Kənan Fərda ilə Müşfiqə əsəbləşdi: "Həddinizi bilin"

Kənan Fərda ilə Müşfiqə əsəbləşdi: "Həddinizi bilin""Mən rejissoram, bazar adamı deyiləm. Mən başlar üçün çəkirəm, boşlar üçün yox".

BiG.AZ xəbər verir ki, bu sözləri rejissor Kənan M.M. "Hər şey daxil" verilişində qonaq olan aktyorlar Fərda Xudaverdiyev və Müşfiq Şahverdiyev barəsində deyib. Aktyorların sözləri rejissoru özündən çıxarıb:

"Həyatım boyu bir sözü dilimə gətirməzdən öncə o sözün məsuliyyətini daşıya bilib-bilməyəcəyimi düşünmüşəm. Ağzımdan çıxan sözün məzara qədər arxasında durmuşam. Bu daim belə olacaq. Ətrafımdakı insanlar necə biri olduğumu bilir. Heç kəsə tanımadığım halda qiymət verməmişəm. İnsanlara sahib olduğu sənətinə, cinsiyyətinə görə dəyər verməmişəm. Azərbaycanda ilk komediya çəkən rejissorlardan olmuşam. Baxmayaraq ki, tərzim deyil. Həmişə Azərbaycanda çəkilən komediya filmlərini səhifəmdə paylaşmışam. Amma Fərda ilə Müşfiq qardaşımız efirdə məlumatları olmadığı halda, tələsərək "Kənan M.M komediya çəkənləri və izləyənləri boş insan adlandırır" cümləsini işlədiblər. Kiməsə "boş insan" demək mənim əqidəmə yaraşmaz. Bu cür fikirləri səsləndirmək ailəmin verdiyi tərbiyədə yer almayıb. Ayıbdır. Əgər, belə fikir səsləndirmişəmsə, videosunu, səs yazısını gətirsinlər. "Kənan M.M-in çəkdiyi dram filmləri izlənmir, ona görə komediya çəkir" deyiblər. Bəli, haqlısınız. Çünki mənim kimi düşünənlər sizin kimi düşünənlərdən azdır. Mən rejissoram, bazar adamı deyiləm. Mən başlar üçün çəkirəm, boşlar üçün yox. Əgər bu cümləni öz bildiyiniz kimi başa düşürsünüzsə, başın kim, boşun kim olduğuna özünüz qərar verin".

Fərdanın "Kənanı ciddiyə almayın" sözlərinə isə rejissorun cavabı belə olub:

"Qoyun, məni ciddilər ciddiyə alsın. Qeyri-ciddilərin fikirləri evlərində qalsın. Allah sizə hidayət versin. Bu sözləri Kənan M.M kimi deyirəm. Kənan Mahmudov olaraq isə deyirəm ki, ağıllı olun. Həddinizi bilin, tay-tuşunuz ilə zarafat edin. Sizi yeyə biləcək birini heç vaxt dişləməyin".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 7182   Tarix: 24 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637