Rusiya Ermənistana Gürcüstan yolu ilə hərbi texnika daşıyır

Rusiya Ermənistana Gürcüstan yolu ilə hərbi texnika daşıyırMüxalifət Bolnisidə Ermənistana hərbi texnika daşıyan şübhəli Rusiya maşınları görüb

Gürcüstanın müxalif "Vahid Milli Hərəkat" partiyasının nümayəndələri ötən gün martın 22-də jurnalistlərə bildiriblər ki, Bolnisi regionunda Ermənistana hərbi texnika daşıdığı ehtimal olunan şübhəli Rusiya yük maşınları görünüb.

BiG.AZ virtualaz.org-a istinadən xəbər verir ki, müxalifət nümayəndələri həmin maşınların Rusiya dövlət nömrə nişanları daşıdığını, daşınan yüklərin üzərinin brezentlə möhkəm örtüldüyünü deyiblər.

Bu xəbərə Müdafiə Nazirliyi münasibət bildirib və məlumatın "həqiqətə uyğun olmadığını" açıqlayıb. Nazirlik bildirir ki, daşınan yük hərbi yox, mülki texnika olub. Hərbi yüklərin tranziti üçün Rusiya əvvəlcədən Gürcüstana müraciət edib müvafiq razılıq almalıdır. "Lakin neçə illərdir ki, nə Ermənistan, nə Rusiya tərəfindən Gürcüstana belə müraciət daxil olmur, müvafiq olaraq da Gürcüstan tərəfi Ermənistana silah tranziti barədə heç bir icazə vermir"-Müdafiə Nazirliyi bildirir.

Gürcüstan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin sədri İrakli Sesiaşvili isə deyib ki, ölkə üzərindən Ermənistana doğrudan da texnika tranziti həyata keçirilib. Və bu tranziti Belarus vətəndaşları həyata keçirib, daşınan isə hərbi texnika yox, xilasetmə əməliyyatlarında istifadə olunan texnika idi. "Həmin texnika xilasetmə əməliyyatları üçün nəzərdə tutulub, onun üzərində hansısa silah quraşdırılmayıb. Müvafiq olaraq bizim qanunvericiliyə görə həmin texnika hərbi təyinatlı deyil"-Sesiaşvili deyib. Lakin komitə sədri söhbətin hansı texnikadan getdiyini açıqlamayıb.

Xatırladaq ki, 2008-ci ilin avqust müharibəsindən sonra Gürcüstan Rusiya hərbi yüklərin quru və hava yoluyla ölkə üzərindən Ermənistana tranzitini rəsmən dayandırıb. Lakin nə sirrdirsə bu qadağa Rusiyanın Ermənistana silah daşımasına, o cümlədən 102-ci bazanın təchizatına və arsenalının genişləndirilməsinə, habelə bu ölkəyə onlarla yeni qırıcı və vertolyotların göndərilməsinə təsir etməyib. Rusiyanın Ermənistana silah təchizatını hansı marşrutla həyata keçirdiyi barədə müxtəlif iddialar var. Bir müddət əvvəl Gürcüstan ekspertləri açıqlamışdılar ki, silah daşıyan Rusiya təyyarələri separatçı Abxaziya və Cənubi Osetiya istiqamətindən ölkənin hava məkanına daxil olur, daha sonra Türkiyə sərhədi boyu uçur və Bolnisi üzərindən yenidən Gürcüstanın hava məkanına daxil olaraq Ermənistana keçir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2871   Tarix: 23 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan Ukraynada daha 4 mülki obyekti bərpa edəcək

Ukraynanın İrpen şəhərində dağılmış daha 4 mülki obyekt Azərbaycan tərəfindən yenidən qurulacaq. Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında İrpen şəhərinin meri Oleksandr Markuşin bildirib. "Elə bu gün Azərbaycan tərəfindən səfirlik vasitəsilə təsdiq aldım. Belə ki, Azərbayca

28.04.2024 137
.

BMT: "Altı ayda Qəzzada 13 min uşaq ölüb"

BMT-nin Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini bildirib ki, son altı ayda Qəzza zolağında öldürülən uşaqların sayı 13 minə çatıb. O qeyd edib ki, müharibə şəraitində dəqiq məlumat əldə etmək çox çətindir. "Ancaq məncə, dərc olunan rəqəmlər dəhşətlidir

28.04.2024 137
.

Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı

Ulan-Udedə itkin düşənlər siyahısında olan dörd yaşlı uşağın meyiti tapılıb. Onun meyiti yaşadığı evin əlavə qarajında, paltaryuyan maşında gizlədilib. Körpənin ailəsi şübhə altına düşüb. Qeyd olunur ki, uşağın itməsi ötən gecə məlum olub. Polis və könüllülər onun axtarışına çıxıblar. Nəticədə oğlanı

28.04.2024 306
.

Portuqaliya keçmiş koloniyalara təzminat ödəməkdən imtina etdi

Portuqaliya hökuməti prezidentin bəyanatının əksinə olaraq, müstəmləkəçilik dövründə köləlikdən zərər çəkmiş dövlətlərə təzminat ödəməmək qərarına gəlib. Məlumata görə, 15-ci əsrdən 19-cu əsrə qədər portuqaliyalı dənizçilər altı milyon afrikalını Atlantik okeanından zorla keçirərək köləliyə (əsasən Braziliyaya

28.04.2024 170
.

Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib

Tacikistan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına müvəqqəti olaraq Rusiya Federasiyasına getməməyi tövsiyə edib. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir. Qeyd olunub ki, Tacikistan vətəndaşlarına çox zərurət olmadıqda müvəqqəti olaraq bütün nəqliyyat növlər

28.04.2024 199
.

Gürcüstan əhalisi azalır

2024-cü il yanvarın 1-nə olan məlumata görə, Gürcüstanda miqrantlarla birlikdə 3 milyon 694 min 600 nəfər yaşayır. Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü il yanvarın 1-i ilə müqayisədə əhalinin ümumi sayı 1,1% azalıb. Əhalinin demək olar ki, yarısı Tbilisidə yaşayır - 1 25

28.04.2024 198
.

Vətəndaş ona hədiyyə edilən ov tüfəngini könüllü polisə təhvil verdi

Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan bir nəfər Abşeron Rayon Polis İdarəsinə müraciət edərək əmisi oğlunun hədiyyə etdiyi sənədləri olmayan ov tüfəngini könüllü təhvil vermək istədiyini bildirib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşa nümunəvi hərəkətin

28.04.2024 109
.

İsrailin müdafiə naziri: HƏMAS-ı zərərsizləşdirmək üçün lazım olan qədər vaxt sərf edəcəyik

İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, ökəsi HƏMAS qruplaşmasını zərərsizləşdirmək və girovları azad etmək üçün lazım olan qədər vaxt sərf edəcək. Bu barədə "Report" "The Jerusalem Post"a istinadən xəbər verir. "Biz bu vəzifələr üzərində işləyirik və hər ikisini yerin

28.04.2024 88
.

Rusiya MN ötən gecə 17 PUA vurduğunu açıqlayıb

Ötən gecə Rusiya ərazisində Ukraynaya məxsus 17 pilotsuz uçuş aparatı zərərsizləşdirilib. "Report" xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb. "Növbətçi hava hücumundan müdafiə sistemləri on yeddi Ukrayna PUA-sını məhv edib və yaxalayıb: onlardan doqquzu Bryansk vilayəti

28.04.2024 160