Xəyanət ancaq bədənlə olmur

Xəyanət ancaq bədənlə olmurTexnikanın inkişafı xəyanətin yeni növlərini meydana çıxarıb. Kompüter olan evlərdə evli kişi və qadınların əksəriyyəti virtual aləmin əsirinə çevriliblər. Çatlar və intim əyləncə saytlarına girən ər, mənzilin bir otağına çəkilərək, başqa qadınla, qadın isə başqa kişi ilə əlaqə qurur, bunu xəyanət hesab etmirlər...

Virtual münasibət xəyanətdirmi?
Ekspertlər hesab edirlər ki, virtual əlaqələr, uzun davamlı əlaqələrin və evliliklərin bitməsində əhəmiyyətli səbəbdir. Sosioloq, fəlsəfə elmləri namizədi Qızılgül Abbasova açıqlamasında bildirdi ki, virtual xəyanəti mənəvi baxımdan xəyanət saymaq olar, ancaq hüquqi baxımdan bu, xəyanət hesab olunmur. Sosioloqun sözlərinə görə, virtual xəyanət televizordan başlayıb: "Hər bir otaqda televizor olduğundan, hərə tələbatına uyğun kanala baxır. Bu isə ər-arvad arasında müəyyən aralanmaya, soyumaya səbəb olur. Ailədə mehribanlığı, asudə vaxtın birlikdə keçirilməsi yaradır. Əgər cütlüklər ailə quran zaman onların ümumi çıxış nöqtələri çox idisə, virtual həyat onların münasibətinə, səmimiliyinə mane ola bilməz".

Elmlər namizədi hesab edir ki, qurulmuş ailələrdə müəyyən illərə uyğun olaraq çətin mərhələlər olur və bundan uğurla çıxmaq lazımdır: "Ailənin qurulması üçün 5, 10 və 15 il mərhələlər var. Hər bir mərhələnin problemləri olur, hər mərhələyə uyğun böhranlar əmələ gəlir. Məsələn, ilk beşillik mərhələdə uşaq dünyaya gələn zaman problemlər yaranır. Bu zaman ananın üzərinə xeyli yük düşür. Ana özünə baxa bilmir, əvvəlki cazibədarlığı itir. Bu zaman ərlə onun arasında soyuqluq yaranır. Növbəti böhran yarana biləcək illər, uşaq məktəbə gedəndə yaranır. Sonra isə uşaqların yeniyetmə mərələsində və sairə. Həmin mərhələlərdən uğurla çıxmaq üçün birgə ünsiyyətin rolu böyükdür. Birgə süfrə arxasında oturmaq, qonaq getmək münasibətləri istiləşdirir. Əgər hərə öz aləminə qapanıb virtual həyata baş vurursa, münasibətlərin soyumasına və başa çatmasına gətirib çıxarır".

Virtual münasibətin daha çox əyləncə olduğunu deyən Q.Abbasovanın fikrincə, belə münasibətlər qərb cəmiyyətinə xasdır. Çünki şərq cəmiyyətində münasibətlər fərdilik yox, kollektivçilik üzərində qurulub. Qərb cəmiyətində ailənin, icmanın rolu azdır, ona görə də əziyyət çəkirlər. Azərbaycan gəncləri də həmin prinsiplərə doğru gedir. Həyatın sürəti o qədər artıb ki, çalışırıq onunla ayaqlaşaq. Hər şeyə yaşımızdan asılı olmayaraq əl atırıq, ona görə də haqlı narazılıqlar eşidirik.

Virtual münasibət, xəyanətin abzasıdır!
Regional Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Murad İsayev isə virtual münasibəti xəyanətin başlanğıcı hesab edir. Psixoloq Milli.Az xəbər portalına dedi ki, əgər virtual münasibət sosiallaşma baxımından qadın və ya kişinin inkişafına gətirib çıxarırsa, xəyanət hesab olunmur. Əksinə, söhbət psixo-seksual və tərəflər arasında münasibətin qurulması istiqamətində gedirsə, bu, xəyanətdə başlanğıcın abzasıdır. Çünki bu münasibət getdikcə virtual formada qalmır. Bir müddətdən sonra tərəflər görüşür və istəklərini yerinə yetirirlər.

"Qadının həyat yoldaşına deməli olduğunu başqa kişiyə deməsi..."
M.İsayevin sözlərinə görə, ailəli insanın virtual yolla psixo-seksual söhbətlər edirsə, bu, ailədə problemin olmasının göstəricisidir. Problem olur ki, kişi və ya qadın özünə yaxın və rahat bildiyi insanla söhbət edir. "Xəyanət tək kiminləsə görüşüb, intim münasibətdə olmaq hesab olunmur. Qadının həyat yoldaşına deməli olduğunu başqa kişiyə deməsi belə, xəyanət hesab olunur" kimi düşünən M.İsayev hesab edir ki, xəyanət edənlər kişilər arasında daha çoxdur:

"Azərbaycanda kişinin öz xanımı ola-ola başqa bir qadınla əlaqəsinin olmasına normal baxmaq kimi çərçivə var. Bu, kişilərin psixoloji məntiqinə çevrilib. Bu isə insanda natamamlıq yaradır. Yəni kişi həyat yoldaşı ilə tamamlana biləcəyi halda, ətrafındakıların münasibəti, onu başqa bir qadına doğru sürükləyir. Hətta arvadına xəyanət etmək istəməyən kişi, ətrafın təsirinə cavab vermək, şəxsiyyətini təsdiq etmək üçün addımı atır".

Qadınlar niyə xəyanət edir?
M.İsayevin fikrincə, qadınlar sırf problemdən, diqqətsizlikdən və ailədaxili problemlərdən qaçmaq üçün xəyanətə əl atırlar. Praktika da göstərir ki, qadınlar diqqəti həddindən artıq çox sevirlər. Ərindən görmədiyi diqqəti başqa tərəfdən aldıqda, psixoloji olaraq, həmin tərəfə əyilmələr ola bilər. Bu isə xəyanətin abzası hesab oluna bilər.

"Xəyanət, əsasən inanc strukturu aşağı olan cəmiyyətlərdə baş verir. Hər hansı inanc strukturu olan ailələlərdə xəyanət çox az hallarda baş verir. Onlar öz üzərlərində yüksək sistem tərəfindən qadağalar qoyulduğunu hiss edirlər və həyat yoldaşı olmayan yerlərdə də xəyanət etmirlər. Özlərində məsuliyyət və cavabdehlik daşıyırlar. Ailə kompromis sevən modeldir. Kompromisə hazır olmayan və inancı olmayan insanlar avtomatik xoş söz gələn tərəfə əyilirlər" - M.İsayev əlavə etdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 16157   Tarix: 09 dekabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086