Hökumətdən QƏRAR: Bu ailələrə 4 otaqlı mənzil veriləcək

Hökumətdən QƏRAR: Bu ailələrə 4 otaqlı mənzil veriləcəkNazirlər Kabineti tərəfindən təsdiqlənmiş "Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi" Qaydasına əsasən yaşayış sahəsi məcburi köçkünlərin ailə tərkibinə uyğun olaraq müəyyənləşdiriləcək.

BiG.AZ-ın xəbərinə görə, ailə tərkibi 1 nəfərdən ibarət olanlara - 1 otaq; ailə tərkibi 2-3 nəfərdən ibarət olanlara - 2 otaq; ailə tərkibi 4-5 nəfərdən ibarət olanlara - 3 otaq; ailə tərkibi 6 nəfər və 6 nəfərdən çox olanlara - 4 otaq veriləcək.

Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir.
Sənədə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə veriləcək.

Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçiriləcək.

Məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Komissiya Komitənin, aidiyyəti yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələrindən ibarət təşkil olunur. Məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilmiş siyahı və bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim edilmiş ərizələr əsasında həyata keçirilir.

Yeni yaşayış sahələrinə köçürüləcək məcburi köçkün ailələrinin siyahısının düzgünlüyünə və dəqiqliyinə görə həmin siyahını tərtib və təsdiq etmiş müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri məsuliyyət daşıyırlar.

Rayon (şəhər) icra hakimiyyətlərinin bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edərək Komitəyə təqdim etdikləri siyahılar və məcburi köçkünlərin mənzillə təmin edilməsi barədə Komitəyə bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim etdikləri ərizələr Komissiya tərəfindən araşdırılaraq yekun qərar qəbul edilir.

Müvəqqəti yaşayış sahələri aşağıdakı məcburi köçkün ailələrinə verilir:

məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarında, sərəncamlarında və dövlət proqramlarında nəzərdə tutulan obyektlərdə və eyni zamanda, köçürülməsinə daha çox ehtiyac olan digər obyektlərdə yaşayan, müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilərək Komissiyaya təqdim olunmuş siyahıya daxil edilmiş "məcburi köçkün" statusu olan şəxslərə;

yeni salınmış yaşayış kompleksinə köçürülənədək köçürülmə obyektində daimi yaşayan və həmin yer üzrə kommunal xidmətlərdən istifadə edən məcburi köçkün ailələrinə.

Məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə "Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri əsasında veriləcək.
Kirayə müqaviləsi Komitənin müvafiq qurumu ilə məcburi köçkün arasında 2 (iki) nüsxədən ibarət olmaqla yazılı formada bağlanılır və bir nüsxəsi kirayəçiyə (məcburi köçkünə) veriləcək.

Kirayə müqaviləsində müvəqqəti istifadəçinin ailə üzvləri də göstərilməklə müqavilənin predmeti, yaşayış sahəsindən müvəqqəti istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Kirayə müqaviləsi Komitənin müvafiq qurumu tərəfindən şifahi qaydada məcburi köçkünə izah edilir.

Məcburi köçkün kirayə müqaviləsində nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə, bu Qaydaya, onunla bağlanmış kirayə müqaviləsinə və qanunvericiliklə müəyyən edilmiş digər qaydalara əsasən mülki məsuliyyət daşıyır. Kirayə müqaviləsi məcburi köçkünün ona verilmiş yaşayış sahəsində qalma müddətinə şamil edilir və məcburi köçkün yaşayış sahəsindən çıxdıqda və ya çıxarıldıqda, onunla bağlanmış kirayə müqaviləsi ləğv edilir. Məcburi köçkün ailələrinin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrinə köçürülməsi Komitənin vəsaiti hesabına həyata keçirilir.

Köçürülmə zamanı aşağıdakı hallarda məcburi köçkünlərə yeni yaşayış sahəsi verilmir:
müvəqqəti yaşayış sahəsinin verilməsi zamanı köçürülmə obyektində qeydiyyatda olub, lakin orada faktiki yaşamayan məcburi köçkünlərə; məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla); digər şəhər və rayonlarda müvəqqəti məskunlaşmış, lakin məskunlaşma obyektində yaşayan məcburi köçkünlərin köçürüləcəyindən istifadə edərək son 3 (üç) ildə həmin obyektdə yerləşib yaşayanlara; artıq yaşayış sahəsi əldə etmək niyyəti ilə köçürülmə ərəfəsində saxta nikaha girən və ya nikahı pozulan ailələrə.

Əvvəllər həmin köçürülmə obyektində yaşamış, sonradan başqa yerdə yaşayan şəxslə nikaha daxil olmuş və boşanaraq geri qayıtmış məcburi köçkünlərə ayrıca yaşayış sahəsi verilmir.

Sənəddə məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri də açıqlanıb. Belə ki, məcburi köçkün 5 gün ərzində ona ayrılmış müvəqqəti yaşayış sahəsinə köçməkdən imtina etdikdə həmin yaşayış sahəsi başqa məcburi köçkün ailəsinə verilir. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidir. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırılmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir.

mənbə: report.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2277   Tarix: 27 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Avtobus uçuruma yuvarlandı: 23 ölü

Peruda sərnişin avtobusunun uçuruma yuvarlanıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 23 nəfər ölüb, 15 nəfər yaralanıb. Peru Televiziyasının məlumatına görə, Soroçuko rayonundan Kajamarca şəhərinə gedən avtobus Celendin şəhərinin magistral yolunda 200 metr uçuruma yuvarlanıb. Məlumata əsasən, yaralana

15:44 119
.

Şəxsiyyəti müəyyənləşən şəhidin qızı: "Artıq gedə biləcəyimiz bir məzar var" - VİDEO

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş 73 nəfərin şəxsiyyətini, basdırıldığı yerləri müəyyənləşdirib. Onlardan biri də Seyfəddin Nəcəfov olub. O, 1994-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə əsir düşüb. Onun qızı Aytəkin Nəcəfova isə 30 il ata həsrət

20:57 0
.

"Azərbaycanda qiymətli kağızlar bazarı zəif formalaşıb" - Emin Qəribli

Sahibkarlığın İnkişafı Fondu qiymətli kağızlara investisiyaları 3 dəfə artırıb.Bu il yanvarın 1-nə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) aktivlərindəki investisiya qiymətli kağızlarının ümumi dəyəri 89,326 milyon manat təşkil edib. İqtisadçı ekspert Emin Qəribli -a bildiri

14:08 278
.

İsrail Qəzzada daha 13 fələstinlini qətlə yetirib

İsrailin Qəzza zolağının müxtəlif bölgələrinə hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 13 nəfər ölüb, 32 nəfər yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Hücumlar zamanı 4 nəfər ölüb, 15 nəfər yaralanıb. İsrail ordusunun Bureij Qaçqın Düşərgəsind

16:50 116
.

Bu həftə 6 gün işləyəcəyik?

Bu il 9 May Qələbə Günü (bayram günü) həftənin 4-cü günə təsadüf edir, mayın 11-i və 12-si isə istirahət günləridir. xəbər verir ki, Bakıvaxtı.az-ın məlumatına görə, adətən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməs

11:00 1044
.

Meksikada 5,1 bal gücündə zəlzələ baş verib

Meksikada zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 5,1 bal gücündə qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələ yerin 143 km dərinliyində baş verib. Sunami təhlükəsi elan olunmayıb

16:09 120
.

"Bu səfər ikili münasibətlərin daha da yüksək səviyyəyə qaldırılmasına kömək edəcək"-DEPUTAT

"26 aprel tarixində Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri oldu. Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirak etdi.Prezident İlham Əliyevin Almaniyaya səfəri mühüm xarakter daşıyır. Ölkə prezidentinin Almaniyay

13:08 113
.

ABŞ-də axtarışa getdikləri evdə silahlı hücum nəticəsində 4 polis ölüb

ABŞ-nin Şimali Karolina ştatında axtarış aparmaq üçün getdikləri evdə silahlı hücuma məruz qalan polislərdən 4-ü ölüb, 4-ü isə yaralanıb. xəbər verir ki, Şimali Karolina ştatının Şarlotta şəhərində axşam saatlarında məhkəmə qərarı ilə evdə axtarış aparmağa gedən polis əməkdaşlarına silahla hücum edilib

21:00 0
.

BDU-nun müəlliminə vəzifə verildi

Azərbaycan Respublikası Medianın İnkişaf Agentliyinin Naxçıvan Regional İdarəsi yaradılıb. xəbər verir ki, idarəyə yeni rəhbər də təyin edilib. Belə ki, Vəfa İsgəndərova Regional İdarənin rəhbəri təyin edilib. Qeyd edək ki, Vəfa İsgəndərova Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsind

11:44 531