - VİDEO

Bölgələrdə bahalıq: Alan da narazı, satan da - "Kəndlə bazarın qiyməti eynidir" - VİDEOBalakənin Qabaqçöl qəsəbəsində sakinlər dolanışıqlarını istixanalarda yetişdirilən tərəvəzlərin satışından götürdüyü gəlirlə təmin edirlər. Yazın ilk günlərindən etibarən bölgə, hətta ölkənin demək olar ki, əksər bazarlarında satılan təzə xiyarın elə böyük hissəsi də məhz bu qəsəbədə yetişdirilir. Lakin bu il təsərrüfatçılar əvvəlki kimi məhsuldarlıq əldə edə bilməyiblər.

BiG.AZ xəbər verir ki, məhsuldarlığın aşağı olması təbii olaraq qiymətlərə də təsirsiz ötüşməyib. Ötən ilin 50-80 qəpik aralığında alıcılara təklif olunan məhsulun qiyməti indi 1 manat -1 manat 50 qəpik aralığında dəyişir. Qiymətin baha olması satıcıların da işini çətinə salıb.

Rafiq Qarayev – Balakən sakini: "Mən bura gəlmişəm ki, alım, aparım satım. Kəndlə bazarın qiyməti eynidir. Şəxsən mənim üçün sərf etmir. Burda 1 manat 20 qəpikdir, orada da 1 manat 30 qəpik. Aldığımla, satdığım arasında heç nə qalmır".

Təsərrüfatçılar isə qiymət bahalığı olsa belə, mövcud vəziyyətdən razı deyillər.

Elçin Borayev – Balakən sakini: "Keçən il 70, 80 qəpik olub. Çünki keçən il məhsul çox idi".

Natiq Altunov – Balakən sakini: "Bizim məhsulun qiyməti ölür. O gün bazara çıxartdıq, 1 manata olan xiyar, 70-80 qəpiyə düşdü".

Bu gün bazarlarda yerli təsərrüfatçıların yetişdirdikləri tərəvəz məhsulları ilə yanaşı, xaricdən gətirilənlər də yetərincədir. Bu isə təbii ki, yerli məhsulların satış bazarına mənfi təsir göstərir. Digər tərəfdən, qəsəbədə yetişdirilən tərəvəz məhsulları illər öncə Gürcüstan və Rusiya bazarlarına çıxarılsa da indi yalnız daxili bazarlarda satılır.

Hacı Osbanov – Təsərrüfatçı: "Əvvəllər Gürcülər gəlib alırdılar, indi gəlmirlər. Digər respublikalara sata bilmirik. Öz uşaqlarımız aparırlar. Çünki bazara çıxışımız yoxdur".

Mütəxəssislərin fikrincə, ölkədə tərəvəzçiliyin inkişafı daxili tələbatı tam ödədiyindən təsərrüfatçılar istehsal etdikləri məhsulları xarici bazarlara çıxarmaq şansı da qazanıblar. Xüsusilə də Şəki-Zaqatala zonası Rusiyaya meyvə-tərəvəz ixracı istiqamətində üstünlüyə malikdir. Qonşu Dövlətlərin bazarlarında bir brend sayılan bu sahənin inkişafı və ixracı qeyri-neft sektoru istiqamətində çox önəmli addım olar.

mənbə: ARB


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1143   Tarix: 21 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643