"Balamı doyunca oxşaya bilmədim..." - Ərinin uşağını çəkiclə öldürdüyü ana FƏRYAD ETDİ - VİDEO+FOTO

"Balamı doyunca oxşaya bilmədim..." - Ərinin uşağını çəkiclə öldürdüyü ana FƏRYAD ETDİ - VİDEO+FOTORöyamin Məmmədov ömrünün yeddinci baharını yaşayırdı. Amma bu digərlərindən fərqli oldu – Qanlı və sonuncu bahar. Röyamin məhz ana təbiətin canlandığı bir vaxtda anasından ayrı düşdü. Özü də ki atasının əli ilə. Qatil ata Allahin əmanətinə belə xəyanət etdi… Röyal və Günel 2009-cu ildə tanış olmuşdular. Valideynlərin razılığı olmadığından Günel ögey xalası oğluna qoşulub qaçır. Ailənin tək övladının bu addımı Sadəxanımın ürəyincə olmasa da sadəlövhcəsinə razılaşır. Qızına xeyir-dua verir və özü tək olduğundan onları yanına gətirir. Beləliklə, Röyal və Günelin ailə həyatı başlayır…

Amma xoşbəxt günlər çox davam etmir. Günelin sözlərinə inansaq, həyat yoldaşı müxtəlif qadınlarla əlaqə quraraq ailədə problemlərin əsasını qoyur. Royal bu problemlərdən çıxış yolunu Günelə fiziki güc tətbiq etməkdə, ailəyə dava-dalaş salmaqda görür. Dava-dalaşın sonunda o evdən çıxıb gedirmiş. Hətta bir gün eşidirlər ki, onun başqa kənddə bir övladı da dünyaya gəlib. Amma bütün bunlara 3 uşaq anası razı olur. Hətta həyat yoldaşının dayısını və o biri arvadının anasını döydüyünə görə həbsə düşəndə də onun yanında olur. Ailəni dolandırmaq öhdəliyi də Günel və anası Sadəxanımın üzərindədir. Qazancını görməsələr belə….. Bütün bunlar isə hər dəfə ailə bağlarını qırır. Dözməyən Günel ötən ilin sentyabrında məhkəməyə müraciət edir- boşanmaq istəyir. Bildirilir ki, prosesin başlaması üşün ödəmə edilməlidir. Ona isə Günelin gücü catmır və Röyalla işgəncə dolu həyatını yaşamağa davam edir. Ta ki, bu il martin 20-də evdə mülk üstündə başlayan davalara qədər…

Bu gün Sabirabadın ən böyük kəndlərindən olan Ulacalı bütün qan ağlayıb. Daha çox peşman olan isə Röyaminin nənəsi Sadəxanımdır. Deyir, nəvəmi öz əlimlə geyindirib verdim atasına ki, apar. Halbuki uşaq gözünün yaşını tökdü - nənə, məni atam vermə, mən çox qorxuram deyə.

Röyaminin həyatına son qoyan qatil ata isə həbs edilib. Ailə qanunlarını, ardınca isə müqəddəs qaydaları pozan Röyal artıq Cinayət Məcəlləsi ilə sözün bütün mənalarında "oturub-durmalı" olacaq.

mənbə: istipress

"Balamı doyunca oxşaya bilmədim..." - Ərinin uşağını çəkiclə öldürdüyü ana FƏRYAD ETDİ - VİDEO+FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 11216   Tarix: 30 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544