"Evrovision-2012" milli seçim turlarının 3-cü həftəsi başlayır

"Evrovision-2012" milli seçim turlarının 3-cü həftəsi başlayır
Dekabrın 13-dən “Evrovision-2012” milli seçim turlarının 3-cü həftəsi başlayır.

İctimai TV-nin İctimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən Gün.Az-a verilən məlumata görə, bu həftənin iştirakçıları Xəyyam Mustafazadə, Fərid Ramazanov, Aytac Vəliyeva, Rüstəm Əlləzov, Rövşən Əzizov, Aysel Quluzadə, Yelena Kərimova, Anar Səfərov və Altun Zeynalov olacaq.

İştirakçılar həftənin 5 günü canlı yayımda ifalarını təqdim edəcəklər.

Şənbə günü isə münsiflər heyəti və tamaşaçıların səsverməsi nəticəsində 3-cü həftənin qalibi bəlli olacaq.

Qeyd edək ki, artıq 2 nəfər yarımfinal mərhələsinə vəsiqə qazanıb. Finalda isə milli seçim həftələrinin birincisi olan 8 nəfər yarışacaq və qələbə qazanan iştirakçı 2012-ci ilin mayında Bakıda keçiriləcək 57-ci “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 5433 Tarix: 16.12.2011
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol