Böyrək daşlarının əriməsi

Böyrək daşlarının əriməsiBöyrəklərin ən çox yayılmış xəstəliklərindən biridir. Bu zaman böyrəklərdə və/və ya sidik xaric edən digər orqanlarda daşlar əmələ gəlir. Daşlar həm kiçik (3 mm-dək), həm də iri (15 sm-dək) ölçülərdə ola bilər. Bəzi hallarda böyrək daşları özünü heç bir əlamətlə büruzə vermədən uzun müddət mövcud ola bilər. Bu halda onlar digər orqanların hər hansı bir xəstəliyinin müayinə edilməsi zamanı aşkar edilir. Əksər hallarda isə onlar ağrı tutmaları, sidik ifrazı zamanı olan pozğunluqlar (bu barədə xəstəliyin simptomları bölməsində oxuya bilərsiniz) və digər əlamətlərlə müşayiət olunurlar. Böyrək daşı xəstəliyini mütləq müalicə etmək lazımdır. Müalicə edilmədiyi halda onun fonunda pielonefrit xəstəliyi də inkişaf edə bilər. Böyrək daşları əritmədən öncə sidiyin ümumi analizində hansı mühitin olması önəmlidir ki daşlar müxtəlifdir (oksalat, urat, fosfat, qarışıq və s). Müalicədə bitkilər də doğru seçilməlidir ki sidikqovuculara üstünlük verilməyən mövqelərimiz çox olur.
Müalicə:
Yığıntı № 1
Hərəsindən 1 çay qaşığı olmaqla adi yovşan otu, çöl qatırquyruğu otu, bostan şüyüdünün toxumu, hərəsindən 1 xörək qaşığı olmaqla ayıqulağı yarpağı və yerkökü toxumu götürün. Bu bitki hissələrini xırdalayıb qarışdırın. Qarışıqdan 2 xörək qaşığı götürüb üzərinə 400 ml (2 stəkan) qaynar su tökün. 12 saat dəmlədikdən sonra bir az qaynadıb süzün. Dəmləməni yarım stəkandan gündə 3-4 dəfə ilıq şəkildə yeməkdən sonra qəbul edin.
Yığıntı № 2
Cəfəri və razyana toxumunun hərəsindən 1 xörək qaşığı, tozağacı tumurcuğundan isə 5 xörək qaşığı götürüb xırdalayın. 1 çay qaşığı yığıntının üzərinə 200 ml (1 stəkan) qaynar su töküb 2 saat ərzində isti yerdə dəmləyin. 1/4 stəkandan gündə 3 dəfə daxilə qəbul edin.
Yığıntı № 3
Hərəsindən 1 xörək qaşığı olmaqla solmazçiçəyi, mərcangilə yarpağı, xəşənbül otu, boyaqotu kökü, damotu otunu xırdalayıb qarışdırın. Yığıntıdan 2 xörək qaşığı götürüb üzərinə 400 ml (2 stəkan) qaynar su töküb 12 saat termosda dəmləyin. Gündə 3 dəfə yarım stəkandan qəbul edin.
Həkim-fitoterapevt
Almaniya Təbiət Elmləri Akademiyasının üzvü
Fitoterapiya Mərkəzinin Baş həkimi Elnur Rəhimov
fito.az
055 304 26 79


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1979   Tarix: 10 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Həkimlər bağırsaq xərçənginə qarşı ilk peyvəndi sınaqdan keçiriblər

Surreya Kral Universitetinin həkimləri Böyük Britaniya və Avstraliyadakı xəstələrdə bağırsaq xərçənginə qarşı peyvəndi sınaqdan keçiriblər. "Report" "Daily Mail"ə istinadən xəbər verir ki, dərman iki ildən sonra geniş istifadə üçün hazır ola bilər ki, bu da xəstələri cərrahi müdaxil

28.01.2024 856
.

Arzuolunmaz tüklərdən qurtulmağın YOLLARI

Bədənimizi qoruyan tüklər bəzən arzuolunmaz ola bilər. Xüsusilə üz, qol və çənə kimi nahiyələrdə olan tüklər həyatımızda narahatlıq yaradır. Tüklərini ülgüclə götürmək istəməyənlər onu ağartmaqla bu problemdən xilas ola bilərlər. Burada tük ağartma üsulları işə yarayır. Hidrogen peroksid tükləriniz

14.04.2024 725
.

Çayı əsla belə içməyin - ciddi xəstəliklər yaradır

Çox isti çay və ya hər hansı isti içki ağız, boğaz və həzm sisteminə ciddi şəkildə zərər verə bilər. BİG.AZ -a istinadən bildirir ki, mütəxəssislər bununla bağlı xəbərdarlıq edib. Bildirilir ki, içkilər 65 dərəcədən yuxarı istilikdə içildikdə qida borusunda yanma və qıcıqlanmaya səbəb olan ezofagit xəstəliyinə

18.02.2024 1766
.

Alzheymer riskini artıran metal bəlli oldu

Bəzi diş pastalarının qablaşdırılması zamanı istifadə olunan aliminium kağız (folqa) Alzheymer xəstəliyi riskini artıra bilər. Bu barədə rusiyalı həkim, tibb elmləri namizədi Sergey Çudakov məlumat verib. "Alüminiumun Alzheymer xəstəliyi riskinin artması ilə əlaqəsi var və bu əlaqə elm tərəfində

18.02.2024 864
.

Kifayət qədər yuxulamamaq insanı qocaldır

Stokholm Universitetinin alimləri özlərini gənc və sağlam hiss etməyin yolunu kəşf ediblər. xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, yuxu keyfiyyəti insanın özünü nə qədər gənc hiss etməsi ilə əlaqələndirilir. Mütəxəssislər 18 yaşdan 70 yaşa qədər 429 nəfərin məlumatlarını təhli

31.03.2024 530
.

Cücərmiş kartofu atmayın - Qızıl dəyərində

Adətən payız aylarında kisələrlə alınan kartof müəyyən müddət ərzində istehlak edilmədikdə cücərməyə başlayır. Təəssüf ki, cücərməyə başlayan bu kartoflar zibilliyə atılır. Məlum olub ki, atılan bu kartoflar o qədər faydalı olublar ki, sözün əsl mənasında çəkisi qızıla bərabərdir. Bu üsulu öyrəndikdə

24.03.2024 1245
.

Zərərsiz hesab etdiyimiz vərdişlər mədə xərçəngi yaradırmış

Həddindən artıq çox yemək və ya ayaqüstü istehlak vərdişi mədə xərçənginə səbəb olan zərərsiz faktorlardandır. Bu barədə rusiyalı onkoloq və cərrah Beslan Balkarov xəbərdarlıq edib. Mütəxəssisin sözlərinə görə, mədədə xərçəng hüceyrələrinin digər potensial səbəbi "Helicobacter pylori" bakteriyasıdır

20.01.2024 1223
.

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Florida Dövlət Universitetinin amerikalı nevroloqları Parkinson xəstəliyinə səbəb olan genetik mutasiya aşkar ediblər. Tədqiqat The Lancet Neurology (TLN) elmi jurnalında dərc olunub. Parkinson xəstəliyi davamlı olaraq irəliləyən neyrodegenerativ hərəkət pozğunluğudur. O, hərəkətsizliyə və tez-tez demensiyay

28.04.2024 350
.

Masaj xidməti faydaları

Masajın rahatladıcı və sağlamlıq üçün faydalı təsirləri ilə hər kəsə məlumdur. Gündəlik həyatın stress və gərginliyindən bir anlıq xilas olmaq istəyirsinizsə, peşəkar bir masaj xidməti tam sizin üçündür. Masaj sayəsində sizə ən uyğun masaj xidməti asanlıqla tapa bilərsiniz. İmmunitetinizi qaldırmaq v

24.03.2024 621