Bu kadrlar dünyanı şoka saldı – VİDEO
Misirdə polislər tərəfindən döyülən qadına məxsus fotolar dünya mətbuat orqanlarında manşet xəbər olub.ANN.Az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Misirdəki etiraz aksiyaları zamanı bir qrup polisin bir qadını vəhşicəsinə döyməsini əks etdirən kadrlar dünya gündəminə bomba kimi düşüb.Parlament seçkilərinin ikinci turunu arxada qoyan Misirdə müvəqqəti hökuməti idarə edən hərbçilərin istefasını tələb edən etirazçılarla polis arasındakı toqquşmalar daha da alovlanıb. Təhrir meydanında dünən baş tutan aksiyalarda ən azı 9 nəfər ölüb. Zorakılığın dozasını artıran polislərin döydüyü qadınlara aid fotolar dünya mətbuatında geniş müzakirələrə səbəb olub.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Video Baxılıb: 24564 Tarix: 19 dekabr 2011
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş