İlk sınaq imtahanı baş tutmadı - SƏBƏB

İlk sınaq imtahanı baş tutmadı - SƏBƏB"Dövlət İmtahan Mərkəzinin (DİM-TQDK-a) abituriyentlər üçün bu gün səhər saat 9-00-da nəzərdə tutduğu sınaq imtahanı baş tutmadı. Necə deyərlər, ucuz ətin şorbası olmaz".

BiG.AZ xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib.
K.Əsədov bildirib ki, Dövlət İmtahan Mərkəzindən verilən açıqlamada sınaq imtahanının baş tutmamasının serverdəki yüklənmə ilə əlaqədar olduğu bildirilib:

"Server yükləndiyindən istifadəçilər sistemə daxil ola bilməyiblər. Bu qədər də qeyri-peşəkarlıq olmaz axı. 10 gün ərzində 2 milyon manat pul qazanıblar, qurduqları serverlərinə bax. Adi kursların saytındakı sınaq imtahanları bunlardan peşəkar səviyyədə hazırlanıb. Hələ qəbul imtahanlarında nə şou-proqramlar olacaq. Bu gün üçün növbəti onlayn sınaq imtahanı 13:00 və 16:00-da olacaq. Onlarda belə problem yaşanmayacağına ümid edirəm".
Qeyd edək ki, DİM ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün aprel-may aylarında keçiriləcək birinci qəbul imtahanlarında iştirak edən abituriyentləri nəzərə alaraq I-IV ixtisas qrupları üzrə elektron sınaq imtahanları keçirir.

İlk elektron sınaq imtahanında iştirak üçün abituriyentlər martın 21-dən 25-dək Dövlət İmtahan Mərkəzinin imtahan.az saytına daxil olub qeydiyyatdan keçiblər. Elektron sınaq imtahanının martın 25 və 26-da keçirilməsi nəzərdə tutulub. Abituriyentlər qeydiyyat zamanı seçdikləri tarix və saatda imtahan.az saytına daxil olub imtahan verməlidirlər. İmtahan müddəti 3 saatdır.

Birinci elektron sınaq imtahanında iştirak ödənişsizdir və bu imtahanda "Abituriyent" jurnalının 1 saylı buraxılışında qəbul imtahanı fənləri üzrə tərtib edilmiş model test tapşırığı nümunələrindən istifadə olunacaq.
Növbəti elektron sınaq imtahanlarının 1 və 2 aprel tarixlərində keçirilməsi nəzərdə tutulur. Bu imtahanlarda yeni test tapşırığı nümunələrindən istifadə olunacaq və iştirak ödənişlidir (10 manat). Ödənişli elektron sınaq imtahanlarında iştirak etmək üçün qeydiyyat martın 27-dən 31-dək aparılacaq.

Abituriyentlər elektron sınaq imtahanı xidmətindən smart tipli mobil telefon və ya planşet vasitəsilə də istifadə edə bilərlər.

Xatırladaq ki, I-IV ixtisas qrupları üzrə ənənəvi kağız üzərində keçirilən sınaq imtahanları 27 may və 11 iyun tarixlərində keçiriləcək.

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1830   Tarix: 25 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu ailələrə 120 manat uşaqpulu VERİLƏ BİLƏR! - AÇIQLAMA

İllərdir Azərbaycanda ən aktual məsələlərdən biri uşaqpulunun bərpasıdır. Uşaqpulu əsasən dövlət tərəfindən ailələrə övladlarının ehtiyaclarını qarşılaması üçün verdiyi bir müavinət növüdür. Bu yardım əsasən dünya ölkələri və qonşu dövlətlərdə maddi cəhətdən problemli olan, uşaqların daha sağlam böyüməs

11:27 805
.

"Wednesday" serialının 2-ci sezon çəkilişləri başlayıb

"Wednesday" serialının 2-ci sezon çəkilişləri başlayıb. xəbər verir ki, bu barədə Netflix bildirib. Qeyd edək ki, serialın 1-ci sezonu böyük izlıyici kütləsi toplamışdı

21:30 0
.

"Bu səmimilik deyil, sırtıqlıqdır"

"Sənətə qulluq edirsənsə, əgər sənin müəyyən qədər tamaşaçı kütlən varsa, onları arxanca apara bilirsənsə, mütləq danışığına fikir verməlisən". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Coşqun Rəhimov "Rəngarəng səhər" proqramında deyib. O, özünü səmimi adlandıran və efird

07.05.2024 677
.

Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın Baş naziri Əli Əsədovu qəbul edəcək. Məlumata görə, görüş Ankaradakı prezident iqamətgahında baş tutacaq. Qeyd edək ki, Əli Əsədov mayın 7-də Türkiyəyə rəsmi səfərə gedib

10:53 186
.

Sinqapurda F-16 döyüş təyyarəsi qəzaya uğrayıb

Sinqapurda F-16 döyüş təyyarəsi qəzaya uğrayıb. BİG.AZ xəbər verir ki, qəzaya səbəb uçuş zamanı yaranan problem olub. Bu barədə Sinqapur Müdafiə Nazirliyini açıqlama yayıb. Təyyarə havaya qalxdıqdan qısa müddət sonra Tengah Hava Bazasında qəza edib. Hadisə zamanı pilot xilas edilərək xəstəxaya yerləşdirilib

13:16 109
.

Dönərdən zəhərlənənlərdən biri tələbədir

Ötən gün Zaqatalada dönərdən zəhərlənənlərdən biri UNEC-in Zaqatala filialının tələbəsidir. Bu barədə "Qafqazinfo"ya universitetdən məlumat verilib. Bildirilib ki, birinci kurs tələbəsi olan Əli Qocayev toyuq dönərindən zəhərlənib. Hazırda onun vəziyyəti yaxşıdır və evə buraxılacaq. Qeyd edə

15:11 221
.

"Azərbaycanda tam sabitlik var, iqtisadi və sosial sahələrdə inkşaf müşahidə olunur"

"Hazırda dünya ölkələrinin bir çoxunda ixtişaşlar, vətəndaş qarşıdurmaları, iqtisadi, sosial böhranlar tüğyan edir. Eyni zamanda dünyamız terrorlarla, ölkələrarası müharibələrlə çalxalanmaqdadır.Belə bir vəziyyətdə ölkəmizdə tam əksinə vəziyyət hökm sürür". Bu sözləri BİG.AZ-A deputat Sədaqə

10:12 12
.

Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO

Bakıda hotellərin birində zəhərlənən dörd dostla bağlı ilginc faktlar üzə çıxıb. Zərərçəkənlərin ailə üzvləri rəsmi qurumların yaydığı məlumatları təkzib ediblər. Onlar iddia ediblər ki, faciə qida zəhərlənməsindən baş verib. Bildiriblər ki, hoteldə verilən göbələk onları zəhərləyib. İçkidən zəhərlənmələr

21:51 0
.

Sabah bəzi yollarda hərəkət məhdudlaşdırılacaq

Sabah, 9 May–Faşizm üzərində Qələbə Günündə Bakının Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbayca

14:17 251