Ermənilər üsyan edir: "Bu, mənim savaşım deyil, Rusiya bizi köpək sayır!" - (Fotofakt)

Ermənilər üsyan edir: "Bu, mənim savaşım deyil, Rusiya bizi köpək sayır!" - (Fotofakt)Dağlıq Qarabağ münaqişəsi zonasında aprelin 1-də hərbi əməliyyatlar başlanandan sonra Ermənistan sarsıdıcı zərbələr alıb.

Ermənistanın Dağlıq Qarabağda yerləşdirdiyi hərbi hissələrdə və birləşmələrdə itkilərin sayı açıqlanan rəsmi rəqəmlərdən dəfələrlə artıq olduğundan bu durum ermənilər arasında təlaş və qorxu yaratmaqla yanaşı, Yerevandakı iqtidara qəzəbi daha da artırıb.

Ermənilər üsyan edir: "Bu, mənim savaşım deyil, Rusiya bizi köpək sayır!" - (Fotofakt)Ermənilər döyüşlərlə bağlı Yerevanın yaydığı məlumatları ələ salırlar.
Milli.Az Ermənistanın epress.am saytına istinadən sosial şəbəkələrdə ermənilərin statuslarının sadəcə, bəzilərinin tərcümələrini təqdim edir:

"Uşaqlar, döyüşlərlə bağlı bizə verilən məlumatlara inanmayın! Hamısı yalandır!"

"Fikir verdinizsə, dünənə qədər söydüyünüz, "debil" adlandırdığınız və yalanlardan bezdiyinizi dediyiniz Serj Sarkisyanın dediklərinə indi inanır, paylaşırsınız"

Ermənilər üsyan edir: "Bu, mənim savaşım deyil, Rusiya bizi köpək sayır!" - (Fotofakt)"Azərbaycan əsgərləri Dağlıq Qarabağda postlarımızı ələ keçirəndə rəsmi qurumlar bu barədə bir kəlmə də demədilər. Biz daha nəyi bilmirik?"

"Hərbçilər barədə videolar paylaşmayın! O videolarda hərbi hissələrin nömrələri, qoşunların hərəkətləri, komandirlərin ad və soyadları, hətta telefon nömrələri aşkarlanır. Belə axmaq olmayın!"

"Ermənistan müdafiə nazirinin mətbuat xidmətinin rəhbəri Harsrun Hovanisyanın dediklərinə inanırsınız? Bu degenerat yalan danışmağına nə zaman son qoyacaq?"

"Onlar bizə deyirlər: "Qarabağa get, həlak ol, sənə medal verəcəyik! Qorxma, öl, əvəzində Ermənistanda yenisi doğulacaq. Onu da 18 yaşı tamam olanda müharibəyə göndərəcəyik, öləcək. Öl, öl, əhsən sənə". Budur bizə dedikləri"

"Bu müharibədə udan Sarkisyan və onun dəstəsi, uduzan isə Ermənistandır, yəni bizik. Müharibədə məğlub oluruq, amma bizə "Əhsən sizə, qalib gəlirik!" deyirlər"

Ermənilər üsyan edir: "Bu, mənim savaşım deyil, Rusiya bizi köpək sayır!" - (Fotofakt)"Bu, mənim savaşım deyil! Bu, rüşvətxor, korrupsiyaya boğulmuş hakimiyyətin, Serj Sarkisyanın dövlət maşınının savaşıdır. Sarkisyanın dəstəsi siyasi qələbələr, iqtisadiyyatdakı bərbad vəziyyəti ört-basdır etmək üçün köpüklü vətənpərvərlik dalğası yaratmaq üçün savaşır. Sənlə mən isə sadəcə, günahsız insanların ölümünü alırıq. Adi insanlar bu savaşda qalib gəlmir. Bax, buna görə də baş verənlər mənim savaşım deyil".

"Fövqəladə vəziyyətlərdə Ermənistanın kütləvi informasiya vasitələri 1-ci Kanalın klonlarına, bütün siyasi partiyalar isə iqtidardakı Ermənistan Respublika Partiyasının eybəcər "əkiz"lərinə dönürlər. Artıq nifrət edirəm bu ölkəyə! Tərk edəcəyəm bu dövləti!"

Ermənilər üsyan edir: "Bu, mənim savaşım deyil, Rusiya bizi köpək sayır!" - (Fotofakt)"Bizə deyirlər, "Gedin, azərbaycanlıları öldürün!" Axı niyə, nə üçün, kimə və nəyə görə? Onlar haqsızdır, biz haqlı?! Yalandır! Bütün bunlar "Serjik"ə hakimiyyətdə qalmaq üçün gərəkdir. Bizə deyirlər, qan tökün, qatil olun, cəlladlıq edin, amma danışıqlar istəməyin, sülh arzulamayın. Getsəm, vuruşsam, azərbaycanlı əsgər məni öldürsə, ən uzağı, Facebook-da "Tanrı onun ruhuna xeyir-dua versin" yazacaqlar. Bu qədər - anam kasıblıqda yaşamağa davam edəcək, bir dəmir parçasını da "medal" adı ilə verəcəklər ona ki, sakitləşsin. Bizdən tələb olunur ki, vətənpərvərlik edək, Serj Sarkisyanı dəstəkləyək. Bizə silah verəcəklər, sonra da "Vur onu!" deyəcəklər. Çünki Yerevandakı hakimiyyətə qan gərəkdir. Biz də razılaşacağıq, erməni analar oğullarını savaşa, o ət maşınına göndərəcəklər".

Ermənilər üsyan edir: "Bu, mənim savaşım deyil, Rusiya bizi köpək sayır!" - (Fotofakt)"Ermənistan 2008-ci ilin martın 1-də Serj Sarkisyan kimi adamın prezidentliyinə razılaşmasının hesabını ödəyir. Mən burada, Yerevanda isti mənzildə oturmuşam, oğlunu müharibədə itirmiş Yeranik nənə isə Varazabun kəndində oturub və sabah sağ qalıb-qalmayacağını bilmir".
Ermənilər üsyan edir: "Bu, mənim savaşım deyil, Rusiya bizi köpək sayır!" - (Fotofakt)"Axı niyə anlamırıq ki, Azərbaycanın rayonlarını ələ keçirsək də, o torpaqları həmişə saxlaya bilməyəcəyik?! Rusiya bizi Azərbaycanın üstünə qısqırdır, diaspor qısqırdır, böyük dövlətlər qısqırdır, bizi köpək sayırlar. Biz isə köpək yox, insanıq".

"Serj Sarkisyan deyəndə ki, "18 hərbçi itirmişik, 35 yaralımız var, amma Qarabağda situasiyaya nəzarət edirik" - ona inananlar tapılır. Sanki indiyədək yalan danışan bu adam deyil, onun başçılıq etdiyi Ermənistan Respublika Partiyası da ölkədə insanları qətlə yetirmir, qarət etmir. Sizə nə oldu belə?!"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4386   Tarix: 27 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda 85 yaşlı qadın oğlu tərəfindən döyülərək küçəyə atılıb - VİDEO

Baku TV-nin qaynar xəttinə paytaxtın Xətai rayonunda 85 yaşlı qadının küçədə gecələməsi barədə məlumat daxil olub. Baku TV-nin əməkdaşları vətəndaşların müraciəti əsasında sözügedən ünvana gedərək qadınla həmsöhbət olub, ona kömək etməyə çalışıblar. Yaşlı qadın oğlu tərəfindən döyüldüyünü, küçəyə atıldığın

28.04.2024 282
.

"Oman LNG" "TotalEnergies" ilə ildə 800 min ton MTQ tədarükü haqqında müqavilə imzalayıb

Omanın "Oman LNG" şirkəti Fransanın "TotalEnergies"i ilə ildə 800 min ton mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükü üçün müqavilə bağlayıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Oman LNG"nin bəyanatında bildirilib. Müqavilənin şərtlərinə görə, "Oma

28.04.2024 161
.

Maaşlar artacaq? - VİDEO

2024-cü ilin I rübündə dövlət büdcəsində 821,7 milyon manat artıqlıq yaranıb. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı məlumatda bildirilir. Bəs 2023-cü ildə 9%-ə yaxın inflyasiyanın qeydə alındığını nəzərə alaraq bu vəsaitin minimum pensiya məbləğinin və əməkhaqlarının artırılmasına yönəldilməsi mümkündürmü?

28.04.2024 314
.

Gürcüstan əhalisi azalır

2024-cü il yanvarın 1-nə olan məlumata görə, Gürcüstanda miqrantlarla birlikdə 3 milyon 694 min 600 nəfər yaşayır. Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü il yanvarın 1-i ilə müqayisədə əhalinin ümumi sayı 1,1% azalıb. Əhalinin demək olar ki, yarısı Tbilisidə yaşayır - 1 25

28.04.2024 209
.

Xilasedicilər Göygöldə çətin keçilən ərazidən bir nəfərin meyitini çıxarıblar

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl rayonu, Qızılca kəndində bir nəfərin meyitinin çətin keçilən ərazidən çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Bu barədə BİG.AZ-a FHN-dən bildirilib. Vurğulanıb ki, müraciətlə əlaqədar Gəncə Regional Mərkəzini

28.04.2024 192
.

İrtış çayında qayıq qəzasında iki nəfər ölüb

İrtış çayının Rusiyanın Omsk vilayətindən keçən hissəsində qayığın gəmilərin üzən duracağı ilə toqquşması nəticəsində su nəqliyyatı vasitəsinin sürücüsü və sərnişini yaralanıb. Daha bir sərnişinin isə axtarışı gedir. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat üzr

28.04.2024 147
.

Britaniya deputatları Sunakı vəzifəsindən uzaqlaşdıra bilər

Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının bir neçə deputatı mayın 2-də bələdiyyə, yerli və regional hakimiyyət orqanlarına seçkilər keçirildikdən sonra Baş nazir Rişi Sunakı vəzifəsindən uzaqlaşdırmaq niyyətindədir. "Report" xəbər verir ki, bu barədə "Financial Times" nəşr

28.04.2024 161
.

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

Xankəndi şəhərində mikrosahibkarlar işə başlayıblar. İTV xəbər verir ki, onların ilk müştəriləri Xankəndinin yenidən qurulmasında çalışan şəxslərdir. Artıq şəhərdə dərzi, saç ustası və digər peşə sahibləri çalışırlar. ( )

28.04.2024 207
.

Başqırdıstanda yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb

Rusiyanın Başqırdıstan Respublikasında iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində dörd nəfər ölüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın prokurorluğu məlumat yayıb. "Bu gün Maqnitoqorsk – İra yolunun 346-cı kilometrliyində İbrayev

28.04.2024 126