"Söz verirəm ki, İrəvanda Azərbaycan bayrağını asacağam" - Leyla Əliyevaya JEST/VİDEO

"Söz verirəm ki, İrəvanda Azərbaycan bayrağını asacağam" - Leyla Əliyevaya JEST/VİDEOTürkiyədə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti, tanınmış ictimai xadimi Hacı Quliyev və Türkiyənin tanınmış ictimai xadimi, "Doğru Yol Partiyası"nın (DYP) sədr köməkçisi və "Business Channel Turk" şirkətinin rəhbəri Seyhan Soylu adıçəkilən telekanalda Müge Oruçkaptanın təqdimatında yayımlanan "Sektora yön verənlər" verilişində qonaq olublar.

BiG.AZ-ın məlumatına görə, veriliş zamanı əsasən 20 Yanvar və Xocalı soyqırımı haqqında müzakirələr aparılıb.
S.Soylu xanım bu ilin yanvarın 19-dan 20-nə keçən gecə 20 Yanvar şəhidlərini anmaq üçün Moskvada Qırmızı Meydanda qürurverici aksiya keçirib. Aksiya zamanı əlində tutduğu üzərində Ulu Öndər Heydər Əliyev ilə Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün kəlamlarının və Azərbaycan-Türkiyə bayraqlarının əks olunduğu plakatı nümayiş etdirib. Bu zaman polislər S.Soylunu saxlayıb və polis idarəsinə aparıblar. İctimai xadim hadisə ilə bağlı rus dostlarına məlumat verib və Rusiya rəsmilərinin müdaxiləsindən sonra azad olunub və yenidən Qırmızı Meydana qayyıdaraq aksiyasını davam etdirib.

S.Soylu aksiyada nümayiş etdirdiyi plakatı verilişə gətirərək, üzünü Hacı Quliyevə tutub və deyib:
""Azərbaycana andım vardı" adlı məqalədə də aksiyanı 20 Yanvar şəhidlərinə, Ulu Öndər Heydər Əliyevə və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkə həsr etdiyimi yazmışam. Onu da deyim ki, bu plakatın mənim üçün riskli həyat hekayəsi var. Gördüyü işləriylə, türkçülüyə-Azərbaycana verdiyi dəyərləriylə, o cümlədən canlarını itirən bir xalq bütünlüyünü qorumaq üçün qanıyla həmin torpaqlarda bədəl ödəyən bütün Azərbaycan qardaşlarıma görə bu plakatı Leyla xanıma hədiyyə edirəm. Sizin kimi parlaq simalı insanların sayəsində Azərbaycanın qürurlarını müxtəlif ölkələrdə səsləndirən və bir dərviş olaraq bunu sizə də təqdim edirəm ki, Leyla xanıma çatdırasınız."

S.Soylu onu da vurğulayıb ki, qismət olarsa, bir gün Azərbaycan bayrağını Azərbaycanın vitse-prezidenti Mehriban Əliyevanın və Türkiyənin ilk kadın pilotu olan Mustafa Kemal Atatürkün mənəvi övladlarından biri olan Sabiha Gökçenin şərəfinə Xocalıda asacaq:

"Söz verirəm ki, ya İrəvanda qondarma "soyqırım abidəsi"ndə alışan atəşi söndürüb Azərbaycan bayrağını asacağam, ya da Xocalıda Azərbaycan bayrağını daha yüksəklərə sancacağam və dünyaya sübut edəcəyəm ki, əsl soyqırım Azərbaycanlılara qarşı törədilib."
Qonaqlar veriliş zamanı Xocalı Soyqırımında həmvətənlilərimizin başına gələn dəhşətli hadisələrdən və onları törədən Ermənistan hakimiyyətinin cinayətkar siyasətindən danışıblar və bu siyasəti tənqid ediblər. H.Quliyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu baxımdan dünyanın bir çox ölkələrində gördüyü işlərdən söz açıb:

"Leyla xanım Azərbaycanda çox sevilir. Onun təşəbbüsü ilə Xocalı Soyqırımı ərəfəsində dünyanın bir çox ölkələrində aksiyalar, mitinqlər keçirilir və bütün dünyanın diqqətini Xocalı Soyqırımına yönəlir. "Xocalıya Ədalət" devizi ilə hadisənin günahkarlarının cəzalandırılmasını tələb edilir. Bizim də Türkiyədə olmağımız məhz bu proseslərə təsadüf edir."

Veriliş zamanı S.Soylu Ermənistanın Türkiyə və Azərbaycana qarşı olan kini aradan götürməsini və işğal niyyətindən əl çəkmnəsini söyləyib. O, bildirib ki, Ermənistan hakimiyyəti anlamalıdır ki, əgər Qarabağı əsl sahiblərinə-Azərbaycana qaytararsa, ölkələrində çox böyük inkişaf olacaq:

"Əvvəla Türkiyə ilə sərhədlər açılacaq, daha sonra ermənilər həm Azərbaycan iqtisadiyyatının böyüklüyündən, həm də Türkiyənin beynəlxalq əlaqələrindən faydalanacaqlar."
Türkiyənin 15-dən çox telekanalında yayımlanan məhz bu veriliş qardaş ölkənin mətbuatında da geniş yer verilib.

Onu da qeyd edək ki, Türkiyəyə səfər edən H.Quliyevin əsas məqsədi Xocalı Soyqırımı ilə bağlı "Xocalıya Ədalət!" kampaniyası çərçivəsində Türkiyənin kahramnaras Kayseri, və digər şəhərlərində keçirilən geniş miqyaslı aksiyalarda və tədbirlərdə iştirak etməsi olub.

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 13112   Tarix: 01 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Yevlaxda dostunun 14 yaşlı qızını qaçırmış və onunla intim münasibətdə olmuş 1991-ci il təvəllüdlü Qadir Həsənova (ad-soyadlar şərtidir) hökm oxunub. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu ilin 9 yanvar tarixində baş verib. Evli olan Qadir bir müddətdir gizli münasibət saxladığı dostunun 1

02.05.2024 536
.

"Azərbaycandan Cenevrə və Vilnusa birbaşa uçuşların açılması zəruridir" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Rəhman Quliyev -a bildirib ki, bu gün 2 ölkəyə birbaşa uçuşların olması vacibdir: İsveçrənin Cenevrə şəhər

02.05.2024 228
.

Braziliyada güclü yağışlar yağıb

Braziliyanın Rio-Qrandi-du-Sul ştatında güclü yağışlar yağıb. BİG.AZ xəbər verir ki, daşqın nəticəsində 8 nəfər ölüb, 21 nəfər itkin düşüb. Ştatın 100-dən çox şəhəri güclü yağışlardan zərər çəkib. Sel fəlakəti nəticəsində 400-dən çox insanın evakuasiya edildiyini açıqlayıb. Güclü yağışların nə vaxt

02.05.2024 136
.

"Siyahını mənə atırlar, mən deyirəm bu olar, bu olmaz"

Müğənni Roza Zərgərli baş prodüseri olduğu "Kanal S" televiziyasıyla bağlı açıqlamalar edib. olay-a istinadən bildirir ki, ifaçı "Xəzər axşamı" verilişində aparıcı Mətanət Əliverdiyevanın "Küsülü olduğun bir müğənniylə çəkiliş edilməsinə icazə verirsənmi" sualını cavablandırıb

02.05.2024 984
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

02.05.2024 340
.

Ruanq vulkanına görə 12 min insan evakuasiya edilib - VİDEO

Dünən İndoneziyanın şimalında yerləşən Rvanq adasında yerləşən Ruanq vulkanı lava püskürüb. BİG.AZ xəbər verir ki, hadisə zamanı 12 min insan evakuasiya edilib. Vulkan vulkanının yerləşdiyi Rvanq adası ötən ay baş verən püskürmələr nəticəsində tamamilə boşaldılıb. Adada yaşayan 828 nəfər ətraf ərazilərd

02.05.2024 166
.

Kosmosa da turist səfərləri başladı

Amerikanın "SpaceX" şirkəti kosmosa turist uçuşları üçün yer bron etməyə başlayıb. Bu barədə məlumat şirkətin saytında yer alıb. xarici mediaya istinadla bildirir ki, maraqlananlar üçün dörd istiqamət əlçatan olacaq: Yerin orbitinə, Beynəlxalq Kosmik Stansiyaya (BKS), Aya və Marsa. "Dragon"

02.05.2024 142
.

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb

02.05.2024 810
.

Tamstore Ağdaşda ilk mağazasını açdı – Açılışa özəl 100 məhsulda 50% endirim

Tamstore Marketlər Şəbəkəsi bu dəfə Ağdaş sakinlərinə tam xidmət, tam keyfiyyət, tam təzə və tam qiymət konsepsiyası ilə xidmət göstərmək üçün 3 may 2024-cü il tarixindən fəaliyyətə başlayacaq. Rəsmi açılış mərasiminə özəl üç gün ərzində 100 məhsulda tam 50% endirim kampaniyası və eyni zamanda 500 məhsuld

02.05.2024 218