Elza Seyidcahan Oqtay Əliyevi özündən çıxardı: "Sən avtoritetsən?..."

Elza Seyidcahan Oqtay Əliyevi özündən çıxardı: "Sən avtoritetsən?...""SOY" prodakşnın rəhbəri Oqtay Əliyev Əməkdar artist Elza Seyidcahanın onun haqqında səsləndirdiyi ittihamlara cavab verib.

O.Əliyev Publika.az-a açıqlamasında deyib ki, Elza Seyidcahanın "SOY" prodakşn haqqında dediyi fikirlərdoğru deyil: "Elza Seyidcahan mətbuata müsahibəsində iddia edir ki, guya müğənni Röya Ayxanı müdafiə etdiyi üçün biz də onun "SOY" prodakşnın verilişlərinə gəlməsinə qadağa qoymuşuq. Bu, tamamilə yalan fikirlərdir. Mən bu məsələ ilə bağlı Elza Seyidcahana zəng edib, narazaılığımı bildirdim. O isə mənə dedi ki, fikirləri təhrif olunub və elə demək istəməyib. Daha sonra Elza Seyidcahan hazırda Qazaxda çəkilişdə olduğunu və Bakıya gələndən sonra yayılan məlumatları aydınlaşdıracağını bildirdi. Amma mən Elza Seyidcahana dedim ki, bizim aramızda olan məsələyə Röya Ayxanın heç bir aidiyyəti olmayıb".
O.Əliyev Elza Seyidcahanın bəhs etdiyi həmin hadisənin əslində başqa səbəbdən baş verdiyini söyləyib: "Təqribən 12-15 il öncə Elza Seyidcahan tədbir təşkil etmişdi. Həmin tədbirə bizim müxbirlər də getmişdi. Ancaq həmin vaxtı Elza Seyidcahan müxbirlərimizin verdiyi suallara çox aqressiv və aşağılayıcı cavab vermişdi. Bundan dərhal sonra mən jurnalistlərə bildirmişəm ki, daha Elza Seyidcahandan müsahibə almayın, onunla heç işimiz olmayacaq və sairə. Bu hadisədən bir neçə il sonra Elza Seyidcahan mənimlə əlaqə yaratdı və verilişlərə çağırılmamasına görə narazılığını bildirdi. Mən də ona olanları izah etmişəm. Demişəm ki, Elza Seyidcahan sən filan vaxtı jurnalistlərimizə hörmətsizlik etmisən, buna görə də səninlə əlaqələri kəsmişik. Sonra Elza Seyidcahan mənə dedi ki, arada anlaşılmazlıq olub və sairə. Ona görə də bu məsələni bağladıq. İllər sonra Elza Seyidcahan yenidən nə üçün bu məsələni bizim adımızla gündəmə gətirir? Axı bu məsələyə Röya Ayxanın nə bağlılığı var? Burada söhbət nə Röya Ayxandan, nə Natavan Həbibidən, nə Lalə Məmmədovadan, nə də digərlərindən gedir. Elza Seyidcahanın deməyindən belə çıxır ki, sabah onun tədbirində kimlər qonaq olacaqsa, o da deyəcək ki, mən filankəslə onlara görə dava etmişəm! Ay Elza Seyidcahan, özün özünə cavabdeh ol! Əgər sən öz fikirlərini və hissələrini cilovlaya bilmirsənsə, daha başqa adamların adını nə üçün hallandırırsan? Sən onun-bunun tərəfini saxlayan avtoritetsən? Elza Seyidcahanın çox qəribə məntiqi var".
Xatırladaq ki, əməkdar artist Elza Seyidcahan müğənni Röya Ayxanla bağlı açıqlamasında "SOY" prodakşnın rəhbəri Oqtay Əliyevin ünvanına ittihamlar səsləndirib:
"Mən o qızı çox istəyirəm. İllər öncə mən öz tədbirimə onu dəvət etmişdim, jurnalistlər ona qarşı çıxdılar. Röyaya görə jurnalistləri yerində oturtdum. Hətta buna görə "SOY" prodakşn mənə iki il qadağa qoydu, verilişlərinə çağırmadı. Mən bunu sonradan bildim. Bir gün "SOY"un rəhbəri Oqtay Əliyev mənə dedi ki, bilirsən, səni bizim verilişlərə niyə çağırmırıq? Dedim ki, yox. Dedi, ona görə ki, sən Röyaya görə jurnalistlərlə münaqişə yaşamısan. Mən həmişə sənət adamlarını müdafiə etmişəm, onları qorumuşam. Röya üçünsə çox şey edərəm. Çünki o, mərd qızdır". (publika.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 6333   Tarix: 18 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961