"Mən heç vaxt ana ola bilmədim, ana" - Qənirə Paşayevadan hər kəsi ağladan - VİDEO

"Mən heç vaxt ana ola bilmədim, ana" - Qənirə Paşayevadan hər kəsi ağladan - VİDEOBu gün Milli Məclisin ən fəal millət vəkillərindən olan Qənirə Paşayevanın ad günüdür.

Qənirə Ələsgər qızı Paşayeva 1975-ci il martın 7-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub.

Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitib. 1998-ci ildən ANS-in "Xəbərlər xidməti"ndə bir sıra vəzifələrdə çalışdıqdan sonra redaksiyanın baş redaktor müavini olub. 2005-ci ildən isə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışıb. Eyni ildə Milli Məclisə üzv seçilib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Gürcüstan, Azərbaycan-Hindistan, Azərbaycan-Türkiyə, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. 10 illik millət vəkili fəaliyyəti dövründə Azərbaycanın AŞPA və AVRONEST-dəki nümayəndə heyətinin üzvü kimi ölkəmizin tanıdılması, Qarabağ həqiqətlərinin dünyada daha geniş yayılmasında böyük xidmətləri olub. Xüsusilə son zamanlar Türkiyənin bir çox şəhərlərində Xocalı soyqırımı və Qarabağ həqiqətləri ilə bağlı apardığı genişmiqyaslı təbliğat diqqəti daha çox cəlb edir. "Nobel mükafatlı qadınlar", "Tarixə adını yazan qadınlar", "Xocalı soyqırımı (26 fevral 1992): şahidlərin dilindən", "Qarabağ hekayələri" və s. Kitabların və onlarla məqalənin müəllifidir. Gürcüstanın fəxri vətəndaşıdır. Subaydır. Firuzə adlı mənəvi qızı var.

BiG.AZ olaraq Qənirə xanımı təbrik edir, gələcək fəaliyyətində ona uğurlar arzu edirik!

Qənirə Paşayevanın sosial şəbəkələrdə paylaşım rekordu qıran şeirini təqdim edirik:

Ana
(Qənirə Paşayeva)

Bu gecə yata bilmədim, ana,
36 yaşın qorxusu vardı içimdə.
Məni 37-yə aparan gecənin
səhərində soyuq var
Üşüdüm, ana!
Bütün gecə
Səsin gəldi qulaqlarıma –
Keçmişdən səsin gəlirdi:
"Böyü, qızım,
Yeri, qızım,
Dil aç, qızım!" - deyirdin...
Böyüdüm, ana,
Tarixin ən amansız illərində böyüdüm.
Dil açdım, ana,
Həyatın ən çətin yollarında
Yeridim, ana!
Amansızca vuran oldu,
Yıxılıb-qalxdığım oldu...
Qalxdım qalxmağına,
amma canım çox ağrıdı,
Qəlbim çox ağrıdı, Ana...
Sən mənə bu dünyada
Qadın olmanın,
Belə çətin olduğunu,
Deməmişdin axı...
Ayaqların üstündə durmaq,
Namusunla yaşamaq,
Haqq bildiyini söyləmək istəsən,
Qadın olmanın bədəli çox ağırmış, ana!
Sən mənə belə deməmişdin axı...
Heç kimə göstərmədim göz yaşlarımı,
İçimə axıtmağı öyrəndim, ana,
Xoşbəxtliyi oynamağı...
Ürəyim ovcumdaykən
Başım dimdik gəzməyi.
Məni vuranları sevindirməmək üçün,
Yıxılmamağı öyrəndim, ana!
Yalandan gülməyi elə öyrəndim ki,
Gülməyin əslini unutdum.
Xoşbəxtliyi oynamagı elə öyrəndim ki,
Xoşbəxtlik necə olur əslində - unutdum...
Bu gecə
Səsin gəlirdi qulaqlarıma –
Mənə nağıl danışırdın,
Xeyirin həmişə Şərə qalib gələcəyini deyirdin.
Mən düz 36 il Xeyirin qələbəsini gözlədim,
Şər qalib gələndə ağladım, ana!
Sənin nağılların belə qurtarmırdı axı...
Səni dinləyirdim, ana,
"Biri vardı, biri yox" deyirdin.
Mənim nağılımda
"Biri yoxdu"lar daha çox oldu, axı...
Böyüdüm, ana,
Daha o qız deyiləm,
Ağrı və göz yaşlarıyla
Böyüyən qadınam...
Yadındamı, ana,
Kəbə yolu gedirdik,
Sən sakitcə dua eləyirdin.
Birdən səndən
Kimə dua elədiyini soruşdum.
Üzümə baxıb:
"Ana olanda anlarsan" - dedin.
Mən ana olmadım, ana...
Amma səni az da olsa, anlaya bilirəm...
Arxadan vuran dostları,
Qəlbimi verdiyim sevgilinin
Ögey baxışlarını görəndə,
Anladım, ana,
Sən söykənə biləcəyim
Tək varlıqsan...
Sevincimi bölüşdüm səninlə,
Amma üzülməyəsən deyə
Kədərimi bölüşmədim, ana.
Kədərimdən əzilməyəsən, deyə.
Əslində kədərimi tək sən gördün,
İlk sevdam daşa dəyəndə,
Məni təkcə sən anladın.
Mən səndə gördüm insanı anlamağın necə
səssiz olduğunu...
Sevdiyim mənə
- Sən mənim heç nəyimsən! -
Deyəndən beşcə dəqiqə sonra,
Sən mənə
- Sən mənim hər şeyimsən! – demişdin.
Sən mənə bunu deyəndə,
Mən sənin deyil, onun hər şeyi olmaq
istəyirdim.
Amma həmişə belə oldu,
Yanımda həmişə sən oldun, ana...
Sənin gözlərində
Qəzəblərin ən gözəli olurdu,
Kimlərsə məni ağladanda.
Gözlərində alovların ən qaynarı olurdu,
Kimlərsə məni aldadanda...
Qaçqınların yurd həsrətini,
Atılmış körpələrin göz yaşlarını
İçimdə hiss elədim.
Taledən yarımayanların, ürkək baxışlarını
İçimdə hiss elədim.
Savaşda itirdiyim dostlarımın,
Gözlərini, arzularını, xəyallarını
Heç unutmadım, ana..
Məni ağrılar büyütdü,
Daha güclü oldum, ana!
Gəncliyin, eşqin, sevdanın dadı,
ağrılarda, savaşlarda itib getdi.
Sonra sevgini tanıyanda
O artıq məndən qaçırdı...
37 yaşıma çatdım, ana,
Tonqala atılan Jannadan,
Vətən ugrunda Kirin başını kəsən Tomrisdən,
İsgəndərə ədalət dərsi keçən Nüşabədən,
Sevgi şəhidi Leylidən
Daha çox yaşadım, ana!
Amma nə Tomris ola bildim,
Nə Nüşabə, nə Janna,
Leyli də ola bilmədim, ana...
Əvəzində sənin hər şeyin oldum,
Məni uşaqlığıma apar, ana,
Sonu xoşbəxtliklə qurtaran nağıllar danış.
"Biri var"ları çox olsun,
37 yaşımın ilk sabahını
Sənin nağıllarına inanaraq açmaq istəyirəm.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 32994   Tarix: 07 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

TOP MP3